Cəmiyyətin alaq otları - “reket jurnalistlər”
30.07.2022 [10:20]
Qulu Məhərrəmli: Ən təsirli yanaşma məhz Baş Prokurorluğundur
Yeganə BAYRAMOVA
Baş prokuror Kamran Əliyev reket jurnalistikası ilə bağlı “Real TV”yə müsahibə verib. O bildirib ki, “Reket jurnalistikası” cinayətkar fəaliyyətdir və bununla məşğul olan şəxslər məsuliyyətə cəlb olunur. Onların barəsində qanunamüvafiq tədbirlər görülür. Baş prokuror qeyd edib ki, bəzən sosial media istifadəçiləri və yaxud mətbu orqanların əməkdaşları özlərini tam hazırlıqlı hüquqşünas hesab edirlər: “Onlar hüquqi məsələlərlə bağlı asanlıqla bəzi mürəkkəb rəy verirlər və qəti fikirlər yürüdürlər. Bu, yolverilməzdir. Çünki hüquq elmi kifayət qədər mürəkkəb elmdir. Sadə göründüyü qədər də mürəkkəb elmdir. Ona görə də müstəntiqlər, prokurorlar və hakimlər tərəfindən hüquqi məsələlər, sübutlar, sübutların təhlili, sübutların qiymətləndirilməsi həyata keçirilir. İşi bilmədən, işin incəliklərini bilmədən, sübutları bilmədən, hətta bayaq qeyd etdiyimiz kimi, məsələn, “Tərtər işi” ilə bağlı fikirlərin yürüdülməsi təbii ki, yolverilməzdir. Hesab edirəm ki, biz bu sahədə jurnalistlər və media orqanları ilə birlikdə müəyyən tədbirlər planı hazırlayaraq həyata keçirməliyik.
Əslində, “reket jurnalistika” deyəndə hesab etmirəm ki, bu, yalnız jurnalistikaya aiddir. “Reket jurnalistika” da şərti termindir. Burada söhbət hədə-qorxu ilə tələb etmədən gedir. Bu, bəzən jurnalist fəaliyyətindən istifadə etməkdir və ya jurnalistlərin özfəaliyyətidir. Bu, tək jurnalistlərlə bağlı deyil, bəzən elə sosial media istifadəçiləri tərəfindən də yol verilir. Bunun adı konkret olaraq Cinayət Məcəlləsində hədə-qorxu ilə tələb etmədir. Belə hallar yolverilməzdir. Bu, artıq jurnalistika fəaliyyəti ilə heç bir əlaqəsi olmayan sırf cinayətkar bir fəaliyyətdir. Hansı ki, tək jurnalistikada deyil, digər fəaliyyət növlərində də biz bunu görürük, müşahidə edirik və bu kimi faktları aşkarlayıb şəxsləri məsuliyyətə cəlb edirik”.
Məsələ ilə bağlı düşüncələrini “Yeni Azərbaycan”la bölüşən əməkdar jurnalist, professor Qulu Məhərrəmlinin fikrincə, ümumiyyətlə, “Reket jurnalistikası” anlayışının özü yanlışdır. Çünki reketçilik bütün sahələrdə var: “Amma jurnalistikada münbit şərait olduğu üçün reket xislətli insanlar bu sahəyə daha çox meyillənirlər. İnsanlar haqqında yalançı, ifşaedici materiallar toplamaq, şantaj etmək, hədələmək kimi naqisliklər təəssüf ki, uzun illərdir Azərbaycan mətbuat mühitində var. Bunların qarşısını almaq üçün dəfələrlə cəhd göstərilib, ictimai qınaq, müzakirələr, tənbehlər olub, lakin heç birinin effekti yoxdur. Fikrimcə, Baş Prokurorun bu məsələyə münasibət bildirməsi ən dürüst, ən təsirli və ən səmərəli yoldur. Reketlərə qarşı mübarizə aparmağın ən yaxşı yolu hüquq mühafizə orqanlarının bu işə qarışmasıdır. Bir il əvvəl bu sahəyə DTX qoşuldu və xeyli sayda reket jurnalistlər zərərsizləşdirildi. Ona görə də reketliklə mübarizəni bu istiqamətdə inkişaf etdirməklə nəyəsə nail olmaq mümkündür. Yoxsa ictimai müzakirələr və müxtəlif çıxışların effektiv təsiri yoxdur. Ən təsirli yanaşma məhz Baş Prokurorluğundur”.
Q.Məhərrəmli qeyd edib ki, “Reket jurnalistikası” əslində jurnalistika faktı deyil. Onlar cəmiyyət üçün təhlükəli məlumatlar yayan, vətəndaşları mənəvi cəhətdən zədələyən, zorla, hədə yolu ilə insanlardan pul qoparmağa çalışan saxtakarlardır: “İnsanlar var ki, artıq “reket jurnalistikasını” pul qazanmağın əlverişli yolu kimi qəbul edir. Ona görə də dövlət qurumlarının, hakimiyyətin reketlərə qarşı mübarizəsini dəstəkləyirəm. Onlar cəmiyyətin alaq otlarıdır. Bunları kökündən qopardıb atmaq lazımdır. Onlar həm jurnalistika adına, həm də hüquq adına ləkədir”.
Xəbər lenti
Hamısına baxDünya
03 May 12:17
Dünya
03 May 11:49
Dünya
03 May 11:20
İdman
03 May 10:58
Dünya
03 May 10:36
Dünya
03 May 09:43
İqtisadiyyat
03 May 09:14
İdman
03 May 08:50
Elm
03 May 08:22
İdman
03 May 07:30
Elm
03 May 07:24
İdman
02 May 23:35
Sosial
02 May 22:45
Analitik
02 May 21:56
Dünya
02 May 20:42
Dünya
02 May 19:34
Dünya
02 May 18:36
Sosial
02 May 17:36
Hadisə
02 May 16:29
Mədəniyyət
02 May 15:17
Sosial
02 May 14:22
İdman
02 May 13:31
Mədəniyyət
02 May 12:39
Gündəm
02 May 11:59
Gündəm
02 May 11:32
Siyasət
02 May 11:18
İqtisadiyyat
02 May 10:53
Gündəm
02 May 10:35
İqtisadiyyat
02 May 10:17
Analitik
02 May 09:56
Analitik
02 May 09:30
Sosial
02 May 09:16
Ədəbiyyat
02 May 08:54
Ədəbiyyat
02 May 08:31
Dünya
01 May 23:49
İqtisadiyyat
01 May 23:20
Sosial
01 May 22:46
Xəbər lenti
01 May 22:19
Siyasət
01 May 22:07
Dünya
01 May 21:55
Hadisə
01 May 21:23
İqtisadiyyat
01 May 20:42
Mədəniyyət
01 May 20:17
Maraqlı
01 May 19:50
Dünya
01 May 19:23
Dünya
01 May 18:25
Dünya
01 May 17:32
Gündəm
01 May 16:55
Dünya
01 May 16:55
Maraqlı
01 May 16:39
YAP xəbərləri
01 May 15:50
Dünya
01 May 15:22
Siyasət
01 May 14:53
Siyasət
01 May 14:52
YAP xəbərləri
01 May 14:52
Mədəniyyət
01 May 14:50
Dünya
01 May 14:45
Dünya
01 May 14:17
İdman
01 May 13:52
Hərbi
01 May 13:47
Sosial
01 May 13:45
Sosial
01 May 13:41
Dünya
01 May 13:25
Gündəm
01 May 13:19
Siyasət
01 May 13:19
Sosial
01 May 13:18
Dünya
01 May 12:58
YAP xəbərləri
01 May 12:53
Sosial
01 May 12:42
İqtisadiyyat
01 May 12:41

