Dünyanın sonu...
22.11.2022 [10:44]
Qlobal istiləşmənin qarşısı alınmazsa, 2050-ci ildə nələr olacaq?
Səidə RƏHİMLİ
Bir anlıq təsəvvür edək ki, 2050-ci ilə son bir neçə ilimiz qalıb. Qlobal istiləşmə kritik vəziyyətdədir, su ehtiyatımız tükənib, məhsuldarlıq azaldığı üçün qida ehtiyatları da tükənmək üzrədir. İnsanların əksəriyyəti evlərindən uzaq düşüb. Yer üzündəki 8 milyard insanın yarısından çoxu artıq yoxdur. Hər kəs yaşamaq üçün mübarizə aparır. Nəfəs almaq belə çətinləşib. Ağır xəstəliklər insanları bir-bir öldürür. Biz dönüb geriyə baxırıq və bu günlərə qayıdıb bu qaçılmaz sonu dəyişdirə bilmək üçün şans istəyirik. Bu gün o şans bizlərə verilib və bu ssenarini dəyişdirmək hər birimizin əlindədir. “Tək mənimlə nə olacaq ki?!” düşüncəsi sizi çaşdırmasın, hər şey elə bir tək sizinlə başlayacaq! Heç nə etməsək, bütün bunların həqiqətən yaşanacağını göstərən proqnozlara baxaq.
Hər kəsin gülərək xatırladığı 12.12.2012 tarixindən sonra yenə dünyanın sonu müəyyənləşdirildi. Budəfəki fərq isə bununla bağlı elmi sübutların olmasıdır. Bəşəri sivilizasiyanın gələcəyini praqnozlaşdıran “World One” superkompüteri bizə bəşəriyyətin qaçılmaz sonunun 2050-ci il tarixində olacağını xəbər verir: “Təxminən 2040-cı ildən 2050-ci ilə qədər bu planetdə sivil həyat öz mövcudluğunu dayandıracaq”. Bu kompüter hesablamaları doğum nisbətini və ətraf mühitin çirklənmə səviyyəsini nəzərə alan mürəkkəb alqoritmə əsaslanır. Superkompüterin təbii ehtiyatların və həyati vacib mineralların əlçatanlılığının azalması ilə bağlı bir neçə proqnozları artıq özünü doğruldub.
Proqnozlara əsasən, iqlim dəyişikliklərinin qarşısı alınmazsa, üç onillik ərzində sivilizasiyanın sonu gələcək. 2050-ci ilə qədər:
* dünya əhalisinin yarıdan çoxu ildə 20 gün ölümcül istilərlə üzləşəcək;
* məhsuldarlıq qlobal miqyasda beşdə bir azalacaq;
* Amazon meşələrinin ekosistemi dağılacaq;
* Arktikanın buzlaqları yayda tamamilə əriyəcək;
* İtaliya, ABŞ və Tanzaniyadakı bəzi buzlaqlar yox olacaq;
* dəniz səviyyəsi yüksələcək və s.
Hesablamalara görə, bir milyard insan dəniz səviyyəsinin yüksəlməsi nəticəsində su basa biləcək ərazilərdə yaşayır, bu da bir milyard iqlim miqrantı deməkdir.
Bir çox digər dünya ölkələrində və bizim ölkəmizdə bütün bunların qarşısını almaq yolunda müəyyən işlər görülür: tullantıların azaldılması, enerjiyə qənaət, havanın çirkləndirilməsinin qarşısını almaq üçün müəyyən tədbirlər və s. İqlim dəyişikliyinə qarşı mübarizəyə biz də qatılmalıyıq. Aşağıda sadalananlara əməl etməliyik ki, insanların yaşaması üçün əlverişli olan dünyamızı qoruya bilək:
* lazımsız su israfı edilməməlidir;
* enerjiyə maksimum dərəcədə qənaət edilməlidir;
* ətraf mühit çirkləndirilməməlidir;
* plastik tullantılar azaldılmalı və hətta plastik vasitələrdən heç istifadə olunmamalıdır;
* şəxsi nəqliyyat vasitələri yerinə ictimai nəqliyyatlardan istifadəyə üstünlük verilməlidir;
* ağacların kəsilməsi ilə istehsal edilən heç bir vasitə israf edilməməlidir;
* kürklər üçün və ya zövq uğruna heyvanlar, xüsusilə də nəsli tükənməkdə olan canlılar ovlanmamalıdır;
* dənizlər, okeanlar, çaylar təmiz saxlanmalı və çirkləndirilməməlidir.
Bütün bunlar bizə bir oyun kimi gəlməsin. Əgər indi bizə verilən bu şansı dəyərləndirə bilməsək, gələcəkdə təkrar keçmişə qayıtmaq şansımız olmayacaq. Dünyamızı, havamızı, həyatımızı qoruyaq!
Xəbər lenti
Hamısına baxMaraqlı
20 İyun 19:22
Dünya
20 İyun 18:35
Dünya
20 İyun 18:12
Dünya
20 İyun 17:50
Dünya
20 İyun 17:19
Dünya
20 İyun 16:43
Dünya
20 İyun 16:21
Dünya
20 İyun 15:58
Dünya
20 İyun 15:30
Dünya
20 İyun 14:42
Dünya
20 İyun 14:17
Siyasət
20 İyun 14:08
Dünya
20 İyun 13:51
Gündəm
20 İyun 13:25
Gündəm
20 İyun 12:59
Siyasət
20 İyun 12:20
Siyasət
20 İyun 11:52
Gündəm
20 İyun 11:35
Siyasət
20 İyun 11:13
Sosial
20 İyun 10:49
Analitik
20 İyun 10:32
Ədəbiyyat
20 İyun 10:14
Sosial
20 İyun 09:58
Sosial
20 İyun 09:30
MEDİA
20 İyun 09:15
Ədəbiyyat
20 İyun 08:50
Sosial
20 İyun 08:33
İqtisadiyyat
20 İyun 07:22
Dünya
19 İyun 23:45
İqtisadiyyat
19 İyun 23:18
İdman
19 İyun 22:56
Dünya
19 İyun 22:20
Dünya
19 İyun 22:05
Xəbər lenti
19 İyun 21:49
Sosial
19 İyun 21:26
Siyasət
19 İyun 21:17
Dünya
19 İyun 21:10
İqtisadiyyat
19 İyun 20:45
Dünya
19 İyun 20:30
Sosial
19 İyun 20:17
Elm
19 İyun 19:53
Siyasət
19 İyun 19:44
Siyasət
19 İyun 19:43
Sosial
19 İyun 19:21
İdman
19 İyun 19:13
Dünya
19 İyun 18:37
İqtisadiyyat
19 İyun 18:22
Sosial
19 İyun 18:04
Sosial
19 İyun 17:19
Xəbər lenti
19 İyun 16:30
Sosial
19 İyun 16:30
Sosial
19 İyun 15:47
İqtisadiyyat
19 İyun 15:45
YAP xəbərləri
19 İyun 15:40
Dünya
19 İyun 15:34
YAP xəbərləri
19 İyun 15:34
İqtisadiyyat
19 İyun 15:31
Diaspor
19 İyun 15:21
Xəbər lenti
19 İyun 14:52
YAP xəbərləri
19 İyun 14:51
Gündəm
19 İyun 14:49
Siyasət
19 İyun 14:48
Elanlar
19 İyun 14:48
Elm
19 İyun 14:44
Sosial
19 İyun 14:40
Sosial
19 İyun 14:40
Sosial
19 İyun 14:33
Siyasət
19 İyun 14:30
Mədəniyyət
19 İyun 13:46
İqtisadiyyat
19 İyun 13:41

