Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Xəbər lenti / Bakıda aeroportda Banqladeş vətəndaşından 20 pasport, saxta vizalar götürülüb

Bakıda aeroportda Banqladeş vətəndaşından 20 pasport, saxta vizalar götürülüb

22.12.2022 [11:32]

"Azərbaycan Hava Yolları"nın Təhlükəsizlik İdarəsinin əməkdaşları Heydər Əliyev Beynəlxalq Aeroportunda 22 dekabr 01:05 radələrində keçirdikləri xüsusi baxış zamanı Banqladeş vətəndaşı İslam Md Shahidul adlı şəxsi saxlayıblar.

Bu barədə "Azərbaycan Hava Yolları" məlumat yayıb.

Xəbərə görə, baxış zamanı onun üzərindən 20 ədəd Banqladeş pasportu və 2 möhür aşkarlanıb. Araşdırmalar nəticəsində məlum olub ki, həmin şəxs həmyerlilərini iş vədi ilə aldadaraq müəyyən pul müqabilində onları Avropa ölkələrindən birinə göndərəcəyi adı ilə Azərbaycan Respublikasına gətirib.

Habelə pasportlara baxış keçirən zaman Serbiya Respublikasının saxta vizaları da aşkar edilib.

Təhlükəsizlik əməkdaşları sayəsində həmin şəxs aşkarlanıb və Hava Nəqliyyatında Polis İdarəsinə təhvil verilib.

Paylaş:
Baxılıb: 499 dəfə

Xəbər lenti

Hamısına bax

Sosial

Analitik

Ədəbiyyat

Ədəbiyyat

Nənəyə məktub

25 İyul 08:50

Ədəbiyyat

Şənbə üçün nəzm

25 İyul 08:37  

Siyasət

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4
5 6 7 8 9 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30 31