250 min lirə, Vətəndaşlıq Fondu, bayram bonusu...
08.04.2023 [11:00]
Rəcəb Tayyib Ərdoğanın əhali üçün sürprizlərinin mahiyyəti açıqlanıb
Nardar BAYRAMLI
Türkiyədə may ayında keçiriləcək prezident seçkiləri ilə əlaqədar ölkədə siyasi aktivlik xeyli dərəcədə artıb. Belə bir şəraitdə hakim Ədalət və İnkişaf Partiyasının lideri, dövlət başçısı, “Cümhur İttifaqı”nın prezidentliyə vahid namizədi Rəcəb Tayyib Ərdoğanın vətəndaşlara vəd verdiyi bəzi sürprizlərin təfərrüatı açıqlanıb. Türkiyə mediasında yayılan məlumatlara görə, hazırda üç istiqamət üzərində iş aparılır. Birincisi, “Ailə hesabı”nın yaradılmasıdır. Belə ki, yeni evlənən cütlüklərin məişət əşyaları və bənzəri xərcləri rahatlıqla etmələri üçün dövlət bankları 250 min lirə civarında sərfəli faizlə kredit verəcək. Kreditlər üçün 2-3 il güzəştli dövr, daha sonra isə 10 il ödəmə müddəti tətbiq olunacaq. İkincisi, Vətəndaşlıq Fondunun yaradılmasıdır. Uşaqlar dünyaya gəldikdən sonra dövlət hər ay onlar üçün fonda 100 və ya 200 lirə yatıracaq. Yaşı 18-dən yuxarı olan hər kəs müəyyən şərtlər daxilində onun üçün yığılan pulu çıxara biləcək. Bu, müəyyən mənada “vətəndaşlıq maaşı” kimi olacaq. Ümumiyyətlə, toplanan pulların universitet təhsilində istifadə formuluna diqqət yetirilir. Üçüncü istiqamət isə gənclər üçün bayram bonusudur. Yəni, universitet tələbələrinə təqaüdçülər kimi ildə iki dəfə - dini bayramlarda bayram bonusu veriləcək. Universitet tələbələrinə “tətil pulu” adı altında veriləcək pulun 1000 lirə civarında olması nəzərdə tutulur.
Türkiyənin böyük inkişafı
Ümumiyyətlə, Türkiyə Cümhuriyyəti son 20 il ərzində Prezident Rəcəb Tayyib Ərdoğanın rəhbərliyi ilə çox böyük inkişaf yolu keçib. Türkiyə öz iqtisadi gücünə görə “Böyük İyirmilik”də yer alır, iqtisadi potensialı baxımından Avropada ilk onluqdadır. Türkiyə hərbi güc nöqteyi-nəzərindən NATO çərçivəsində ikinci ölkədir. Türkiyənin hərbi sənaye kompleksi son zamanlar çox yüksək templə inkişaf edib. Xüsusilə qeyd edilməlidir ki, Ərdoğanın rəhbərliyi ilə qardaş ölkə özünün iqtisadi-siyasi, hərbi üstünlüklərini daha da artırmağa, həm bölgədə, həm də Avropa məkanında güc mərkəzi kimi çıxış etməyə başladı. Son bir neçə il isə Türkiyə üçün xüsusilə mühüm əhəmiyyət daşıyır. Belə ki, Avroasiya məkanında yaşanan katklizmlərin qarşısının alınmasında Türkiyənin rolu, bu ölkənin hərbi müdafiə sənayesinin yüksəlişi, yeni texnologiyalara əsaslanan yeni tipli silahların yaradılması, ən əsası isə mühüm bir coğrafiyada siyasi liderlik statusuna yüksəlməsi dövlətin qarşısında yeni vəzifələr müəyyənləşdirir, mühüm perspektivlər formalaşdırır. Məhz Rəcəb Tayyib Ərdoğan Türkiyənin Yaxın Orta Şərq, Avropa, Qafqaz regionunda apardığı siyasəti daha da möhkəmləndirdi. Siyasi münasibətlərdə yeni səhifələrin açılması, Aralıq dənizi hövzəsində müttəfiqlik əlaqələrinin dərinləşdirilməsi, Yaxın və Orta Şərqdə siyasi sabitliyə verdiyi töhfələr, terrorizmə qarşı mübarizədəki qətiyyəti, hətta NATO-nun gələcəyində oynadağı mühüm rol, Qafqazda sabitliyin təmin olunmasına təsiri daha da artdı. Eyni zamanda, Prezident Ərdoğanın müəyyənləşdirdiyi inkişaf konsepsiyası Türkiyənin 2025-ci il üçün müəyyənləşdirdiyi hədəflərin əsas ştrixlərinə çevrilib.
Türkiyə Rusiya-Ukrayna müharibəsinin sona çatmasına çalışır
Ərdoğanın liderliyi ilə Türkiyə Rusiya-Ukrayna müharibəsinin dayandırılması üçün mühüm təşəbbüslər irəli sürür. Türkiyə Prezidentinin vasitəçiliyi ilə Ukrayna və Rusiya XİN rəhbərlərinin görüşünün təşkili dünyada yüksək dəyərləndirildi. Hətta BMT Baş katibi Antonio Quterreş də bu müharibənin dayanması üçün ən real vasitəçinin Prezident Rəcəb Tayyib Ərdoğan olduğunu bildirmişdi. Kiyev ətrafından rus qoşunlarının geri çəkilməsi də məhz Türkiyənin vasitəçiliyi sayəsində baş tutdu. Türkiyə Prezidentinin Rusiya-Ukrayna müharibəsinin həlli ilə bağlı oynadığı ən əhəmiyyətli rollardan biri isə ötən ilin iyulun 2-də “Taxıl dəhlizi” ilə bağlı anlaşmanın imzalanmasına nail olmaq oldu. “Taxıl dəhlizi” sazişinin icrasına başlanması ərzaq bazarlarına müsbət təsir göstərdi. Belə ki, bir ton taxılın qiyməti 440-450 ABŞ dollarından 350-355 dollara endi. Taxıl idxalından birbaşa asılı olan ölkələrin üzləşdiyi problemlər də tədricən aradan qalxdı. Beləliklə, Prezident Ərdoğan qlobal dünyanın ərzaq böhranı ilə üzləşməsinin qarşısını aldı.
Türkiyənin brend i- “Togg”
Bir məqamı da qeyd edək ki, qardaş Türkiyədə istehsal olunan ən müxtəlif təyinatlı məhsullar dünyanın fərqli bazarlarına ixrac edilir. Bu reallıq Türkiyənin tam müstəqil siyasət yeritməsi, təhlükəsizliyinin daha səmərəli təmin olunması baxımından olduqca əhəmiyyətlidir. Məsələn, Türkiyə ilk dəfə olaraq milli avtomobilinin -”Togg”un istehsalına başladı. Avtomobil istehsalı sənayesinin inkişafı Türkiyə milli iqtisadiyyatının və ümumiyyətlə, ölkədə sosial-iqtisadi rifahın yüksəlməsində çox təsirli rol oynayacaq. Birincisi, Türkiyə öz milli markasını dünya bazarına təqdim etməklə, ticarət predmetini yaratmış olur. Bu da öz növbəsində ölkəyə yeni maliyyə axını kanalını təmin edəcək. İkincisi, Türkiyə avtomobil bazarının tam ixracdan asılılığını əhəmiyyətli dərəcədə zəiflədəcək. Bununla da, ölkə iqtisadiyyatına kənar təsir imkanları da məhdudlaşacaq. Üçüncüsü, yeni istehsal sahəsi yeni iş yerləri deməkdir. Qardaş ölkədə əhalinin məşğulluğunun təmin olunmasının yeni sahəsi meydana gəlmiş oldu. Türkiyə Prezidentinin bildirdiyi kimi, ilkin mərhələdə ildə 175 min avtomobil istehsal olunacaq, sonrakı dövrlərdə isə istehsal gücü bir milyona qədər artırılacaq. Türkiyənin milli avtomobil markasının yaradılması ölkə sənayesinin yüksək inkişaf səviyyəsinin bariz göstəricisidir.
Beləliklə, Rəcəb Tayyib Ərdoğanın rəhbərliyi dövründə Türkiyə dünya miqyasında söz sahibinə çevrilib, ölkənin sabitliyi və təhlükəsizliyi etibarlı təmin edilir. Türkiyənin inkişafı, sabitliyi və təhlükəsizliyi isə bütün türk dünyasının rifahı üçün olduqca önəmlidir.
Xəbər lenti
Hamısına baxDünya
21 May 23:18
YAP xəbərləri
21 May 23:14
Dünya
21 May 22:40
Dünya
21 May 22:17
Müsahibə
21 May 21:59
Xəbər lenti
21 May 21:25
Dünya
21 May 20:42
Dünya
21 May 20:14
Xəbər lenti
21 May 19:52
Dünya
21 May 19:16
Yeni texnologiyalar
21 May 18:32
İqtisadiyyat
21 May 17:45
Dünya
21 May 17:19
Dünya
21 May 16:34
Dünya
21 May 16:10
Siyasət
21 May 16:02
Siyasət
21 May 16:01
Siyasət
21 May 16:01
Elanlar
21 May 15:56
Siyasət
21 May 15:55
Dünya
21 May 15:46
Sosial
21 May 15:21
Sosial
21 May 15:21
Dünya
21 May 15:19
YAP xəbərləri
21 May 15:09
Xəbər lenti
21 May 15:04
Elm
21 May 14:54
YAP xəbərləri
21 May 14:53
Dünya
21 May 14:53
Xəbər lenti
21 May 14:52
Dünya
21 May 14:25
Dünya
21 May 14:17
Siyasət
21 May 14:16
Siyasət
21 May 13:53
Siyasət
21 May 13:40
Dünya
21 May 13:16
Gündəm
21 May 12:57
Sosial
21 May 12:45
Gündəm
21 May 12:36
Sosial
21 May 12:33
Elm
21 May 12:20
Sosial
21 May 12:19
Gündəm
21 May 12:11
YAP xəbərləri
21 May 12:02
Siyasət
21 May 11:52
Siyasət
21 May 11:39
İqtisadiyyat
21 May 11:13
Gündəm
21 May 10:56
Gündəm
21 May 10:34
YAP xəbərləri
21 May 10:28
Analitik
21 May 10:12
İqtisadiyyat
21 May 09:55
Analitik
21 May 09:38
Sosial
21 May 09:14
Sosial
21 May 08:50
Sosial
21 May 08:31
Sosial
21 May 07:08
İdman
21 May 07:00
Sosial
20 May 23:31
Dünya
20 May 23:18
Xəbər lenti
20 May 22:46
Elm
20 May 22:14
Xəbər lenti
20 May 21:52
Dünya
20 May 21:25
Siyasət
20 May 20:51
Dünya
20 May 20:49
Dünya
20 May 20:17
Dünya
20 May 19:50
Dünya
20 May 19:22
Xəbər lenti
20 May 18:43

