Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Xəbər lenti / ABŞ-ın Qafqaz üzrə yeni baş məsləhətçisi Azərbaycana gəlir

ABŞ-ın Qafqaz üzrə yeni baş məsləhətçisi Azərbaycana gəlir

07.09.2022 [10:56]

ABŞ Dövlət Departamentinin Qafqaz üzrə yeni baş məsləhətçisi Filip Riker regiona səfər edəcək.

APA xəbər verir ki, bunu ABŞ Dövlət Departamentinin sözçüsünün müavini Vedant Patel mətbuat brifinqində deyib.

O qeyd edib ki, Filip Riker bu həftə Cənubi Qafqaz regionuna səfər edəcək.

Patelin sözlərinə görə, bu, Rikerin Cənubi Qafqaza yeni postunda ilk səfəri olacaq: “Biz ümid edirik ki, bu cür səfərlər müntəzəm baş tutacaq. O, bu axşam yola düşəcək”.

Bildirilib ki, Riker Ermənistan, Gürcüstan və Azərbaycana gedəcək və hər üç ölkədə regiondakı əsas məsələləri müzakirə etmək, həll edilməmiş məsələlərin həlli və gələcək regional əməkdaşlıq üçün tərəfdaşlara kömək etməklə bağlı yollar axtaracaq. Eyni zamanda, o, birbaşa və konstruktiv şəkildə əməkdaşlıq etmək üçün yüksək vəzifəli şəxslərlə görüşəcək.

Paylaş:
Baxılıb: 486 dəfə

Xəbər lenti

Hamısına bax

Analitik

Gündəm

Avropada birinci!

02 May 11:59  

Siyasət

Gündəm

Analitik

Ədəbiyyat

Balaca Buker

02 May 08:54

Ədəbiyyat

Şənbə üçün nəzm

02 May 08:31  

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31