Beynəlxalq birlik...
13.01.2023 [10:55]
Qərbi azərbaycanlıların haqlarının bərpasına dəstək verməlidir
N.BAYRAMLI
Ötən gün Qərbi Azərbaycan İcması müraciət yayıb. Həmin müraciətdə beynəlxalq ictimaiyyətə Qərbi Azərbaycandan olan soydaşlarımızın hüquqlarının bərpasına dəstək verilməsi, eləcə də, Ermənistan hökuməti qarşısında müvafiq tələblər səsləndirilib. Mövzu ilə bağlı qəzetimizə açıqlamasında Qərbi Azərbaycan İcmasının Ağsaqqallar Şurasının sədri, akademik, parlamentin komitə sədri Əhliman Əmiraslanov bildirib ki, Prezident İlham Əliyev tarixi həqiqətləri hər zaman müxtəlif tribunalardan səsləndirir və tarixi torpaqlarımıza qayıdacağımızı bəyan edir. Dövlətimizin başçısı yerli televiziya kanallarına müsahibəsi zamanı da Ermənistana və onun havadarlarına ciddi xəbərdarlıq etmiş oldu. Xüsusilə, Qərbi Azərbaycan məsələsinə davamlı diqqət ayıran Prezident İlham Əliyev bu müsahibəsində də həmin mövzuya dair mühüm fikirlər səsləndirdi: “...Prinsipcə mən hesab edirəm ki, yavaş-yavaş bu mövzu ilə bağlı biz gərək öz fikirlərimizi bölüşək... Bu gün sirr deyil ki, Qərbi Azərbaycan İcması uzun illər deportasiyaya məruz qalmış İcma kimi öz hüquqlarından məhrum idi. Əlbəttə ki, Qarabağ dərdi, problemi olan yerdə Qərbi azərbaycanlıların hüquqlarından danışmaq bəlkə də vaxtından əvvəl atılan bir atəşə bənzəyə bilərdi. Amma bu gün hesab edirəm ki, biz tam haqlı olaraq bu mövzunu artıq beynəlxalq arenaya çıxarmışıq... Əlbəttə ki, Qərbi azərbaycanlılar öz dədə-baba torpaqlarına qayıtmalıdırlar, bu, onların hüququdur, bütün beynəlxalq konvensiyalar bu hüququ onlar üçün tanıyır. Biz də Azərbaycan dövləti olaraq əlimizdən gələni etməliyik ki, bu hüququ təmin edək”.
Soydaşlarımızın qayıdışı reallaşacaq
“Heç kimə sirr deyil ki, XIX əsrdə çar Rusiyası tərəfindən Osmanlı və İran ərazisindən ermənilərin kütləvi şəkildə Cənubi Qafqaza köçürülməsi ilə azərbaycanlıların öz tarixi torpaqlarında sıxışdırılması prosesinə başlanılıb. XX əsrin əvvəllərində azərbaycanlılara qarşı məqsədyönlü şəkildə həyata keçirilmiş etnik təmizləmə, soyqırımı siyasəti nəticəsində xalqımız ağır məhrumiyyətlərlə, faciələrlə üzləşib. Mərhələ-mərhələ gerçəkləşdirilən bu plan nəticəsində azərbaycanlılar indi Ermənistan adlandırılan ərazidən - min illər boyu yaşadıqları öz doğma tarixi torpaqlarından qovularaq kütləvi qətl və qırğınlara məruz qalıblar, xalqımıza məxsus minlərlə tarixi-mədəni abidə və yaşayış məskənləri məhv edilib”, - deyən Ə.Əmiraslanov vurğulayıb ki, 1988-ci ildə Qərbi Azərbaycandan 300 mindən çox adam deportasiya olunub. XX əsr ərzində Ermənistanın Qərbi Azərbaycandan olan soydaşlarımıza qarşı qətliamlar, soyqırımlar və deportasiyalar həyata keçirdiyini xatırladan akademikin sözlərinə görə, Qərbi azərbaycanlıların deportasiyası rəsmi olaraq 4 dəfə həyata keçirilib və təəssüf ki, bu ağlasığmaz şovinist özbaşınalığına münasibətdə beynəlxalq ictimaiyyət hələ də susur: “Bu gün tam haqlı olaraq “Qərbi Azərbaycan” mövzusu artıq beynəlxalq arenaya çıxarılıb. Xüsusi işçi qrupu yaradılıb və vahid konsepsiya üzərində işlər başlanıb. Əminik ki, dövlətimiz heç bir güc tətbiq etmədən soydaşlarımızın Qərbi Azərbaycana qayıdışını reallaşdıracaq, tarixi ədalət bərpa olunacaq. Bu baxımdan, xalq olaraq öz Liderimizə güvənməli, Qərbi Azərbaycan məsələsində fəal və prinsipial olmağı bacarmalıyıq”.
Beynəlxalq insan hüquqları təşkilatları prosesə cəlb edilməlidir
“Azərbaycanlıların Ermənistandan deportasiya edilməsi tarixi faktdır. Bu, bütövlükdə Azərbaycan xalqına qarşı törədilmiş haqsızlıqdır. Yüz minlərlə insan öz dədə-baba yurdundan məcburən çıxarılıb. Bu baxımdan, cənab Prezidentin də Qərbi Azərbaycandan olan ziyalılarla görüşündə vurğuladığı kimi, Ermənistandan deportasiya olunmuş soydaşlarımızın öz doğma torpaqlarına qayıtması bütün beynəlxalq konvensiyalarda təsbit edilmiş hüquqdur. İnsan Hüquqları Ümumi Bəyannaməsində, Mülki və siyasi Hüquqlar Haqqında Beynəlxalq Pakt, BMT-nin Qaçqınların Statusuna dair 1951-ci il Konvensiyası və 1967-ci il Protokolu və digər sənədlərdə həmin hüquq öz əksini tapıb”. Bu fikirləri isə Qərbi Azərbaycan İcmasının üzvü, millət vəkili Ramin Məmmədov deyib. Onun fikrincə, ilk növbədə tarixi faktları dünya ictimaiyyətinin diqqətinə çatdırmaq üçün ardıcıl və sistemli iş aparılmalıdır. Kütləvi informasiya vasitələri, tarixçilər, araşdırma mərkəzləri, siyasi dairələrin məlumatlandırılması istiqamətində tədbirlər görülməlidir. Beynəlxalq hüquq müstəvisində azərbaycanlıların pozulmuş hüquqlarının bərpası istiqamətində də addımlar atılmalıdır. Burada iki mühüm vəzifə meydana çıxır: birincisi, beynəlxalq təşkilatlarda müvafiq sənədlərin qəbuluna, müzakirələrin təşkilinə nail olunmalıdır. İkincisi isə mövzuya nüfuzlu insan hüquqları təşkilatlarının cəlb edilməsi, həmin təşkilatların hesabatlarında məsələnin əksini tapması üçün müvafiq iş aparılmalıdır. Təbii ki, diplomatiyamızın üzərinə də böyük məsuliyyət düşür, belə ki, bütün beynəlxalq platformalardan maksimum istifadə etmək lazımdır. Hər bir görüş, beynəlxalq tədbirdə Ermənistandan azərbaycanlıların kütləvi deportasiyası faktını imkan daxilində qabartmaq vacibdir. Millət vəkili hesab edir ki, qeyd olunan bütün istiqamətlər üzrə ekspertlərin təklifləri əsasında hazırlanmış ayrıca fəaliyyət planları qəbul edilməlidir. Hər bir fəaliyyət planında görüləcək işlərə dair yüzlərlə təklif öz əksini tapa bilər.
R. Məmmədov deyib ki, Qərbi Azərbaycan İcmasının yaydığı müraciət əsl həqiqətlərin dünya ictimaiyyətinə çatdırılması baxımından önəmlidir: “Bizim tələbimiz həm tarixi, həm də beynəlxalq hüquq kontekstində tam əsaslıdır”.
Xəbər lenti
Hamısına baxSiyasət
24 May 08:54
Elm
24 May 07:54
Siyasət
23 May 23:07
Dünya
23 May 22:24
Dünya
23 May 21:38
Maraqlı
23 May 20:17
Maraqlı
23 May 19:25
Dünya
23 May 19:07
Dünya
23 May 18:41
Dünya
23 May 18:16
Dünya
23 May 17:19
Dünya
23 May 16:30
Analitik
23 May 16:19
Analitik
23 May 16:17
Mədəniyyət
23 May 15:45
Siyasət
23 May 15:23
Dünya
23 May 14:37
Xəbər lenti
23 May 14:10
Dünya
23 May 13:52
İdman
23 May 13:49
Gündəm
23 May 13:20
Gündəm
23 May 12:58
Gündəm
23 May 12:32
Gündəm
23 May 12:25
Gündəm
23 May 11:50
MEDİA
23 May 11:34
Gündəm
23 May 11:17
İqtisadiyyat
23 May 10:59
İqtisadiyyat
23 May 10:35
Gündəm
23 May 10:12
Analitik
23 May 09:55
Analitik
23 May 09:31
Sosial
23 May 09:16
Ədəbiyyat
23 May 08:50
Ədəbiyyat
23 May 08:34
Dünya
23 May 08:03
İdman
23 May 07:55
Siyasət
23 May 07:55
Siyasət
23 May 07:54
Dünya
22 May 23:42
Sosial
22 May 23:35
Dünya
22 May 23:21
Dünya
22 May 22:49
Dünya
22 May 22:30
Dünya
22 May 22:16
Dünya
22 May 21:58
Dünya
22 May 21:25
İqtisadiyyat
22 May 21:13
Dünya
22 May 20:43
Dünya
22 May 20:31
Dünya
22 May 20:19
Dünya
22 May 19:50
Xəbər lenti
22 May 19:22
İdman
22 May 19:10
Xəbər lenti
22 May 18:19
Siyasət
22 May 18:19
Xəbər lenti
22 May 18:18
Elm
22 May 17:53
Elm
22 May 17:52
Xəbər lenti
22 May 17:52
Xəbər lenti
22 May 17:51
Mədəniyyət
22 May 17:50
Elm
22 May 17:49
Siyasət
22 May 17:49
Xəbər lenti
22 May 17:48
Siyasət
22 May 17:48
Sosial
22 May 17:25
YAP xəbərləri
22 May 17:14
YAP xəbərləri
22 May 17:11
Siyasət
22 May 16:32

