/ / Milli Məclisin sədri Ermənistan təxribatları ilə əlaqədar beynəlxalq təşkilatlara müraciət ünvanlayıb
Milli Məclisin sədri Ermənistan təxribatları ilə əlaqədar beynəlxalq təşkilatlara müraciət ünvanlayıb
14.09.2022 [21:39]
Milli Məclisin sədri Sahibə Qafarova Ermənistan tərəfindən Azərbaycan-Ermənistan dövlət sərhədində törədilən təxribatla əlaqədar beynəlxalq təşkilatlara müraciət ünvanlayıb.
Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən bildiriblər ki, Parlamentlərarası İttifaqın Prezidentinə və Baş katibinə, Avropa Parlamentinə, ATƏT PA-ya, MDB PA-ya, İslam Əməkdaşlıq Təşkilatının Parlament Assambleyasına, İqtisadi Əməkdaşlıq Təşkilatının Parlament Assambleyasına, Asiya Parlament Assambleyasına, Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatının Parlament Assambleyasına, GUAM PA-ya ünvanlanmış məktublarda sentyabrın 12-də gecə saatlarından etibarən Ermənistanın Azərbaycana qarşı növbəti hərbi təxribata başladığı qeyd olunub. Bildirilib ki, Ermənistan silahlı qüvvələri Azərbaycan-Ermənistan dövlət sərhədinin Daşkəsən, Kəlbəcər və Laçın rayonları istiqamətində Azərbaycan Ordusunun mövqelərini intensiv atəşə tutublar. Ermənistan tərəfinin bu təxribatına cavab olaraq Azərbaycan tərəfindən cavab tədbirləri görülüb. Təxribatın qarşısının alınması zamanı 50 hərbçimiz şəhid olub.
Milli Məclisin sədri diqqətə çatdırıb ki, Ermənistan üçtərəfli bəyanatların müddəalarını və əldə olunmuş razılaşmaları kobud şəkildə pozaraq silahlı birləşmələrini Azərbaycan ərazisindən tam çıxarmayıb, Azərbaycanın ərazilərinin minalanmasını davam etdirib, bölgəyə ağır texnika və müxtəlif çaplı silahlar yerləşdirərək, sərhədboyu mövqelərimizi atəşə tutub.
Müraciətdə vurğulanıb ki, Azərbaycanın regionda uzunmüddətli sülh və sabitliyin təmin olunması istiqamətində səylərinə və təkliflərinə zidd olaraq, Ermənistan normallaşma prosesini müxtəlif bəhanələrlə ləngidir, beynəlxalq səylərlə aparılan danışıqlarda destruktiv mövqe nümayiş etdirir, regionda kommunikasiyaların və nəqliyyat marşrutlarının açılması prosesinə maneələr yaradır. Bütün bunlar Ermənistanın sülh prosesində maraqlı olmadığını və prosesə zərbə vurmaq niyyətini nümayiş etdirir.
Sənəddə qeyd olunur ki, hazırda Azərbaycan işğaldan azad edilmiş ərazilərində külli miqdarda sərmayələr hesabına genişmiqyaslı bərpa və yenidənqurma işləri həyata keçirir. Artıq bu ərazilərə bir qrup məcburi köçkün ailələrinin geri qayıtması prosesinə başlanılıb. Ermənistan öz təxribatları ilə bu prosesə də əngəl törədir.
Bildirilir ki, Azərbaycanın vəziyyətin sabitləşdirilməsi və gərginliyin aradan qaldırılması üçün zəruri addımlar atmasına baxmayaraq, Ermənistan əldə olunmuş atəşkəsi pozmağa davam edir. Baş vermiş təxribat, qarşıdurma və itkilərə görə bütün məsuliyyət Ermənistanın siyasi-hərbi rəhbərliyinin üzərinə düşür.
S.Qafarovanın müraciətində qeyd edilir ki, Azərbaycan tərəfi beynəlxalq ictimaiyyəti Ermənistanın regionda uzunmüddətli sülh və sabitliyin təmin olunması istiqamətindəki səylərə qarşı yönəlmiş bu addımlarını qınamağa çağırır.
Xəbər lenti
Hamısına baxDünya
03 May 23:16
Dünya
03 May 22:41
Dünya
03 May 21:27
Dünya
03 May 20:18
Gündəm
03 May 19:45
Maraqlı
03 May 19:25
Dünya
03 May 18:40
Sosial
03 May 18:16
İdman
03 May 18:14
Dünya
03 May 17:15
İdman
03 May 16:52
Maraqlı
03 May 16:39
Dünya
03 May 15:22
Analitik
03 May 14:54
Elm
03 May 14:31
Dünya
03 May 13:40
İqtisadiyyat
03 May 12:45
Dünya
03 May 12:17
Dünya
03 May 11:49
Dünya
03 May 11:20
İdman
03 May 10:58
Dünya
03 May 10:36
İdman
03 May 10:20
Dünya
03 May 09:43
İqtisadiyyat
03 May 09:14
İdman
03 May 08:50
Elm
03 May 08:22
İdman
03 May 07:30
Elm
03 May 07:24
İdman
02 May 23:35
Sosial
02 May 22:45
Analitik
02 May 21:56
Dünya
02 May 20:42
Dünya
02 May 19:34
YAP xəbərləri
02 May 18:39
Dünya
02 May 18:36
Sosial
02 May 17:36
Hadisə
02 May 16:29
Mədəniyyət
02 May 15:17
Sosial
02 May 14:22
İdman
02 May 13:31
Mədəniyyət
02 May 12:39
Gündəm
02 May 11:59
Gündəm
02 May 11:32
Siyasət
02 May 11:18
İqtisadiyyat
02 May 10:53
Gündəm
02 May 10:35
İqtisadiyyat
02 May 10:17
Analitik
02 May 09:56
Analitik
02 May 09:30
Sosial
02 May 09:16
Ədəbiyyat
02 May 08:54
Ədəbiyyat
02 May 08:31
Dünya
01 May 23:49
İqtisadiyyat
01 May 23:20
Sosial
01 May 22:46
Xəbər lenti
01 May 22:19
Siyasət
01 May 22:07
Dünya
01 May 21:55
Hadisə
01 May 21:23
İqtisadiyyat
01 May 20:42
Mədəniyyət
01 May 20:17
Maraqlı
01 May 19:50
Dünya
01 May 19:23
Dünya
01 May 18:25
Dünya
01 May 17:32
Gündəm
01 May 16:55
Dünya
01 May 16:55
Maraqlı
01 May 16:39
YAP xəbərləri
01 May 15:50

