KQS və narkotiklərlə mübarizə...
04.08.2022 [10:32]
ABŞ bu sahədə ölkəmizi dəstəkləməkdə davam edəcək
Nardar BAYRAMLI
ABŞ-ın Azərbaycandakı səfirliyinin məlumatına görə, səfirliyinin müvəqqəti işlər vəkili Guevara Azərbaycana səfər edən doktor Jaklin Kellon ilə görüşüb. Doktor Kellon Beynəlxalq Təhlükəsizlik və Nüvə Silahlarının Yayılmaması üzrə Dövlət Departamentinin İxrac Nəzarəti və Əməkdaşlıq İdarəsinin, İxrac Nəzarəti və Əlaqəli Sərhəd Təhlükəsizliyi (EXBS) Proqramında rəhbərdir. Səfirlikdən bildirilib ki, ABŞ Xəzər dənizində sərhəd və dəniz təhlükəsizliyi üzrə Azərbaycanla tərəfdaşdır. “Biz Azərbaycanın kütləvi qırğın silahları və narkotik qaçaqmalçılarının qarşısını almaq bacarığını dəstəkləməyə davam edirik”,- deyə məlumatda vurğulanır.
Ümumiyyətlə, Azərbaycan Respublikası kütləvi qırğın silahlarının yayılmamasının və narkotik qaçaqmalçılığının qarşısının alınması yönündə beynəlxalq təşəbbüsləri fəal şəkildə dəstəkləyir. Ölkəmiz kütləvi qırğın silahlarının yayılması ilə mübarizə sahəsini özünün xarici və təhlükəsizlik siyasətinin prioritet məsələlərindən biri kimi qəbul edir. Azərbaycan Nüvə Sınaqlarının Hərtərəfli Qadağan olunması üzrə Müqavilə və Nüvə Silahlarının Yayılmaması Müqaviləsi kimi bu sahəyə aid olan beynəlxalq sənədləri imzalayıb və ratifikasiya edib. Eləcə də ballistik raketlərin yayılmasına qarşı mövcud mexanizmlərin yerinə yetirilməsi sahəsində beynəlxalq ictimaiyyətin səylərini dəstəkləyir. Azərbaycan nüvə silahlarının tamamilə aradan qaldırılması sahəsində son məqsədə nail olmaq üçün bütövlükdə nüvə silahlarının yayılmasının qarşısının alınması, nüvə tərk-silah prosesinə və beləliklə də beynəlxalq sülh və təhlükəsizliyin qüvvətlənməsinə səmərəli şəkildə səy göstərir. Şərqlə qərb və şimalla cənub arasında əsas kommunikasiyaların kəsişmə nöqtəsində yerləşən Azərbaycan kütləvi qırğın silahlarına aid olan material, texnologiya və bütövlükdə tərkib hissələrinin, eləcə də onların daşınması vasitələrinin öz ərazisi vasitəsilə mümkün ötürmələrin qarşısını almaq məqsədilə bütün vacib praktiki və qanunvericilik vasitələrindən istifadə edir.
44 günlük İkinci Qarabağ müharibəsində Ermənistan silahlı qüvvələri qadağan olunmuş silahlardan istifadə etdi. Bunun nəticəsində bir sıra yaşayış məntəqələrinə ziyan dəydi, xeyli sayda mülki şəxs həlak oldu. Azərbaycan Ermənistanın bu hərbi cinayətləri haqqında beynəlxalq ictimaiyyəti məlumatlandı. Müvafiq beynəlxalq qurumlarda Ermənistana qarşı tədbirlərin görülməsi tələb olundu. Erməni tərəfinin bu cinayətləri bəzi beynəlxalq təşkilatların hesabatlarında da əksini tapdı.
Kütləvi qırğın silahlarının və əlaqədar komponentlərin yayılmasının qarşısının alınması üzrə Azərbaycan ABŞ-la uğurlu əməkdaşlığa malikdir. Qeyd olunan sahədəki ikitərəfli əməkdaşlığın hüquqi əsasını 28 sentyabr 1999-cu il tarixində imzalanmış “Azərbaycan Respublikası Hökuməti və Amerika Birləşmiş Ştatları Hökuməti arasında kütləvi qırğın silahlarının yayılmasının qarşısının alınmasında əməkdaşlıq və müdafiə sahəsində tədbirlər haqqında Saziş” (“Çətir Sazişi”) təşkil edir. 1999-cu il “Çətir Sazişi” çərçivəsində aşağıdakı hüquqi sənədlər imzalanıb: “Azərbaycan Respublikası Nazirlər Kabineti və Amerika Birləşmiş Ştatlarının Müdafiə Departamenti arasında kütləvi qırğın silahlarının yayılmasının qarşısının alınmasında əməkdaşlığa dair Saziş”, “Azərbaycan Respublikası Nazirlər Kabineti və Amerika Birləşmiş Ştatları Müdafiə Departamenti arasında bioloji silahların inkişaf etdirilməsində istifadə edilə bilən texnologiya, patogenlər və təcrübənin yayılmasının qarşısının alınması sahəsində əməkdaşlıq haqqında Saziş”, “Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti və Amerika Birləşmiş Ştatlarının Energetika Departamenti arasında nüvə və digər radioaktiv maddələrin qanunsuz dövriyyəsinin qarşısının alınmasında əməkdaşlığa dair İcra Razılaşması”. Sözügedən hüquqi sənədlər üzrə Azərbaycan-ABŞ əməkdaşlığı Bioloji Təhlükənin Birgə Önlənməsi Proqramı, Müdafiənin İkinci Xətti, İxrac Nəzarəti və Əlaqədar Sərhəd Təhlükəsizliyi və digər əlaqədar yayılmama proqramları çərçivəsində uğurla həyata keçirilir.
Digər bir önəmli məqam isə ölkəmizin narkotik qaçaqmalçılığına qarşı beynəlxalq mübarizədə göstərdiyi səylərdir. Məlumdur ki, hərbi münaqişə zonaları narkotiklərin qanunsuz dövriyyəsi üçün geniş istifadə olunur. Azərbaycan da 30 il ərazində Ermənistanın işğalçı siyasəti səbəbindən belə bir problemlə üzləşmişdi. İşğal altındakı ərazilərimizdən narkotik vasitələrin istehsalı və tranzit üçün istifadə edilməsi narkobiznesin və beynəlxalq terrorizmin genişlənməsinə münbit şərait yaradırdı. Lakin 44 günlük Vətən müharibəsi nəticəsində torpaqlarımızın işğaldan azad edilməsi ilə bu problemə son qoyuldu. Yeri gəlmişkən, Azərbaycan Prezidenti İlham Əliyev ötən il oktyabrın 15-də MDB Dövlət Başçıları Şurasının videoformatda keçirilən iclası zamanı bu məsələyə toxunub. Dövlətimizin başçısı qeyd edib ki, “Azərbaycan İranla dövlət sərhədinin təqribən 30 il müddətində Ermənistanın nəzarəti altında olmuş 130 kilometrlik hissəsində nəzarəti ötən bir ildə bərpa edib və beləliklə, İrandan Azərbaycanın Cəbrayıl rayonundan keçməklə Ermənistana və daha sonra Avropaya narkotrafik marşrutunu bağlayıb”.
Beləliklə, bu kimi faktlar bir daha təsdiqləyir ki, Azərbaycan narkotik qaçaqmalçılığı ilə mübarizədə də beynəlxalq tərəfdaşlığın fəal üzvüdür. Ölkəmiz beynəlxalq və yerli qanunvericilik çərçivəsində bu istiqmətdə fəaliyyətini uğurla davam etdirir.
Xəbər lenti
Hamısına baxDünya
30 İyul 17:25
Dünya
30 İyul 16:19
Dünya
30 İyul 15:38
YAP xəbərləri
30 İyul 15:31
İqtisadiyyat
30 İyul 14:50
Sosial
30 İyul 14:33
Sosial
30 İyul 14:31
Sosial
30 İyul 14:29
YAP xəbərləri
30 İyul 14:24
Dünya
30 İyul 14:22
YAP xəbərləri
30 İyul 13:58
Elanlar
30 İyul 13:49
Dünya
30 İyul 13:41
Dünya
30 İyul 13:17
Elm
30 İyul 12:57
Sosial
30 İyul 12:57
Elm
30 İyul 12:56
Dünya
30 İyul 12:49
Sosial
30 İyul 12:31
İqtisadiyyat
30 İyul 12:20
İqtisadiyyat
30 İyul 12:19
Sosial
30 İyul 11:58
Gündəm
30 İyul 11:25
Mədəniyyət
30 İyul 11:15
Mədəniyyət
30 İyul 11:14
Siyasət
30 İyul 10:42
İqtisadiyyat
30 İyul 10:17
Siyasət
30 İyul 09:54
Sosial
30 İyul 09:30
Dünya
30 İyul 09:15
Analitik
30 İyul 08:57
Analitik
30 İyul 08:33
Elm
30 İyul 07:56
İdman
30 İyul 07:54
Dünya
30 İyul 07:45
Dünya
30 İyul 07:44
Dünya
29 İyul 23:17
Dünya
29 İyul 22:41
Dünya
29 İyul 22:19
İqtisadiyyat
29 İyul 21:50
Dünya
29 İyul 21:22
Dünya
29 İyul 21:09
Dünya
29 İyul 20:45
Xəbər lenti
29 İyul 20:32
Siyasət
29 İyul 20:27
Dünya
29 İyul 20:16
Siyasət
29 İyul 20:15
Siyasət
29 İyul 19:59
Dünya
29 İyul 19:50
Siyasət
29 İyul 19:44
Siyasət
29 İyul 19:36
Dünya
29 İyul 19:25
Dünya
29 İyul 19:10
Turizm
29 İyul 18:31
İdman
29 İyul 17:19
Sosial
29 İyul 16:25
Gündəm
29 İyul 16:13
Sosial
29 İyul 15:51
YAP xəbərləri
29 İyul 15:43
Siyasət
29 İyul 15:26
Sosial
29 İyul 15:20
Siyasət
29 İyul 14:35
Sosial
29 İyul 14:03
İdman
29 İyul 14:02
Sosial
29 İyul 14:01
Sosial
29 İyul 14:00
İdman
29 İyul 13:59
Dünya
29 İyul 13:54
Sosial
29 İyul 13:50
Analitik
29 İyul 11:35

