Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Xəbər lenti / Xocavənddə ermənilərin atıb qaçdığı xeyli sayda silah-sursat aşkarlanıb

Xocavənddə ermənilərin atıb qaçdığı xeyli sayda silah-sursat aşkarlanıb

29.07.2022 [13:43]

Xocavənd Rayon Polis Şöbəsinin əməkdaşlarının rayon ərazisində keçirdiyi tədbirlərlə erməni hərbi birləşmələrinə məxsus xeyli sayda silah-sursat aşkarlanıb.

Bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Bərdə regional qrupundan məlumat verilib.

Bildirilib ki, tapılan 3 avtomat, 2 qumbaraatan, 1 pulemyot, 1 tapança silahları, eləcə də 12 ədəd tank və 5 ədəd piyada əleyhinə mina, 30 ədəd qumbaraatan mərmisi, 2318 ədəd müxtəlif çaplı patronlar və digər döyüş sursatları götürülərək aidiyyəti üzrə təhvil verilib.

Paylaş:
Baxılıb: 517 dəfə

Xəbər lenti

Hamısına bax

Siyasət

Gündəm

İqtisadiyyat

Analitik

Sosial

YAP xəbərləri

Gündəm

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31