Qarabağın nadir üzüm sortları yenidən çoxaldılır
05.01.2023 [11:48]
Qarabağın nadir üzüm sortlarından olan “Qara lkeni” Azərbaycanın ən qiymətli qara giləli texniki üzüm sortudur.
Kənd Təsərrüfatı Nazirliyinin İctimaiyyətlə əlaqələr və informasiya təminatı şöbəsindən bildirilib ki, Üzümçülük və Şərabçılıq Elmi-Tədqiqat İnstitutunda (ÜŞETİ) milli brendlərin istehsalı və ixrac potensialının yüksəldilməsi məqsədilə itmək təhlükəsi olan yerli üzüm sortları sürətli üsullarla artırılır. ÜŞETİ “Qara lkeni” üzüm sortunun çubuqlarının molekulyar-genetik, ampelo və fenotipik deskriptorlarla analiz olunması üçün Almaniyanın Geilweilerhof Üzümçülük İnstitutuna göndərib. Müasir üsullarla aparılan analizlərin nəticələrinə əsasən, sortun genetik cəhətdən təmiz profil olduğu təsdiqlənib.
Azərbaycanın qiymətli yerli üzüm sortlarının Beynəlxalq Üzümçülük və Şərabçılıq Təşkilatının (OIV) müasir protokol və üsullarına görə öyrənilib rəqəmsal təsvir edilməsi, üzüm sortlarının təyinedici əsas morfogenetik əlamətlərinin ayrı-ayrılıqda hər bir sort üçün tərtib olunması və Beynəlxalq Sort Kataloquna (VİVC) yerləşdirməsi onların milli sortlarımız olduğunu sübut etməyə imkan verir. Yerli üzüm sortlarının rəqəmsal təsvir edilməsində yaşıl zoğ, cavan yarpaq, formalaşmış yarpaq, salxım, gilə və toxumların əsas diaqnostik əlamətləri, məhsullarının enokarpoloji və enokimyəvi göstəriciləri mühim rol oynayır.
Sortun ampelodeskriptor əlamətləri tədqiqatlar və araşdırmalar nəticəsində öyrənilmiş morofoloji, aqrobioloji, təsərrüfat-texnoloji xüsusiyyətləri əsasında beynəlxalq miqyasda qəbul edilmiş metodika və protokollar üzrə aparılaraq təsvir olunub. Sort Qara dəniz hövzəsi sortları (convar pontica Negr.) qrupuna mənsubdur.
“Qara lkeni”nin tənəklərinə Gəncə və Göygöldə, Qarabağ ərazisində (xüsusən Füzuli rayonunda) köhnə üzüm bağlarında, xiyabanlarda rast gəlinir. Sort keçmiş Ümumittifaq Üzümçülük və Şərabçılıq “Maqaraç” Elmi-Tədqiqat İnstitutunun Mərkəzi Asiya filialında geniş tədqiq edilib, keyfiyyətli desert şərabların hazırlanması üçün geniş istehsalata tövsiyə olunub. “Qara lkeni” Özbəkistan Respublikasının sort standartlarına daxil edilib. Sort hazırda Üzümçülük və Şərabçılıq Elmi-Tədqiqat İnstitutunun Abşeron kolleksiya bağında əkilib-becərilir.
Xəbər lenti
Hamısına baxSiyasət
23 May 23:07
Dünya
23 May 22:24
Dünya
23 May 21:38
Maraqlı
23 May 20:17
Maraqlı
23 May 19:25
Dünya
23 May 19:07
Dünya
23 May 18:41
Dünya
23 May 18:16
Dünya
23 May 17:19
Dünya
23 May 16:30
Analitik
23 May 16:19
Analitik
23 May 16:17
Mədəniyyət
23 May 15:45
Siyasət
23 May 15:23
Dünya
23 May 14:37
Xəbər lenti
23 May 14:10
Dünya
23 May 13:52
İdman
23 May 13:49
Gündəm
23 May 13:20
Gündəm
23 May 12:58
Gündəm
23 May 12:25
Gündəm
23 May 11:50
MEDİA
23 May 11:34
Gündəm
23 May 11:17
İqtisadiyyat
23 May 10:59
İqtisadiyyat
23 May 10:35
Gündəm
23 May 10:12
Analitik
23 May 09:55
Analitik
23 May 09:31
Sosial
23 May 09:16
Ədəbiyyat
23 May 08:50
Ədəbiyyat
23 May 08:34
Dünya
23 May 08:03
İdman
23 May 07:55
Siyasət
23 May 07:55
Siyasət
23 May 07:54
Dünya
22 May 23:42
Sosial
22 May 23:35
Dünya
22 May 23:21
Dünya
22 May 22:49
Dünya
22 May 22:30
Dünya
22 May 22:16
Dünya
22 May 21:58
Dünya
22 May 21:25
İqtisadiyyat
22 May 21:13
Dünya
22 May 20:43
Dünya
22 May 20:31
Dünya
22 May 20:19
Dünya
22 May 19:50
Xəbər lenti
22 May 19:22
İdman
22 May 19:10
Xəbər lenti
22 May 18:19
Siyasət
22 May 18:19
Xəbər lenti
22 May 18:18
Elm
22 May 17:53
Elm
22 May 17:52
Xəbər lenti
22 May 17:52
Xəbər lenti
22 May 17:51
Mədəniyyət
22 May 17:50
Elm
22 May 17:49
Siyasət
22 May 17:49
Xəbər lenti
22 May 17:48
Siyasət
22 May 17:48
Sosial
22 May 17:25
YAP xəbərləri
22 May 17:14
YAP xəbərləri
22 May 17:11
Siyasət
22 May 16:32
Siyasət
22 May 15:51
Siyasət
22 May 15:50
Siyasət
22 May 15:46

