Özbəkistandan örnək addım
12.10.2022 [10:13]
Murad Köhnəqala
Praqa görüşündə Azərbaycan Prezidenti İlham Əliyevin diplomatik uğurla irəlilədiyi, Ermənistanın getdikcə dalana dirəndiyi, Kiyevin bombardman edildiyi, “G7” (“Böyük yeddilik” - ABŞ, Böyük Britaniya, Almaniya, Yaponiya, Kanada, İtaliya və Fransa) ölkələri liderlərinin Ukrayna paytaxtının bombalanması ilə bağlı təcili toplantı çağırdığı bu gərgin və narahat günlərdə səhərimiz xoş bir xəbərlə müjdələndi: iki qonşu və qardaş ölkə - Özbəkistanla Qırğızıstan, nəhayət, sovetdənqalma düşmənçiliyə, illərlə davam edən mübahisəli ərazi və su ədavətinə son qoyurlar.
Özbəkistan-Qırğızıstan sərhədində indiyə qədər qardaş qırğınına, silahlı insidentlərə səbəb olan xeyli mübahisəli ərazi vardı. Artıq “sizin torpağınız daha azdır” deyərək Özbəkistan mübahisəli torpaqları Qırğızıstana bağışlayır. Mübahisəli ərazilərdən Özbəkistan özünə təkcə Kempir-Abad su anbarını götürsə də, anbarın istifadəsi hər iki ölkə təmsilçilərinin quracağı müştərək müəssisə tərəfindən həyata keçiriləcək.
Qırğızıstan və Özbəkistan prezidentlərinin bu tarixi barışıq addımı bütün türk dünyasını sevindirməkdə olsun, biz iki qardaş xalqı üz-üzə qoyan sərhəd və su probleminin tarixinə ötəri bir nəzər salaq.
Hələ 1930-cu illərdə Özbəkistanın Fərqanə vadisində pambıq istehsalının yüksək inkişafı Moskvanın bu bölgəyə xüsusi diqqət yetirməsinə səbəb olub. 1940-cı ildə Özbəkistandakı pambıq sahələrini suvarmaq məqsədilə 660 hektar Qırğızıstan ərazisi Özbəkistana verilib və həmin torpaqlarda yeni su hövzələri yaradılıb. Sovet imperiyası dağılandan sonra qırğızlar öz tarixi torpaqlarını geri istəsələr də, özbəklər bu əraziləri qaytarmaqdan imtina ediblər.
SSRİ-nin süqutu ilə postsovet respublikaları arasında iqtisadi və təsərrüfat əlaqələrinin vahid sistemi pozulduğundan ortaya xeyli mübahisəli məsələlər çıxdı. Regionun əsas su resurslarına sahib Amudərya və Sırdərya çaylarının yuxarı hövzəsində yerləşən Qırğızıstan və Tacikistan aşağı hövzədə qərar tutan Qazaxıstan, Özbəkistan və Türkmənistanın əkinçilik təsərrüfatının zərər çəkəcəyini nəzərə almadan hidro qurğular tikdirdi. Qırğızıstan elektrik stansiyalarının qış aylarında məhsuldar işləməsini təmin etmək üçün artıq suyu çaylara buraxdı. Nəticədə qış mövsümündə Özbəkistan və Qazaxıstan torpaqları su altında qaldı. Yaz-yay aylarında isə əksinə, əkin sahələrinin suvarılması başlıca problemə çevrildi. Min hektarlarla pambıq və qarğıdalı kimi texniki bitkilər yetişdirən həmin bölgələrin su ehtiyacı, təbii ki, isti yay aylarında daha çox artır.
Son illər Orta Asiya ölkələri arasında su münaqişəsi kəskinləşməyə doğru gedirdi. Hələ 2012-ci ilin sentyabrında Özbəkistan prezidenti İslam Kərimov Qazaxıstana səfəri zamanı Tacikistanda Roqun, Qırğızıstanda Kambarat-1 su elektrik stansiyalarının tikilməsindən öncə beynəlxalq ekspertiza keçirilməli olduğunu bildirmişdi. Özbəkistan prezidenti 350 metr hündürlüyündə Roqun SES və 275 metr hündürlüyündə Kambarat-1 SES-in tikilməsinin regionda ekoloji fəlakətə yol açacağını vurğulayaraq, problemin hətta müharibəyə səbəb ola biləcəyi barədə xəbərdarlıq da etmişdi. Su problemini gərginləşdirən əsas amil isə iri dövlətlərin - Rusiya, Çin və ABŞ-ın regiona müdaxiləsi idi. Həmin ölkələr üç türk dövləti - Qırğızıstan, Qazaxıstan və Özbəkistan arasında mübahisə yaradan SES-lərin tikintisinə canfəşanlıqla investisiya qoyur, iri məbləğdə kreditlər ayırırdılar.
Bu proyekt həm də iki qardaş ölkəni rəqibə, hətta düşmənə çevirmək üçün düşünülmüş məkrli planın tərkib hissəsi idi.
Hazırda tarixi şans yaranıb: türk dövlətləri bu böyük tarixi fürsəti dəyərləndirməli, aralarındakı süni ədavəti, mübahisə və münaqişələri həll etmək üçün bir ailə kimi toparlanmalıdırlar. Bu baxımdan, Azərbaycan-Türkiyə münasibətləri digər qardaş türk ölkələri üçün də örnək sayıla bilər.
Xəbər lenti
Hamısına baxMaraqlı
04 İyul 22:40
Dünya
04 İyul 21:23
Dünya
04 İyul 20:35
Dünya
04 İyul 19:17
İdman
04 İyul 18:21
Dünya
04 İyul 17:33
Dünya
04 İyul 16:40
Dünya
04 İyul 15:19
Dünya
04 İyul 14:56
Dünya
04 İyul 14:22
Dünya
04 İyul 13:35
İdman
04 İyul 13:12
Dünya
04 İyul 12:43
Gündəm
04 İyul 12:20
Gündəm
04 İyul 11:59
Gündəm
04 İyul 11:25
Gündəm
04 İyul 10:57
Siyasət
04 İyul 10:53
İqtisadiyyat
04 İyul 10:31
Gündəm
04 İyul 10:30
Sosial
04 İyul 10:15
İqtisadiyyat
04 İyul 09:59
Analitik
04 İyul 09:32
Analitik
04 İyul 09:17
Ədəbiyyat
04 İyul 08:50
Sosial
04 İyul 08:34
Gündəm
04 İyul 08:13
Dünya
03 İyul 23:11
Dünya
03 İyul 22:49
Dünya
03 İyul 22:31
İqtisadiyyat
03 İyul 22:17
Elm
03 İyul 21:54
İqtisadiyyat
03 İyul 21:28
İdman
03 İyul 21:12
Dünya
03 İyul 20:42
Dünya
03 İyul 20:30
Dünya
03 İyul 20:16
Dünya
03 İyul 19:50
Siyasət
03 İyul 19:30
Dünya
03 İyul 19:23
Dünya
03 İyul 19:10
YAP xəbərləri
03 İyul 18:22
YAP xəbərləri
03 İyul 17:35
Müsahibə
03 İyul 17:19
Sosial
03 İyul 17:09
Xəbər lenti
03 İyul 16:30
Dünya
03 İyul 16:23
Elanlar
03 İyul 16:00
Dünya
03 İyul 15:32
Elm
03 İyul 15:01
YAP xəbərləri
03 İyul 14:17
Sosial
03 İyul 14:17
İqtisadiyyat
03 İyul 13:45
Siyasət
03 İyul 13:29
Siyasət
03 İyul 13:10
Sosial
03 İyul 12:53
İqtisadiyyat
03 İyul 12:52
Siyasət
03 İyul 12:50
İqtisadiyyat
03 İyul 12:45
Xəbər lenti
03 İyul 12:45
İqtisadiyyat
03 İyul 12:26
Siyasət
03 İyul 12:24
Sosial
03 İyul 12:10
Siyasət
03 İyul 11:26
Gündəm
03 İyul 11:17
Elm
03 İyul 10:58
Sosial
03 İyul 10:58
YAP xəbərləri
03 İyul 10:56
Analitik
03 İyul 10:56
YAP xəbərləri
03 İyul 10:54

