Ermənistanın davam edən mina terroru...
21.09.2022 [10:29]
İddia qaldırılmalıdır
Nicat PAŞA
Mina terroru ümumilikdə erməni terrorizminin əsas göstəricilərindən biridir. Məlum olduğu kimi, uzun illərdir işğal altında saxlanılan və Müzəffər Ordumuz tərəfindən azad olunan torpaqlarımızın böyük bir hissəsi ermənilər tərəfindən minalanıb. Hətta 2020-ci ildə Ağdam, Kəlbəcər və Laçın rayonlarını tərk edərkən ermənilər həmin ərazilərə əlavə minalar basdırıblar. 2020-ci il noyabrın 10-dan indiyədək yüzlərlə insan mina terroru nəticəsində həlak olub və ya müxtəlif dərəcəli xəsarət alıb.
Məhz Ermənistanın çirkin “oyunları”nın nəticəsidir ki, 44 günlük Vətən müharibəsi nəticəsində torpaqlarımız işğaldan azad olunsa da, olduqca böyük əraziləri əhatə edən sahələrə minaların basdırılması keçmiş məcburi köçkünlərin təhlükəsiz şəkildə öz evlərinə qayıtması üçün ciddi əngəl olaraq qalmaqdadır. Müvafiq qurumlar baş verə biləcək xoşagəlməz halların aradan qaldırılması - minaların aşkar edilərək zərərsizləşdirilməsi istiqamətində fasiləsiz olaraq çalışırlar. Əfsuslar olsun ki, həyata keçirilən irimiqyaslı tədbirlər nəticəsində hər gün Ermənistan tərəfinin basdırdığı minalar haqqında yeni-yeni məlumatlara şahidlik edirik.
Məsələn, dünən Laçın rayonu ərazisində erməni təxribatı zamanı basdırılan daha 100 ədəd mina zərərsizləşdirilib. Bu barədə “Yeni Azərbaycan” qəzetinə Azərbaycan Müdafiə Nazirliyindən məlumat verilib.
Bildirilib ki, Ermənistan silahlı qüvvələrinin genişmiqyaslı təxribatı zamanı diversiya qruplarının minaladıqları ərazilərin və təminat yollarının mühəndis-istehkam bölmələrimiz tərəfindən təmizlənməsi prosesi davam edir.
“Laçın rayonu ərazisində aparılan minatəmizləmə fəaliyyəti nəticəsində sentyabrın 19-da Böyük İşıqlı dağının şimal-şərq hissəsindəki dərə boşluğunda 2021-ci ildə Ermənistanda istehsal edilmiş növbəti 100 ədəd G-001 M tipli piyada əleyhinə mina aşkar edilib. Azərbaycan Ordusunun mühəndis istehkam-bölmələri tərəfindən aşkar olunan minalar təhlükəsizlik qaydalarına riayət olunmaqla ərazidən çıxarılıb. Ərazidə mühəndis təminatı üzrə görülən işlər davam etdirilir”, - nazirlikdən qeyd olunub.
İstər yerli, istərsə də beynəlxalq mütəxəssislər Ermənistanın mina terrorunu qəti şəkildə pisləyirlər. Lakin əfsuslar olsun ki, dünya ictimaiyyəti bu məsələ haqqında danışmağa tələsmir.
Hərbi ekspert Ədalət Verdiyev “Yeni Azərbaycan”a açıqlamasında Ermənistanın dünyanın yaddaşında XXI əsrin mina terrorunun memarı kimi qaldığını xatırladaraq bildirib ki, ərazilərimizdə saysız-hesabsız miqdarda mina yerləşdirən Ermənistana qarşı bir beynəlxalq təşkilat da tutarlı bir bəyanat səsləndirməyib: “Davamlı olaraq törətdikləri barbarlıq aktlarını, vəhşilikləri görməzdən gələn dünya ictimaiyyəti heç olmasa bu il Ermənistanın basdırdığı minalarda həyatını itirən 200 nəfərdən artıq vətəndaşımıza görə bir-iki sətirlik də olsa, bir bəyanat səsləndirməlidir. Minaları istehsal edən, onu qanunsuz olaraq ərazilərimizə yerləşdirən Ermənistan qınanmalı idi. Lakin əfsuslar olsun ki, indiyə qədər biz bunu müşahidə etməmişik”.
Hərbi ekspert hesab edir ki, Azərbaycan tərəfi minaların təmizlənməsinə, minalarda? həyatını itirən və xəsarət alanlara çəkilən və çəkiləcək dövlət xərclərini ortalama da olsa, hesablamalıdır və bu məbləğ Ermənsitan tərəfindən ödənilməlidir: “Nisbi bir rəqəm çıxarılmalı, əsaslandırılmalı, Azərbaycan ərazilərində törədilən cinayətlərə görə Ermənistana qarşı kompensasiyaya aid iddia ərizəsində minalara aid rəqəm də ümumiləşdirilərək göstərilməlidir. Bütün bu məbləğ Ermənistan tərəfindən hansısa formada mütləq və mütləq ödənilməlidir”.
“Divarla, daşla, abidə ilə, insan həyatı ilə savaşan Ermənistandan biz revanşizmdən əl çəkməsini, üçtərəfli razılaşmanın öz xoşuna olaraq yerinə yetirilməsini də gözləmirik. Amma imzalanan kapitulyasiya aktının Ermənistan tərəfindən ödənilməyəcəyi anlamına da gəlməz. Onlar üzərlərinə götürdükləri öhdəlikləri ya öz xoşlarına, ya da dəmir yumruq hesabına, zor gücünə yerinə yetirəcəklər. Artıq onlarla danışmağın başqa yolu qalmayıb”, - deyə Ə.Verdiyev fikirlərinə yekun vurub.
Deyilənlər bir daha onu deməyə əsas verir ki, beynəlxalq təşkilatlar, ayrı-ayrı ölkələrin parlamentləri, insan hüquqlarının müdafiəsi ilə məşğul olan qurumlar Azərbaycana qarşı davam etdirilən mina terroruna biganə qalmamalıdırlar. Aidiyyəti qurum və təşkilatlar tərəfindən bu məsələ ilə bağlı Ermənistana çağırış və təzyiqlər edilməli, bu cinayətlərin qarşısı qısa zamanda alınmalıdır.
Xəbər lenti
Hamısına baxDünya
04 May 23:35
Dünya
04 May 23:18
Dünya
04 May 22:49
Siyasət
04 May 22:33
Dünya
04 May 22:31
Dünya
04 May 22:16
Gündəm
04 May 22:11
Gündəm
04 May 22:05
Dünya
04 May 21:58
Gündəm
04 May 21:39
Dünya
04 May 21:25
Analitik
04 May 21:21
Dünya
04 May 21:06
Dünya
04 May 20:43
Sosial
04 May 20:32
Siyasət
04 May 20:32
Dünya
04 May 20:17
Siyasət
04 May 20:11
Dünya
04 May 19:50
Siyasət
04 May 19:50
Dünya
04 May 19:22
Gündəm
04 May 19:08
Dünya
04 May 19:05
YAP xəbərləri
04 May 18:58
Siyasət
04 May 18:35
Siyasət
04 May 18:13
YAP xəbərləri
04 May 18:05
Dünya
04 May 17:27
Gündəm
04 May 17:15
Analitik
04 May 16:57
Siyasət
04 May 16:49
Siyasət
04 May 16:49
İdman
04 May 16:48
Elm
04 May 16:47
Sosial
04 May 16:35
Gündəm
04 May 16:17
Hadisə
04 May 16:10
Hadisə
04 May 15:37
Elm
04 May 14:53
İqtisadiyyat
04 May 14:51
Sosial
04 May 14:19
Sosial
04 May 14:16
Sosial
04 May 13:55
Siyasət
04 May 13:47
Siyasət
04 May 13:46
Siyasət
04 May 13:45
Siyasət
04 May 12:50
İqtisadiyyat
04 May 12:43
Dünya
04 May 12:31
İdman
04 May 12:18
Dünya
04 May 12:02
Hadisə
04 May 11:46
İqtisadiyyat
04 May 11:16
Sosial
04 May 11:12
Dünya
04 May 10:53
YAP xəbərləri
04 May 10:49
Elm
04 May 10:41
YAP xəbərləri
04 May 10:23
Dünya
04 May 10:20
Dünya
04 May 09:42
Dünya
04 May 09:17
Dünya
04 May 08:59
Siyasət
04 May 08:29
Dünya
03 May 23:16
Dünya
03 May 22:41
Dünya
03 May 21:27
Dünya
03 May 20:18
Gündəm
03 May 19:45
Maraqlı
03 May 19:25
Dünya
03 May 18:40

