33 yaşlı “Yeni Müsavat”
10.11.2022 [14:11]
Nicat Dilqəmli
Bu gün “Yeni Müsavat” qəzeti 33 yaşını qeyd edir. 1989-cu ilin bu günündə eyni adlı partiyanın mətbu orqanı kimi yaradılan “Yeni Müsavat” qəzeti ilk nömrəsini Azadlıq meydanında yayıma çıxarıb. Qəzet AMDP ‘’Yeni Müsavat’’ın qurucu katiblərindən olan Rauf Arifoğlu tərəfindən yayım orqanı kimi qeyri-formal şəkildə yaradılıb.
Qəzetin baş redaktoru Rauf Arifoğlu “Yeni Müsavat”ın yaranması ilə bağlı məqaləsində bildirib ki, həmin zamanlarda kommunist partiyasının iradəsinin kənarında qəzet buraxmaq bir cinayət əməli hesab olunurdu: “Buna görə də ‘’Yeni Müsavat’’ın fəaliyyəti gizli qurulmuşdu və ilk nömrədən etibarən, sovet hakimiyyətinin Bakıdakı orqanları tərəfindən təqib altına alındı. Məsələni ciddiləşdirən ən önəmli məqamsa qurduğumuz qəzetin adında idi. “Müsavat” adı illərlə sovet təbliğat maşını tərəfindən vurulmuş, ictimaiyyətə düşmən və xain obrazlarda təqdim olunmuşdu. Azərbaycanda Müsavat adı hakim kommunist partiyasına qarşı meydan açmaq, onu devirmək, yeniləmək çağırışına bərabər idi. Təqib olunan redaksiyamız məhz Bakıdakı dözülməz mühit səbəbindən quruluşunun ilk ayında və 1-ci sayı dərc olunan kimi Gəncə şəhərinə köçdü. Qəzetin redaksiyası 1991-ci ilin ortalarına qədər Gəncə şəhərində, Bala Bağman bölgəsində fəaliyyət göstərdi”.
“Yeni Müsavat”ın baş redaktoru Rauf Arifoğlu qəzetin yaranma günündə təəssüratlarını “Yeni Azərbaycan”la bölüşüb:
“33 ilimizin ən yaxşı dövrünü yaşayırıq. Çünki 33 ilin böyük bir hissəsini acıların reportyoru və qəzeti kimi çıxış etmişik, indi isə - 2020-ci ilin ortalarından başlayaraq ta bu ilə qədər – biz Müzəffər Ordumuzun, Türk dünyasının son Fatehi olan Ali Baş Komandan İlham Əliyevin sayəsində məğlubiyyətin reportyorluğundan qurtulmuşuq. Eyni zamanda identifikasiya kodumuz dəyişib, bir toplumdan, xalqdan qalib bir xalqa keçmişik. İstənilən media da o millətin ruh halıdır. Millətin halının necə olması da bizim vəziyyətimizi diktə edir”.
Baş redaktor qəzetin gələcək planları barədə də söz açıb: “Bu gün yaxşıyıq, gələcəyə daha yaxşı planlar qura bilirik. Planların birincisi ondan ibarətdir ki, mövcudluğumuzu davam etdirməyə çalışacağıq. Daha sonra isə indiki qurduğumuz strukturların daha da genişləndirilməsinə nail olmağa çalışacağıq. Müasir kommunikasiyalar böyümək, əhatəmizi genişləndirmək, türkdilli, rusdilli və azərbaycandilli informasiya məkanlarına daha iddialı şəkildə inteqrasiya olunmaq üçün bizə hər cür imkanlar verir. Çünki bizim əhatəmizin genişlənməsi Azərbaycanımızın əhatəsinin genişlənməsidir. “Yeni Müsavat” qəzeti olaraq iddiamız bundan ibarətdir ki, Azərbaycanımız üçün xəbər xidməti göstəririk, onu tərənnüm edirik. Hansı hal vəziyyətinin olmasından asılı olmayaraq”.
Qeyd edək ki, "Yeni Müsavat"ın yaradıcı heyəti qəzetin 33 yaşı münasibətilə "Bir qərinənin qəzeti" adlı film hazırlayıb.
Biz də “Yeni Azərbaycan” qəzeti olaraq “Yeni Müsavat”çı həmkarlarımızı təbrik edir, onlara yeni-yeni yaradıcılıq uğurları arzu edirik!
Xəbər lenti
Hamısına baxDünya
20 İyun 18:35
Dünya
20 İyun 18:12
Dünya
20 İyun 17:50
Dünya
20 İyun 17:19
Dünya
20 İyun 16:43
Dünya
20 İyun 16:21
Dünya
20 İyun 15:58
Dünya
20 İyun 15:30
Dünya
20 İyun 14:42
Dünya
20 İyun 14:17
Siyasət
20 İyun 14:08
Dünya
20 İyun 13:51
Gündəm
20 İyun 13:25
Gündəm
20 İyun 12:59
Siyasət
20 İyun 12:20
Siyasət
20 İyun 11:52
Gündəm
20 İyun 11:35
Siyasət
20 İyun 11:13
Sosial
20 İyun 10:49
Analitik
20 İyun 10:32
Ədəbiyyat
20 İyun 10:14
Sosial
20 İyun 09:58
Sosial
20 İyun 09:30
MEDİA
20 İyun 09:15
Ədəbiyyat
20 İyun 08:50
Sosial
20 İyun 08:33
İqtisadiyyat
20 İyun 07:22
Dünya
19 İyun 23:45
İqtisadiyyat
19 İyun 23:18
İdman
19 İyun 22:56
Dünya
19 İyun 22:20
Dünya
19 İyun 22:05
Xəbər lenti
19 İyun 21:49
Sosial
19 İyun 21:26
Siyasət
19 İyun 21:17
Dünya
19 İyun 21:10
İqtisadiyyat
19 İyun 20:45
Dünya
19 İyun 20:30
Sosial
19 İyun 20:17
Elm
19 İyun 19:53
Siyasət
19 İyun 19:44
Siyasət
19 İyun 19:43
Sosial
19 İyun 19:21
İdman
19 İyun 19:13
Dünya
19 İyun 18:37
İqtisadiyyat
19 İyun 18:22
Sosial
19 İyun 18:04
Sosial
19 İyun 17:19
Xəbər lenti
19 İyun 16:30
Sosial
19 İyun 16:30
Sosial
19 İyun 15:47
İqtisadiyyat
19 İyun 15:45
YAP xəbərləri
19 İyun 15:40
Dünya
19 İyun 15:34
YAP xəbərləri
19 İyun 15:34
İqtisadiyyat
19 İyun 15:31
Diaspor
19 İyun 15:21
Xəbər lenti
19 İyun 14:52
YAP xəbərləri
19 İyun 14:51
Gündəm
19 İyun 14:49
Siyasət
19 İyun 14:48
Elanlar
19 İyun 14:48
Elm
19 İyun 14:44
Sosial
19 İyun 14:40
Sosial
19 İyun 14:40
Sosial
19 İyun 14:33
Siyasət
19 İyun 14:30
Mədəniyyət
19 İyun 13:46
İqtisadiyyat
19 İyun 13:41
Hərbi
19 İyun 13:39

