Bəhruz Quliyev: "Mənəvi-psixoloji silah həm də cəmiyyətə tuşlanıb"
20.07.2022 [17:40]
"Son dövlərdə informasiya texnologiyalarının sürətli inkişafı və sosial media adılandırılan bir sistemin meydana çıxması media sahəsində ziddiyyətli vəziyyət yaradıb. Belə ki, artıq internet saytlar və sosial şəbəkə kanalları özlərini media kimi təqdim edərək zərərli informasiyaları cəmiyyətə ötürə bilirlər. Bu səbəbdən, Medianın İnkişafı Agentliyinin bu mövzuda açıqlamasının obyektiv yanaşma və düzgün çağırış olduğunu düşünürəm". SİA xəbər verir ki, bunu "Səs" qəzetinin Baş redaktoru Bəhruz Quliyev bildirib.
Baş redaktorun sözlərinə görə, son zamanlar bir sıra media subyektləri və sosial şəbəkə kanalları tərəfindən intihar halları və cəmiyyət əxlaqına zərbə vuran materialların yayımlanması cəmiyyətdə narahatlıq yaradıb və haqlı olaraq ictimai narazılığa səbəb olub: “Nəzərə almaq lazımdır ki, media həm də mənəvi-psixoloji silahdır və bu silah həm cəmiyyətə, həm də bundan istifadə edənlərin öz ailəsinə tuşlanıb. Medianın 3 əsas funksiyası var ki, bunlar da məlumatlandırma, maarifləndirmə və əyləndirmədir. Bu gün özünü media kimi qələbə verən subyektlər isə bu funksiyaların əvəzinə özləri üçün yeni funksiyalar müəyyənləşdiriblər - aldatma, təşvişə salma, təhrik etmə. Bunu bir çoxları bilməyərəkdən etsə də, bilərəkdən edənlər də az deyil. Normal mediada əhalinin həssas qrupunun, uşaqların, yetkinlik yaşına çatmayanların fiziki, əqli və mənəvi inkişafına ziyan vuran məlumat və təsvirlərdən istifadə olunmamalıdır. Bizdə ictimai qınaq da zəif olduğundan, saxta xəbərlər yayan, zərərli təbliğat aparan subyektlər qınaq və etiraz əvəzinə izləyici kütləsi və müvafiq olaraq da pul əldə edir. Halbuki, əhalinin maariflənmə səviyyəsi yüksək olmalı, cəmiyyətə zərər vuran belə media subyektləri və sosial şəbəkə kanalları blok edilməlidir”.
B.Quliyevin fikrincə, bu sahədə anarxiyanın qarşısı alınmalıdır: “Yeni qəbul olunmuş "Media haqqında Qanun" bu halları tənzimləyəcək qanun olsa da, hələlik qanunun tələbləri tam tətbiq olunmadığından belə hallara çox rast gəlinir. Amma bəzi məsələlər var ki, heç qanunla da tənizmlənmir. “Vətəndaş jurnalistikası” adlandırılan və peşə olaraq deyil, hobbi olaraq həyata keçirilən fəaliyyət bu Qanunun təsir dairəsinə daxil deyil. Məsələn, qanun sosial şəbəkələrin və “blogger”lərin fəaliyyətini tənzimləmir. Amma etik kodekslər, vicdan və sosial məsuliyyət olmalıdır ki, mən nə yazıram, nəyi təbliğ edirəm, cəmiyyətə nə verirəm. Bu hər şeydən əvvəl insanlıq, vətəndaşlıq məsələsidir. Bu məsələlərə həm ictimai, həm də dövlət nəzarətinin gücləndirilməsinə ehtiyac böyükdür. Əksər ölkələrdə belədir. Əks halda media və sosial şəbəkə kanalları cəmiyyətə fayda verməli olduqları halda zərər vermiş olurlar. Məsələn, nüfuzlu sosial araşdırma mərkəzlərinin araşdırmalarına görə, intihar, zorlama, qətl xəbərlərinin mediada geniş yayılması insanların şüuraltında yerləşərək tədricən psixologiyanı dəyişir və cəmiyyətdə həmin halların artmasına səbəb olur. Xüsusən də uşaq və gənclərdə bu daha pis nəticə verir. İndi əksər uşaqların əlində smartfon var və onların bu tip zərərli məlumatlara çıxışı çox rahatdır. Bu səbəbdən belə məsələlərə ciddi nəzarət edilməlidir”.
Xəbər lenti
Hamısına baxDünya
27 İyul 23:30
Dünya
27 İyul 23:15
Dünya
27 İyul 22:41
İdman
27 İyul 22:30
İqtisadiyyat
27 İyul 22:17
Dünya
27 İyul 21:59
Müsahibə
27 İyul 21:23
Sosial
27 İyul 21:05
Hadisə
27 İyul 20:45
Dünya
27 İyul 20:31
İqtisadiyyat
27 İyul 20:17
İqtisadiyyat
27 İyul 19:54
Dünya
27 İyul 19:20
Dünya
27 İyul 19:08
Elm
27 İyul 18:32
Dünya
27 İyul 18:31
Sosial
27 İyul 18:11
MEDİA
27 İyul 18:11
YAP xəbərləri
27 İyul 18:08
Dünya
27 İyul 17:20
Sosial
27 İyul 16:06
YAP xəbərləri
27 İyul 16:04
Sosial
27 İyul 15:20
YAP xəbərləri
27 İyul 14:27
Siyasət
27 İyul 14:07
Gündəm
27 İyul 14:03
Sosial
27 İyul 14:02
Sosial
27 İyul 13:35
Sosial
27 İyul 13:35
Sosial
27 İyul 13:34
Sosial
27 İyul 11:58
Dünya
27 İyul 10:54
Sosial
27 İyul 10:45
Elm
27 İyul 10:40
Xəbər lenti
27 İyul 10:32
YAP xəbərləri
27 İyul 10:29
Dünya
27 İyul 10:22
Dünya
27 İyul 09:45
Dünya
27 İyul 09:18
Dünya
27 İyul 08:52
Hadisə
27 İyul 08:36
Dünya
26 İyul 23:20
Maraqlı
26 İyul 21:34
Maraqlı
26 İyul 20:33
Dünya
26 İyul 19:17
Dünya
26 İyul 18:21
Dünya
26 İyul 17:35
Dünya
26 İyul 16:19
Dünya
26 İyul 15:30
Dünya
26 İyul 14:17
Dünya
26 İyul 13:41
Dünya
26 İyul 12:20
Dünya
26 İyul 11:35
Dünya
26 İyul 10:19
Dünya
26 İyul 09:55
Dünya
26 İyul 09:24
Dünya
26 İyul 08:50
Hadisə
26 İyul 08:39
Dünya
25 İyul 23:20
Dünya
25 İyul 22:35
Dünya
25 İyul 21:19
Dünya
25 İyul 20:27
Dünya
25 İyul 19:15
Dünya
25 İyul 18:22
Dünya
25 İyul 17:45
Hadisə
25 İyul 16:31
Dünya
25 İyul 15:19
Dünya
25 İyul 14:25
Gündəm
25 İyul 14:07
Dünya
25 İyul 13:33

