3 gün qalır...
21.09.2022 [11:16]
Mətbuat Şurasına yeni nəfəs veriləcək
Xəbər verildiyi kimi, Azərbaycan Mətbuat Şurasının İdarə Heyətinin 6 sentyabr 2022-ci il tarixli iclasında Nizamnamə tələblərinə uyğun olaraq, Azərbaycan Jurnalistlərinin VIII Qurultayının keçirilməsi qərara alınıb. İclasda Azərbaycan jurnalistlərinin növbəti qurultayının keçirilməsi üzrə təşkilat komitəsi yaradılıb.
Ötən günlərdə təşkilat komitəsi kimi fəaliyyət göstərən AMŞ İdarə Heyəti qurultaya hazırlıq işlərini davam etdirir. Təşkilat komitəsinin üzv qurumlara ünvanladığı məlumatda bildirilir ki, Mətbuat Şurasının İdarə Heyətinə namizədlərin müəyyənləşdirilməsi məqsədilə onlara ünvanlanan 2 anketdən birində gündəlik qəzet və informasiya agentlikləri üçün 2, yerdə qalan yayımlar üçün isə 1 qurultay nümayəndəsinin müəyyən edilməsi nəzərdə tutulur. Üzv təşkilatların nümayəndələrinin adları qurultay iştirakçılarının vahid siyahısına daxil ediləcək. Qurultay nümayəndələri ali məclisdə səsvermə hüququ qazanacaqlar.
İkinci anketdə isə AMŞ İdarə Heyətinin yeni tərkibinə seçilmək üçün üzv təşkilatlar 11 jurnalistin, 7 ictimaiyyət nümayəndəsinin, 5 internet informasiya resursu təmsilçisinin adını təklif edəcək. Bu anketə verilən cavablar təşkilat komitəsi tərəfindən araşdırılacaq, ən çox səs toplayan namizədlərin adları qurultay günü iştirakçılara paylanacaq yekun seçki bülleteninə daxil ediləcək. Qurultayda yeni İdarə Heyətinin üzvləri onların arasından seçiləcək. İdarə Heyəti seçildikdən sonra yeni tərkibdə yer alanların sırasından Mətbuat Şurasının sədrinin seçilməsi üçün ayrıca səsvermə keçiriləcək.
Azərbaycan jurnalistlərinin özünüidarə və özünü tənzimləmə qurumu olan Azərbaycan Mətbuat Şurası ətrafında birləşmiş qəzet-jurnal redaksiyaları, informasiya agentlikləri, elektron media yayımları və jurnalist təşkilatlarında bu günlərdə keçirilən toplantı və müzakirələrdə qurultaya nümayəndələr müəyyən edilir, jurnalistlərin növbəti ali məclisində Azərbaycan Mətbuat Şurasının yeni rəhbərliyinin formalaşdırılması üçün namizədlər irəli sürülür.
Xatırladaq ki, Azərbaycan jurnalistlərinin VIII qurultayı 24 sentyabr 2022-ci ildə keçiriləcək.
Əməkdar jurnalist Azər Həsrət “Yeni Azərbaycan”a qurultayla bağlı açıqlamasında Mətbuat Şurasının yenilənməsinə zərurət olduğunu qeyd edib. Onun sözlərinə görə, istər idarə heyəti tərkibinin, istərsə də ümumilikdə MŞ konsepsiyasına baxışın yenilənməsi üçün çox ciddi zəmin yaranıb: “Unutmayaq ki, MŞ 19 ildən çoxdur ki, yaranıb və təbii ki, bu müddət ərzində Şura ilə bağlı, ümumilikdə isə jurnalistika və mətbuatla bağlı kifayət qədər ciddi dəyişikliklər baş verib. Bundan başqa, MŞ-da təmsil olunan şəxslərin də çoxu yaşlanıb, bu və ya digər şəkildə proseslərdən aralı düşüblər. Artıq gənclər meydana çıxır, xüsusilə də sosial media platformalarında görürük ki, perspektivli deyə biləcəyimiz gənc jurnalistlər var. Onlar istər beynəlxalq məkanlarda, istərsə də ölkəmizdə ictimai rəyə təsir baxımından ciddi sayıla biləcək uğurlara imza atırlar. Belə olan şəraitdə MŞ-nin İdarə Heyəti tərkibinin ciddi olaraq yenilənməsinə ehtiyac olduğunu düşünürəm. İndiki şəraitdə MŞ İdarə Heyətinə elə insanlar seçilməlidir ki, onlar ölkə içində, ictimai rəydə daim göz önündə olsunlar, özəlliklə də ölkəmiz üçün məsul olan məqamlarda mütləq cəmiyyətin qarşısına çıxıb söz deyə bilsinlər. Həmin şəxslər, eyni zamanda beynəlxalq platformalarda Azərbaycanı, mediamızı, ictimai rəyimizi yüksək səviyyədə təmsil edə bilsinlər. Düşünürəm ki, MŞ-nin indi seçiləcək tərkibi bu kriteriyalara cavab verməlidir.
Yeni sədrin seçilməsi isə qurultayın səlahiyyətində olan məsələdir, hələlik bu barədə heç nə deyə bilmərik. Əflatun Amaşov namizədliyinin olub-olmayacağına özü qərar verəcək. Bundan başqa, yəqin ki, MŞ-nin sədrliyinə alternativ namizədlər də olacaq. Qurultay nümayəndələri həmin namizədlərin içində ən uyğun olanını seçəcək. Fikrimcə, sentyabrın 24-dəki qurultaydan sonra Mətbuat Şurasına yeni nəfəs veriləcək və Şura bu vaxta qədər əldə etdiyi böyük uğurların üzərinə daha yeni uğurlar gətirmək üçün yeni imkanlar əldə edəcək”.
Yeganə BAYRAMOVA
Xəbər lenti
Hamısına baxDünya
04 May 23:35
Dünya
04 May 23:18
Dünya
04 May 22:49
Siyasət
04 May 22:33
Dünya
04 May 22:31
Dünya
04 May 22:16
Gündəm
04 May 22:11
Gündəm
04 May 22:05
Dünya
04 May 21:58
Gündəm
04 May 21:39
Dünya
04 May 21:25
Analitik
04 May 21:21
Dünya
04 May 21:06
Dünya
04 May 20:43
Sosial
04 May 20:32
Siyasət
04 May 20:32
Dünya
04 May 20:17
Siyasət
04 May 20:11
Dünya
04 May 19:50
Siyasət
04 May 19:50
Dünya
04 May 19:22
Gündəm
04 May 19:08
Dünya
04 May 19:05
YAP xəbərləri
04 May 18:58
Siyasət
04 May 18:35
Siyasət
04 May 18:13
YAP xəbərləri
04 May 18:05
Dünya
04 May 17:27
Gündəm
04 May 17:15
Analitik
04 May 16:57
Siyasət
04 May 16:49
Siyasət
04 May 16:49
İdman
04 May 16:48
Elm
04 May 16:47
Sosial
04 May 16:35
Gündəm
04 May 16:17
Hadisə
04 May 16:10
Hadisə
04 May 15:37
Elm
04 May 14:53
İqtisadiyyat
04 May 14:51
Sosial
04 May 14:19
Sosial
04 May 14:16
Sosial
04 May 13:55
Siyasət
04 May 13:47
Siyasət
04 May 13:46
Siyasət
04 May 13:45
Siyasət
04 May 12:50
İqtisadiyyat
04 May 12:43
Dünya
04 May 12:31
İdman
04 May 12:18
Dünya
04 May 12:02
Hadisə
04 May 11:46
İqtisadiyyat
04 May 11:16
Sosial
04 May 11:12
Dünya
04 May 10:53
YAP xəbərləri
04 May 10:49
Elm
04 May 10:41
YAP xəbərləri
04 May 10:23
Dünya
04 May 10:20
Dünya
04 May 09:42
Dünya
04 May 09:17
Dünya
04 May 08:59
Siyasət
04 May 08:29
Dünya
03 May 23:16
Dünya
03 May 22:41
Dünya
03 May 21:27
Dünya
03 May 20:18
Gündəm
03 May 19:45
Maraqlı
03 May 19:25
Dünya
03 May 18:40

