Azərbaycan və NATO arasında mövcud əməkdaşlıq gündəliyinin aktual məsələləri müzakirə olunub
19.01.2023 [21:28]
Yanvarın 19-da xarici işlər naziri Ceyhun Bayramov ilə NATO Baş katibinin Qafqaz və Mərkəzi Asiya üzrə xüsusi nümayəndəsi Xavyer Kolomina arasında görüş keçirilib.
Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsindən bildirilib ki, görüşdə Azərbaycan və NATO arasında mövcud əməkdaşlıq gündəliyinin aktual məsələləri, həmçinin regional və beynəlxalq məsələlər, Laçın yolu ətrafında cari vəziyyət müzakirə mövzusu olub.
Nazir Ceyhun Bayramov Azərbaycan və NATO arasında davamlı siyasi dialoqun müxtəlif sahələrdə əməkdaşlığa töhfə verdiyini qeyd edib. Beynəlxalq sülh və təhlükəsizliyə töhfə verən bir ölkə kimi Azərbaycanın NATO-nun rəhbərlik etdiyi sülhməramlı əməliyyatlarda iştirakının tərəfimizdən bu sahədə əməkdaşlığa verilən əhəmiyyətin təcəssümü olduğu diqqətə çatdırılıb.
Ceyhun Bayramov, həmçinin Azərbaycan və Ermənistan arasında normallaşma prosesi, sülh gündəliyinin irəli aparılması istiqamətində Azərbaycan tərəfindən atılan addımlar, Ermənistanın sülh prosesinə xələl gətirən hərbi-siyasi təxribatları, mina təhdidinin davam etdirilməsi barədə qarşı tərəfi ətraflı məlumatlandırıb.
Laçın yolu ətrafında Azərbaycan vətəndaş cəmiyyəti nümayəndələrinin etirazına səbəb olan təxribatlardan bəhs edən nazir Ceyhun Bayramov, guya Azərbaycan ərazilərindəki erməni sakinlərinin blokadaya alınması, vəziyyətin humanitar böhran səviyyəsinə çatması ilə bağlı əsassız iddiaların həqiqəti əks etdirmədiyini və bu addımların 10 noyabr 2020-ci il tarixli Üçtərəfli Bəyanatla yalnız humanitar məqsədlər üçün istifadəsi nəzərdə tutulan Laçın yolundan sui-istifadə faktlarını pərdələməkdən, sülh gündəliyi üzrə danışıqlara xələl gətirməkdən başqa bir şey olmadığını diqqətə çatdırıb.
Ermənistan tərəfinin qeyri-konstruktiv addımlarına baxmayaraq, Azərbaycanın danışıqlar üzrə növbəti görüşün qısa müddət ərzində keçirilməsinə hazır olduğunu bəyan etdiyi və sülh gündəliyinin irəli aparılmasında qərarlı olduğu bildirilib.
Xüsusi nümayəndə Xavyer Kolomina, qarşılıqlı səfərlərin əməkdaşlığın inkişafına töhfə verdiyini bildirib. Azərbaycanın NATO çərçivəsində sülhməramlı əməliyyatlarda iştirakını məmnunluqla qeyd edən xüsusi nümayəndə Azərbaycan sülhməramlılarının Kabul beynəlxalq hava limanında təxliyə işlərində əhəmiyyətli rol oynadığını vurğulayıb. Azərbaycan və NATO arasında digər sahələrdə, o cümlədən, enerji təhlükəsizliyi, təhsil və s. sahələrdə əməkdaşlığın aparıldığı məmnunluqla qeyd edilib. Bölgədə gərginliyin mövcudluğunun narahatlıq doğurduğu, bu xüsusda sülh və təhlükəsizliyin bərqərar edilməsi üçün Azərbaycan və Ermənistan arasında normallaşma prosesinin davam etdirilməsinin vacibliyi vurğulanıb.
Xəbər lenti
Hamısına baxSiyasət
23 May 23:07
Dünya
23 May 22:24
Dünya
23 May 21:38
Maraqlı
23 May 20:17
Maraqlı
23 May 19:25
Dünya
23 May 19:07
Dünya
23 May 18:41
Dünya
23 May 18:16
Dünya
23 May 17:19
Dünya
23 May 16:30
Analitik
23 May 16:19
Analitik
23 May 16:17
Mədəniyyət
23 May 15:45
Siyasət
23 May 15:23
Dünya
23 May 14:37
Xəbər lenti
23 May 14:10
Dünya
23 May 13:52
İdman
23 May 13:49
Gündəm
23 May 13:20
Gündəm
23 May 12:58
Gündəm
23 May 12:25
Gündəm
23 May 11:50
MEDİA
23 May 11:34
Gündəm
23 May 11:17
İqtisadiyyat
23 May 10:59
İqtisadiyyat
23 May 10:35
Gündəm
23 May 10:12
Analitik
23 May 09:55
Analitik
23 May 09:31
Sosial
23 May 09:16
Ədəbiyyat
23 May 08:50
Ədəbiyyat
23 May 08:34
Dünya
23 May 08:03
İdman
23 May 07:55
Siyasət
23 May 07:55
Siyasət
23 May 07:54
Dünya
22 May 23:42
Sosial
22 May 23:35
Dünya
22 May 23:21
Dünya
22 May 22:49
Dünya
22 May 22:30
Dünya
22 May 22:16
Dünya
22 May 21:58
Dünya
22 May 21:25
İqtisadiyyat
22 May 21:13
Dünya
22 May 20:43
Dünya
22 May 20:31
Dünya
22 May 20:19
Dünya
22 May 19:50
Xəbər lenti
22 May 19:22
İdman
22 May 19:10
Xəbər lenti
22 May 18:19
Siyasət
22 May 18:19
Xəbər lenti
22 May 18:18
Elm
22 May 17:53
Elm
22 May 17:52
Xəbər lenti
22 May 17:52
Xəbər lenti
22 May 17:51
Mədəniyyət
22 May 17:50
Elm
22 May 17:49
Siyasət
22 May 17:49
Xəbər lenti
22 May 17:48
Siyasət
22 May 17:48
Sosial
22 May 17:25
YAP xəbərləri
22 May 17:14
YAP xəbərləri
22 May 17:11
Siyasət
22 May 16:32
Siyasət
22 May 15:51
Siyasət
22 May 15:50
Siyasət
22 May 15:46

