Akkreditasiya prosesi təhsilə hansı töhfələri verəcək?
02.11.2022 [10:39]
Yeganə BAYRAMOVA
Yaxın vaxtlarda ali təhsil müəssisələrinin akkreditasiyasına başlanacaq. Bu barədə Elm və təhsil naziri Emin Əmrullayev məlumat verib.
Nazir xatırladıb ki, oktyabrda ali təhsil müəssisəsinin akkreditasiyası üzrə qiymətləndirmə meyarları təsdiqlənib: “Bu, əsasən məzmun və tədrislə bağlı meyarlardır. İstər tələbələrlə iş, istərsə də həmin təhsil müəssisəsinin elmi-tədqiqat fəaliyyəti buraya aiddir. Bununla bağlı müstəqil ekspertlər tərəfindən qiymətləndirmələr həyata keçirilir. Həmçinin, ali təhsil müəssisələrinin akkreditasiya hesabatı hər bir Azərbaycan vətəndaşı üçün əlçatan olacaq.
Akkreditasiya prosesinin təhsil sisteminə verəcəyi töhfələr barədə “Yeni Azərbaycan”a açıqlama verən təhsil üzrə ekspert Elçin Əfəndi bildirib ki, akkreditasiyadan keçmək hansısa müəssisənin dövlət qeydiyyatına alınması, onun təqdim etdiyi sənədlərin tanınması səciyyəsini daşıyır. Akkreditasiyadan keçmək üçün müəyyən tələblər və şərtlərin olduğunu vurğulayan ekspert qeyd edib ki, hər bir ali təhsil müəssisələri həmin tələblərə cavab verməlidir: “Bu tələblərdən biri təhsil müəssisəsində yataqxanaların, tələbənin asudə vaxtını keçirməsi üçün ideal imkanların, kampusun, labaratoriyanın, kitabxananın olmasıdır. Eyni zamanda tədris proqramının da keyfiyyəti əsas şərtlərdən biri hesab edilir. Akkreditasiya şəffaf keçirilərsə, bu parametrlərə cavab verməyən təhsil müəssisələrinin fəaliyyəti dayandırılmalıdır, hətta xəbərdarlıq edilməlidir ki, tələb olunan şərtlərə cavab verilmədiyi üçün çatışmazlıqlar aradan qaldırılsın. Əlbəttə, təhsil müəssisələri sözügedən tələblərə cavab verəcəksə, təhsildə müəyyən inkişafa nail olmaq, daha peşəkar kadrlar hazırlamaq olar. Ona görə də akkreditasiyalar adətən bunun üçün keçirilir. Ölkəmizdə 50-dən çox ali təhsil müəssisəsi var. Onların hər birinin akkreditasiyadan keçməsi vacibdir. Ali təhsil müəssisələri akkreditasiyadan keçdikləri halda dünya beynəlxalq reytinq siyahısında da yer ala bilərlər”.
Xəbər lenti
Hamısına baxDünya
14 May 17:09
Sosial
14 May 17:07
Dünya
14 May 16:32
Dünya
14 May 16:14
İqtisadiyyat
14 May 16:10
Sosial
14 May 16:08
Dünya
14 May 15:38
Dünya
14 May 15:31
Sosial
14 May 15:29
Xəbər lenti
14 May 14:39
Dünya
14 May 14:19
Sosial
14 May 13:52
Siyasət
14 May 13:27
Gündəm
14 May 12:59
Sosial
14 May 12:42
Sosial
14 May 12:41
Mədəniyyət
14 May 12:33
Gündəm
14 May 12:26
Sosial
14 May 12:17
Sosial
14 May 12:08
Gündəm
14 May 11:49
YAP xəbərləri
14 May 11:37
Gündəm
14 May 11:31
İqtisadiyyat
14 May 11:20
İqtisadiyyat
14 May 11:19
İdman
14 May 11:18
Gündəm
14 May 11:16
Gündəm
14 May 11:05
Siyasət
14 May 10:52
Dünya
14 May 10:49
Siyasət
14 May 10:48
Siyasət
14 May 10:43
İqtisadiyyat
14 May 10:30
Sosial
14 May 10:28
Analitik
14 May 10:15
Sosial
14 May 09:57
Ədəbiyyat
14 May 09:33
Analitik
14 May 09:14
YAP xəbərləri
14 May 09:00
Müsahibə
14 May 08:50
MEDİA
14 May 08:37
Sosial
13 May 23:21
Dünya
13 May 22:43
Dünya
13 May 22:39
Dünya
13 May 22:16
Mədəniyyət
13 May 21:54
Dünya
13 May 21:20
Xəbər lenti
13 May 21:14
Dünya
13 May 21:05
İqtisadiyyat
13 May 20:43
Dünya
13 May 20:30
Dünya
13 May 20:18
Dünya
13 May 19:50
Dünya
13 May 19:25
Dünya
13 May 19:13
Dünya
13 May 18:29
Dünya
13 May 17:35
Dünya
13 May 16:22
İdman
13 May 15:54
MEDİA
13 May 15:49
Maraqlı
13 May 15:30
Siyasət
13 May 15:17
Sosial
13 May 15:12
Dünya
13 May 14:25
Siyasət
13 May 14:07
İdman
13 May 14:06
Mədəniyyət
13 May 14:02
Dünya
13 May 13:42
Dünya
13 May 13:19
YAP xəbərləri
13 May 12:58

