İsmayıllıda məzunlarla görüş keçirilib
17.08.2022 [14:08]
İsmayıllı rayonunda 2021-2022-ci il tədris ilində yüksək nəticə göstərmiş məzunlarla görüş keçirilib. Rayon mərkəzindəki Heydər Əliyev adına parkda təşkil olunan görüşdə İcra Hakimiyyəti başçısı Nahid Bağırov, YAP İsmayıllı rayon təşkilatının sədri Zaur Muradov, Dağlıq Şirvan Regional Təhsil İdarəsinin müdrinin səlahiyyətlərini müvəqqəti icra edən Rövşən Əliyev iştirak ediblər. Tədbiri giriş sözü ilə açan Dağlıq Şirvan Regional Təhsil İdarəsinin müdrinin səlahiyyətlərini müvəqqəti icra edən Rövşən Əliyev İsmayıllı təhsilinin uğurlarından danışıb. O, qeyd edib ki, yüksək pedaqoji ənənələri olan İsmayıllı təhsili həmişə yükək nəticələri ilə fərqlənib və bu ənənə bu il də davam edir.
Tədbirdə çıxış edən rayon İcra Hakimiyyətinin başçısı Nahid Bağırov ali təhsil müəssisələrinə qəbul imtahanlarında yüksək nəticə göstərərək tələbə adını qazanan məzunları, onların valideynlərini və təhsil ictimaiyyətini təbrik edib. Ölkəmizdə təhsilə göstərilən diqqət və qayğıdan danışan N.Babayev uğurlu gələcəyəmiz üçün bilikli, hərtərəfli inkişaf edən gənc nəslin yetişməsində ümumtəhsil məktəblərinin önəmli rol oynadığını bildirib. Vurğulanıb ki, son illər kadrların hazırlanması, tədrisin yüksək, müasir tələblər səviyyəsində təşkili üçün ümumtəhsil məktəblərinin maddi-texniki bazasının möhkəmləndirilməsi istiqamətində xeyli iş görülüb və görülməkdədir.
Daha sonra çıxış edən YAP İsmayıllı rayon təşkilatının sədri Zaur Muradov ulu öndər Heydər Əliyevin milli təhsil quruculuğu sahəsində başladığı islahatların bu gün Azərbaycan Respublikasının Prezidenti, cənab İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini, təhsilin davamlı inkişafına yönəlmiş əsaslı tədbirlərin həyata keçirildiyini diqqətə çatdırıb. O,İsmayıllının gələcəyi olan gəncləri tələbə olmaqları münasibətilə təbrik edərək, onlara harada olmalarından asılı olmayaraq vətənə, xalqa, dövlətə və dövlətçiliyə sadiq olmağa çağırıb.
Çıxış edən müəllimlər və valideynlər respublikamızda eləcə də İsmayıllıda təhsilin inkişafına göstərdiyi diqqət və qayğıya görə Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya minnətdarlıqlarını bildiriblər. Görüşdə orta məktəbi qızıl medalla qurtaran məzunlara medal və atestatlar, ali təhsil müəssisələrinə qəbul imtahanlarında yüksək nəticə göstərənlərə həmçinin bir sıra müxtəlif layihə və müsabiqələrdə qalib olmuş məzunlara Fəxri fərman və mükafatlar təqdim olunub. Sonda xatirə şəkli çəkilib.
Xəbər lenti
Hamısına baxAnalitik
31 İyul 10:04
Analitik
31 İyul 09:56
Dünya
31 İyul 09:45
Dünya
31 İyul 09:12
Dünya
31 İyul 08:56
Dünya
30 İyul 23:47
Dünya
30 İyul 23:18
Dünya
30 İyul 22:55
Dünya
30 İyul 22:25
Dünya
30 İyul 21:15
Dünya
30 İyul 20:48
Dünya
30 İyul 20:20
Dünya
30 İyul 19:50
Gündəm
30 İyul 19:33
Dünya
30 İyul 19:20
Dünya
30 İyul 18:40
Dünya
30 İyul 17:25
Gündəm
30 İyul 16:32
Dünya
30 İyul 16:19
Dünya
30 İyul 15:38
YAP xəbərləri
30 İyul 15:31
İqtisadiyyat
30 İyul 14:50
Sosial
30 İyul 14:33
Sosial
30 İyul 14:31
Sosial
30 İyul 14:29
YAP xəbərləri
30 İyul 14:24
Dünya
30 İyul 14:22
YAP xəbərləri
30 İyul 13:58
Elanlar
30 İyul 13:49
Dünya
30 İyul 13:41
Dünya
30 İyul 13:17
Elm
30 İyul 12:57
Sosial
30 İyul 12:57
Elm
30 İyul 12:56
Dünya
30 İyul 12:49
Sosial
30 İyul 12:31
İqtisadiyyat
30 İyul 12:20
İqtisadiyyat
30 İyul 12:19
Sosial
30 İyul 11:58
Gündəm
30 İyul 11:25
Mədəniyyət
30 İyul 11:15
Mədəniyyət
30 İyul 11:14
Siyasət
30 İyul 10:42
İqtisadiyyat
30 İyul 10:17
Siyasət
30 İyul 09:54
Sosial
30 İyul 09:30
Dünya
30 İyul 09:15
Analitik
30 İyul 08:57
Analitik
30 İyul 08:33
Elm
30 İyul 07:56
İdman
30 İyul 07:54
Dünya
30 İyul 07:45
Dünya
30 İyul 07:44
Dünya
29 İyul 23:17
Dünya
29 İyul 22:41
Dünya
29 İyul 22:19
İqtisadiyyat
29 İyul 21:50
Dünya
29 İyul 21:22
Dünya
29 İyul 21:09
Dünya
29 İyul 20:45
Xəbər lenti
29 İyul 20:32
Siyasət
29 İyul 20:27
Dünya
29 İyul 20:16
Siyasət
29 İyul 20:15
Siyasət
29 İyul 19:59
Dünya
29 İyul 19:50
Siyasət
29 İyul 19:44
Siyasət
29 İyul 19:36
Dünya
29 İyul 19:25
Dünya
29 İyul 19:10

