Şavkat Mirziyoyev Prezident İlham Əliyevə təbrik ünvanlayıb
22.12.2022 [18:10]
Özbəkistan Respublikasının Prezidenti Şavkat Mirziyoyev Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik məktubu ünvanlayıb.
Təbrik mətnində deyilir:
"Hörmətli İlham Heydər oğlu, əziz Qardaşım.
Doğum gününüz münasibətilə Sizə xoş arzularımı və səmimi təbriklərimi çatdırmaqdan dərin məmnunluq duyuram.
Zati-aliləri, Sizi böyük dövlət xadimi, xalqının yüksək etimadını qazanmış mahir və cəsarətli rəhbər, ölkənin inkişafı və firavanlığı naminə fədakarlıqla xidmət edən, Azərbaycanın yeni inkişaf dövründə tarixi ədaləti bərpa etmiş əsl lider kimi yaxşı tanıyır və dərin hörmət bəsləyirik.
Bununla xüsusi vurğulamaq istərdim ki, Sizin müdrik rəhbərliyinizlə Azərbaycan Respublikası son illərdə sosial-iqtisadi inkişafda böyük nailiyyətlər əldə edib, onun beynəlxalq aləmdə nüfuzu və mövqeyi artmaqdadır.
Cari ilin iyun ayında ölkəmizə dövlət səfərinizi, Şanxay Əməkdaşlıq Təşkilatının və Türk Dövlətləri Təşkilatının Səmərqənd şəhərində keçirilən Zirvə toplantılarında bilavasitə iştirakınızı, o cümlədən bu səfərlər çərçivəsində keçirilən açıq və səmimi görüşlərimizi məmnunluqla xatırlayıram.
Mən tam əminəm ki, əldə olunan bütün mühüm razılaşmalar ölkələrimiz arasında strateji tərəfdaşlığı daha yüksək səviyyəyə çatdıracaq, çoxşaxəli əməkdaşlığımızı yeni praktiki məzmunla zənginləşdirəcək.
Şübhəsiz ki, ortaq məqsədlərimiz və gələcəkdə ali səviyyəli görüşlərimiz sayəsində Özbəkistanla Azərbaycan arasında uzunmüddətli qarşılıqlı faydalı əməkdaşlıq əlaqələri qardaş xalqlarımızın ümumi rifahı naminə bundan sonra da möhkəmlənəcək.
Hörmətli İlham Heydər oğlu!
Həyatınızın bu sevincli və unudulmaz günündə Sizi bir daha səmimi qəlbdən təbrik edir, uzun ömür, möhkəm cansağlığı, ailə səadəti, ali dövləti fəaliyyətinizdə daha böyük uğurlar, qardaş Azərbaycan xalqına əmin-amanlıq, davamlı tərəqqi və firavanlıq arzulayıram."
Xəbər lenti
Hamısına baxDünya
28 İyul 07:56
Hadisə
28 İyul 07:50
Dünya
27 İyul 23:30
Dünya
27 İyul 23:15
Dünya
27 İyul 22:41
İdman
27 İyul 22:30
İqtisadiyyat
27 İyul 22:17
Dünya
27 İyul 21:59
Müsahibə
27 İyul 21:23
Sosial
27 İyul 21:05
Hadisə
27 İyul 20:45
Dünya
27 İyul 20:31
İqtisadiyyat
27 İyul 20:17
İqtisadiyyat
27 İyul 19:54
Dünya
27 İyul 19:20
Dünya
27 İyul 19:08
Elm
27 İyul 18:32
Dünya
27 İyul 18:31
Sosial
27 İyul 18:11
MEDİA
27 İyul 18:11
YAP xəbərləri
27 İyul 18:08
Dünya
27 İyul 17:20
Sosial
27 İyul 16:06
YAP xəbərləri
27 İyul 16:04
Sosial
27 İyul 15:20
YAP xəbərləri
27 İyul 14:27
Siyasət
27 İyul 14:07
Gündəm
27 İyul 14:03
Sosial
27 İyul 14:02
Sosial
27 İyul 13:35
Sosial
27 İyul 13:35
Sosial
27 İyul 13:34
Sosial
27 İyul 11:58
Dünya
27 İyul 10:54
Sosial
27 İyul 10:45
Elm
27 İyul 10:40
Xəbər lenti
27 İyul 10:32
YAP xəbərləri
27 İyul 10:29
Dünya
27 İyul 10:22
Dünya
27 İyul 09:45
Dünya
27 İyul 09:18
Dünya
27 İyul 08:52
Hadisə
27 İyul 08:36
Dünya
26 İyul 23:20
Maraqlı
26 İyul 21:34
Maraqlı
26 İyul 20:33
Dünya
26 İyul 19:17
Dünya
26 İyul 18:21
Dünya
26 İyul 17:35
Dünya
26 İyul 16:19
Dünya
26 İyul 15:30
Dünya
26 İyul 14:17
Dünya
26 İyul 13:41
Dünya
26 İyul 12:20
Dünya
26 İyul 11:35
Dünya
26 İyul 10:19
Dünya
26 İyul 09:55
Dünya
26 İyul 09:24
Dünya
26 İyul 08:50
Hadisə
26 İyul 08:39
Dünya
25 İyul 23:20
Dünya
25 İyul 22:35
Dünya
25 İyul 21:19
Dünya
25 İyul 20:27
Dünya
25 İyul 19:15
Dünya
25 İyul 18:22
Dünya
25 İyul 17:45
Hadisə
25 İyul 16:31
Dünya
25 İyul 15:19
Dünya
25 İyul 14:25

