ABŞ Azərbaycanın dostudurmu?
23.09.2022 [10:33]
İctimai rəydə geriləmə müşahidə olunur
Mübariz ABDULLAYEV
Son günlərdə cərəyan edən proseslər ABŞ-Azərbaycan münasibətlərinə diqqəti artırıb. Cəmiyyətdə yaranan marağı nəzərə alaraq “Amerika Birləşmiş Ştatlarını Azərbaycanın dostu hesab edirsinizmi?” sualı ilə paytaxt sakinləri arasında sorğu keçirdik və 750 nəfərin rəyini öyrəndik. Fərqli yaş qruplarından olan və müxtəlif sosial təbəqələri təmsil edən respondentlərin 76 faizi sualımıza “Yox”, 15 faizi “Hə” cavabını verdi. Respondentlərin 9 faizi isə suala cavab verməkdə çətinlik çəkdiyini bildirdi.
Apardığımız sorğunun nəticələri ABŞ-Azərbaycan münasibətlərində, necə deyərlər geriləmə baş verdiyini təsdiqləyir. Məlumdur ki, respublikamızın üç onilliyi əhatə edən müstəqilliyi illərində Azərbaycanla ABŞ arasında yaxşı münasibətlər formalaşıb. İki ölkə arasında siyasi dialoq yüksələn xətlə inkişaf edib. Eyni zamanda, ötən dövrdə iki ölkə arasında siyasi dialoqun yüksək səviyyəsinə adekvat olaraq qarşılıqlı maraqlar əsasında geniş iqtisadi əlaqələr qurulub. Enerji sektoru Azərbaycanla ABŞ arasında iqtisadi əməkdaşlığın prioritet istiqamətini təşkil edir. Bu ölkənin şirkətləri Azərbaycanın Xəzərdəki zəngin karbohidrogen yataqlarının işlənilməsi üzrə imzalanan layihələrdə iştirak edirlər. ABŞ rəsmiləri respublikamızın regional və qlobal enerji təhlükəsizliyinə töhfələrini yüksək dəyərləndirdiklərini özündə ehtiva edən çoxsaylı açıqlamalar veriblər. Öz növbəsində Prezident İlham Əliyev Azərbaycanın təşəbbüsləri ilə reallaşdırılan enerji layihələrinə ABŞ-ın siyasi və maddi dəstəyini dəfələrlə diqqətə çatdırıb.
Bəs bütün bunların fonunda respondentlərin 76 faizinin ABŞ-Azərbaycan münasibətlərinə optimist yanaşmaması və bu ölkəni respublikamızın dostu hesab etməməsi hansı amillərlə bağlı ola bilər? Analitiklər buna bir neçə gün bundan əvvəl ABŞ Nümayəndələr Palatasının sədri Nensi Pelosinin Ermənistana səfərinin əsas səbəb olduğunu bildirirlər. Bu günlərdə insanlar ahıl yaşlı Pelosinin uzaq yolu yaxın edib okeanın üzərindən Ermənistana uçmasının səbəbləri ilə bağlı müzakirələr aparırlar. Həm də xanım Pelosi Ermənistanda verdiyi ABŞ-Azərbaycan münasibətlərinin ruhu və yüksək səviyyəsi ilə bir araya sığmayan açıqlamaları ilə yadda qaldı. İnsanlar sual edirlər: N.Pelosinin Azərbaycana qarşı yönələn sərt ritorikası nə ilə bağlıdır? Şübhəsiz ki, Pelosinin bu qəbildən olan açıqlamalarının arxasında onun ABŞ-da gözlənilən aralıq seçkilərində erməni lobbisinin dəstəyi ilə daha çox sayda səs toplamaq marağı dayanır. O da iddia olunur ki, xanım Pelosiyə bu səfər müqabilində həm də böyük məbləğdə maddi qazanc vəd edilib. Bunlar öz yerində. Sual isə başqadır: Bütün bunlar ABŞ-ın dövlət siyasətindən üstündürmü? ABŞ-dan N.Pelosinin bəhs olunan açıqlamalarına rəsmi münasibətin gecikməsi də Azərbaycan cəmiyyətində bu ölkəyə münasibətin dəyişməsinə təsir göstərən əsas amillərdən biri sayılır.
Xəbər lenti
Hamısına baxMaraqlı
04 İyul 22:40
Dünya
04 İyul 21:23
Dünya
04 İyul 20:35
Dünya
04 İyul 19:17
İdman
04 İyul 18:21
Dünya
04 İyul 17:33
Dünya
04 İyul 16:40
Dünya
04 İyul 15:19
Dünya
04 İyul 14:56
Dünya
04 İyul 14:22
Dünya
04 İyul 13:35
İdman
04 İyul 13:12
Dünya
04 İyul 12:43
Gündəm
04 İyul 12:20
Gündəm
04 İyul 11:59
Gündəm
04 İyul 11:25
Gündəm
04 İyul 10:57
Siyasət
04 İyul 10:53
İqtisadiyyat
04 İyul 10:31
Gündəm
04 İyul 10:30
Sosial
04 İyul 10:15
İqtisadiyyat
04 İyul 09:59
Analitik
04 İyul 09:32
Analitik
04 İyul 09:17
Ədəbiyyat
04 İyul 08:50
Sosial
04 İyul 08:34
Gündəm
04 İyul 08:13
Dünya
03 İyul 23:11
Dünya
03 İyul 22:49
Dünya
03 İyul 22:31
İqtisadiyyat
03 İyul 22:17
Elm
03 İyul 21:54
İqtisadiyyat
03 İyul 21:28
İdman
03 İyul 21:12
Dünya
03 İyul 20:42
Dünya
03 İyul 20:30
Dünya
03 İyul 20:16
Dünya
03 İyul 19:50
Siyasət
03 İyul 19:30
Dünya
03 İyul 19:23
Dünya
03 İyul 19:10
YAP xəbərləri
03 İyul 18:22
YAP xəbərləri
03 İyul 17:35
Müsahibə
03 İyul 17:19
Sosial
03 İyul 17:09
Xəbər lenti
03 İyul 16:30
Dünya
03 İyul 16:23
Elanlar
03 İyul 16:00
Dünya
03 İyul 15:32
Elm
03 İyul 15:01
YAP xəbərləri
03 İyul 14:17
Sosial
03 İyul 14:17
İqtisadiyyat
03 İyul 13:45
Siyasət
03 İyul 13:29
Siyasət
03 İyul 13:10
Sosial
03 İyul 12:53
İqtisadiyyat
03 İyul 12:52
Siyasət
03 İyul 12:50
İqtisadiyyat
03 İyul 12:45
Xəbər lenti
03 İyul 12:45
İqtisadiyyat
03 İyul 12:26
Siyasət
03 İyul 12:24
Sosial
03 İyul 12:10
Siyasət
03 İyul 11:26
Gündəm
03 İyul 11:17
Elm
03 İyul 10:58
Sosial
03 İyul 10:58
YAP xəbərləri
03 İyul 10:56
Analitik
03 İyul 10:56
YAP xəbərləri
03 İyul 10:54

