Enerjiyə qənaət edərək ətraf mühiti yaxşılaşdıraq
11.11.2022 [10:47]
Bu gün Beynəlxalq Enerjiyə Qənaət Günüdür
Səidə RƏHİMLİ
Enerji qənaəti dünyanın hər yerində ətraf mühitin yaxşılaşdırılması üçün çox vacibdir. Enerjiyə qənaət etməklə:
* ətraf mühitin çirklənməsinin qarşısını ala bilərik;
* istilik və elektrik enerjisi üçün daimi olaraq yandırılan təbii resurslara qənaət edə bilərik;
* pula qənaət edə bilərik, çünki biz enerjiyə çox pul ödəyirik;
* təbii ehtiyatları qoruya bilərik və s.
Beynəlxalq ekoloji şəbəkə olan
SPARE bütün bunların vacibliyini nəzərə alaraq “Bəşəriyyətin enerji xidmətlərinə (istilik, işıqlandırma, yemək bişirmək, nəqliyyat və s.) tələbatını əlavə zərər olmadan və ətraf mühiti çirkləndirmədən ödəmək mümkündürmü?” sualına cavab axtarır. 2008-ci ilin aprel ayında 11 noyabr tarixi SPARE ekoloji şəbəkənin təşəbbüsü ilə Beynəlxalq Enerjiyə Qənaət Günü olaraq elan edildi. Bu günün qeyd olunmasında məqsəd enerjiyə qənaətin vacibliyinə diqqəti cəlb etmək, bu barədə məlumatlılığı artırmaqdır.
Hər il 11 noyabr tarixində bir çox ölkələrdə Beynəlxalq Enerjiyə Qənaət Günü münasibətilə məlumat kampaniyaları, sərgilər, enerjiyə qənaət texnologiyaları üzrə seminarlar və s. müxtəlif tədbirlər keçirilir. Bu tədbirlərdə enerjiyə qənaətə və ekoloji səmərəliliyə diqqət yetirilir.
Enerjiyə qənaətin əsas vəzifələri bərpa olunmayan resursların tükənməsinin qarşısını almaq və qalıq yanacaqların ətraf mühitə təsirini azaltmaqdır. Bərpa olunan enerji texnologiyalarının (külək enerjisi, su enerjisi, günəş enerjisi və s.) tətbiqi hər iki vəzifəni həll etməyə kömək edir, çünki bərpa olunan enerji mənbələri asanlıqla doldurulur və onların əksəriyyəti karbon neytraldır.
Gəlin, enerjidən daha səmərəli istifadə etməyə çalışaq:
* Enerjiyə qənaət edən lampalardan istifadə edək;
* İşığı, qazı lazımsız yerə açıq qoymayaq;
* İşimiz bitdikdən sonra elektrik naqillərini şəbəkədə saxlamayaq;
* Şəxsi nəqliyyat vasitələri yerinə ictimai nəqliyyatlardan istifadəyə üstünlük verək və s.
Bəs siz bu siyahıya nələri əlavə edərdiniz? Gündəlik həyatınızda enerji qənaətinə diqqət yetirirsiniz?
Xəbər lenti
Hamısına baxDünya
20 İyun 19:59
Maraqlı
20 İyun 19:22
Dünya
20 İyun 18:35
Dünya
20 İyun 18:12
Dünya
20 İyun 17:50
Dünya
20 İyun 17:19
Dünya
20 İyun 16:43
Dünya
20 İyun 16:21
Dünya
20 İyun 15:58
Dünya
20 İyun 15:30
Dünya
20 İyun 14:42
Dünya
20 İyun 14:17
Siyasət
20 İyun 14:08
Dünya
20 İyun 13:51
Gündəm
20 İyun 13:25
Gündəm
20 İyun 12:59
Siyasət
20 İyun 12:20
Siyasət
20 İyun 11:52
Gündəm
20 İyun 11:35
Siyasət
20 İyun 11:13
Sosial
20 İyun 10:49
Analitik
20 İyun 10:32
Ədəbiyyat
20 İyun 10:14
Sosial
20 İyun 09:58
Sosial
20 İyun 09:30
MEDİA
20 İyun 09:15
Ədəbiyyat
20 İyun 08:50
Sosial
20 İyun 08:33
İqtisadiyyat
20 İyun 07:22
Dünya
19 İyun 23:45
İqtisadiyyat
19 İyun 23:18
İdman
19 İyun 22:56
Dünya
19 İyun 22:20
Dünya
19 İyun 22:05
Xəbər lenti
19 İyun 21:49
Sosial
19 İyun 21:26
Siyasət
19 İyun 21:17
Dünya
19 İyun 21:10
İqtisadiyyat
19 İyun 20:45
Dünya
19 İyun 20:30
Sosial
19 İyun 20:17
Elm
19 İyun 19:53
Siyasət
19 İyun 19:44
Siyasət
19 İyun 19:43
Sosial
19 İyun 19:21
İdman
19 İyun 19:13
Dünya
19 İyun 18:37
İqtisadiyyat
19 İyun 18:22
Sosial
19 İyun 18:04
Sosial
19 İyun 17:19
Xəbər lenti
19 İyun 16:30
Sosial
19 İyun 16:30
Sosial
19 İyun 15:47
İqtisadiyyat
19 İyun 15:45
YAP xəbərləri
19 İyun 15:40
Dünya
19 İyun 15:34
YAP xəbərləri
19 İyun 15:34
İqtisadiyyat
19 İyun 15:31
Diaspor
19 İyun 15:21
Xəbər lenti
19 İyun 14:52
YAP xəbərləri
19 İyun 14:51
Gündəm
19 İyun 14:49
Siyasət
19 İyun 14:48
Elanlar
19 İyun 14:48
Elm
19 İyun 14:44
Sosial
19 İyun 14:40
Sosial
19 İyun 14:40
Sosial
19 İyun 14:33
Siyasət
19 İyun 14:30
Mədəniyyət
19 İyun 13:46

