Laçın şəhərinə qayıdışa hazırlıq başlanacaq - Dövlət Komitəsi
17.08.2022 [14:16]
Laçın şəhərindən otuz il əvvəl məcburi köçkün düşən və respublikamızın müxtəlif yerlərində müvəqqəti məskunlaşan həmvətənlərimizin doğma yurda qayıdışa hazırlanması barədə Prezident İlham Əliyevin verdiyi tapşırığın icrasına başlanıb. Bu məqsədlə avqustun 16-da Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsində onların bir qrupu ilə görüş keçirilib.
Komitədən verilən məlumata görə, torpaqlarımızın işğaldan azad edilməsi uğrunda şəhid olanların xatirəsi ehtiramla yad edilib. Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin rəhbərliyi ilə rəşadətli ordumuzun erməni faşizmi üzərində qələbəsi nəticəsində düşmənin bir güllə atmadan tərk etdiyi Laçın şəhərində müvəqqəti yerləşdirilmiş Rusiya sülhməramlılarının, üçtərəfli Bəyanatın şərtlərinə uyğun olaraq, dilokasiyanın dəyişdirilməsi, qanunsuz məskunlaşdırılmış ermənilərin bu ərazidən çıxarılması dövlətimizin gücünün, qüdrətinin növbəti nümayişi kimi dəyərləndirilib. Qanunsuz məskunlaşdıqları yerlərdən çıxarkən ermənilərin evləri və meşə sahələrini yandıraraq, yenidən vandalizm törətməsi qətiyyətlə pislənilib.
Laçınlılar məcburi köçkünlük dövründə onlara hərtərəfli dövlət qayğısı göstərildiyini bildirərək, həm buna görə, həm də ata-baba torpaqlarına qayıtmaq arzularını gerçəkləşdirdiyi üçün Prezident İlham Əliyevə minnətdarlıq bildiriblər. Birinci vitse-prezident Mehriban Əliyevanın köçkünlüklə bağlı problemlərin həlli ilə bağlı gördüyü işlər dərin razılıq hissi ilə qeyd edilib.
Dövlət Komitəsinin Böyük Qayıdışa hazırlıq məqsədilə həyata keçirdiyi tədbirlər barəsində görüş iştirakçılarına ətraflı məlumat verilib. Bir daha diqqətə çatdırılıb ki, məcburi köçkünlüyü başa çatan vətəndaşların könüllü, təhlükəsiz şəraitdə və ləyaqətlə doğma yurda qayıdışını təmin etmək üçün dövlətimizin başçısının tapşırığı ilə bütün lazımi tədbirlər həyata keçirilir.
Görüşdə qayıdışa hazırlıq və köçürülmənin təşkili ilə bağlı açıq və səmimi fikir mübadiləsi aparılıb. Laçınlılar doğma yurda qayıdıb, onun sosial-iqtisadi inkişafına, işğalın fəsadlarının aradan qaldırılmasına töhfə verməyə, dağlar qoynundakı şəhəri dirçəltməyə hazır olduqlarını bildiriblər.
Tədbir iştirakçıları Laçına qayıdış xəbərini sevinclə qarşıladıqlarını və tezliklə qayıdacaqlarına ümidvar olduqlarına bildiriblər.
Xəbər lenti
Hamısına baxDünya
02 May 18:36
Sosial
02 May 17:36
Hadisə
02 May 16:29
Mədəniyyət
02 May 15:17
Sosial
02 May 14:22
İdman
02 May 13:31
Mədəniyyət
02 May 12:39
Gündəm
02 May 11:59
Gündəm
02 May 11:32
Siyasət
02 May 11:18
İqtisadiyyat
02 May 10:53
Gündəm
02 May 10:35
İqtisadiyyat
02 May 10:17
Analitik
02 May 09:56
Analitik
02 May 09:30
Sosial
02 May 09:16
Ədəbiyyat
02 May 08:54
Ədəbiyyat
02 May 08:31
Dünya
01 May 23:49
İqtisadiyyat
01 May 23:20
Sosial
01 May 22:46
Xəbər lenti
01 May 22:19
Siyasət
01 May 22:07
Dünya
01 May 21:55
Hadisə
01 May 21:23
İqtisadiyyat
01 May 20:42
Mədəniyyət
01 May 20:17
Maraqlı
01 May 19:50
Dünya
01 May 19:23
Dünya
01 May 18:25
Dünya
01 May 17:32
Gündəm
01 May 16:55
Dünya
01 May 16:55
Maraqlı
01 May 16:39
YAP xəbərləri
01 May 15:50
Dünya
01 May 15:22
Siyasət
01 May 14:53
Siyasət
01 May 14:52
YAP xəbərləri
01 May 14:52
Mədəniyyət
01 May 14:50
Dünya
01 May 14:45
Dünya
01 May 14:17
İdman
01 May 13:52
Hərbi
01 May 13:47
Sosial
01 May 13:45
Sosial
01 May 13:41
Dünya
01 May 13:25
Gündəm
01 May 13:19
Siyasət
01 May 13:19
Sosial
01 May 13:18
Dünya
01 May 12:58
YAP xəbərləri
01 May 12:53
Sosial
01 May 12:42
İqtisadiyyat
01 May 12:41
Sosial
01 May 12:40
Sosial
01 May 12:39
Siyasət
01 May 12:32
Sosial
01 May 12:29
Siyasət
01 May 12:26
Dünya
01 May 12:21
Siyasət
01 May 11:42
Siyasət
01 May 11:27
MEDİA
01 May 11:24
Gündəm
01 May 11:17
Siyasət
01 May 11:07
Analitik
01 May 11:01
Gündəm
01 May 10:52
Siyasət
01 May 10:39
Gündəm
01 May 10:16
Gündəm
01 May 09:54

