Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Xəbər lenti / Ukrayna Rusiyanın atəşkəs təklifini rədd edib

Ukrayna Rusiyanın atəşkəs təklifini rədd edib

05.01.2023 [23:35]

Ukrayna Rusiya ilə “Milad atəşkəsi” ilə bağlı heç bir danışıqlar aparmayacaq.

Bu fikri Ukrayna Milli Təhlükəsizlik və Müdafiə Şurasının katibi Oleksey Danilov “24 kanal”ın efirinə verdiyi açıqlamasında söyləyib.

O, vurğulayıb ki, Ukrayna öz torpağında nəyi uyğun görsə, onu edəcək.

Qeyd edək ki, Rusiya Federasiyasının Prezidenti Vladimir Putin müdafiə naziri Sergey Şoyquya yanvarın 6-da saat 12:00-dan yanvarın 7-də saat 00:00-dək Ukraynanın bütün təmas xətti boyunca atəşkəs rejiminin tətbiq edilməsi barədə göstəriş verib.

V.Putin bu addımı Moskvanın və bütün Rusiyanın Patriarxı Kirillin müraciətini nəzərə alaraq atıb. 

Paylaş:
Baxılıb: 507 dəfə

Xəbər lenti

Hamısına bax

Gündəm

Gündəm

7-ci dialoq...

23 May 11:50

Gündəm

Ədəbiyyat

Ədəbiyyat

Şənbə üçün nəzm

23 May 08:34  

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31