/ / Türkiyənin Milliyyətçi Hərəkat Partiyasının sədr müavini: “14 mayda Türkiyə siyasətinin memarı Rəcəb Tayyib Ərdoğana səs verəcəyik”
Türkiyənin Milliyyətçi Hərəkat Partiyasının sədr müavini: “14 mayda Türkiyə siyasətinin memarı Rəcəb Tayyib Ərdoğana səs verəcəyik”
10.04.2023 [15:31]
“14 may Prezident seçkilərində vahid namizədimiz Türkiyənin genişüfüqlü siyasətinin memarı Rəcəb Tayyib Ərdoğandır. Məhz onun, dinamik kadrlarının və “Cümhur İttifaqı”nın həyata keçirdikləri islahatlar sayəsində ölkəmiz çox böyük inkişaf yolu keçib.”
“Yeni Azərbaycan” qəzetinə açıqlamasında bu fikirləri Türkiyənin Milliyyətçi Hərəkat Partiyasının (MHP) sədr müavini, Türkiyə Böyük Millət Məclisində (TBMM) Ərzurumu təmsil edən 27. dönəm MHP millət vəkili Kamil Aydın bildirib.
Kamil Aydın deyib ki, beynəlxalq əlaqələrin inkişaf etdiyi XXI əsrdə qloballaşmanın əhəmiyyətinin azaldığı və təkrarən müstəqil milli dövlətlərin özünəqayıdışı məsələsi aktualdır ki, bu, xüsusilə Şərqi Avropa, Balkan və Qafqaz ölkələri, eləcə də Türkiyədə özünü göstərməkdədir: Bu təbii axından uzaq düşmək bir xətaya yol verməkdir. Nə yaxşı ki, Türkiyə və Azərbaycan bu xətaya düşmədi”.
Türkiyə dövlətinin 15 iyul 2016-cı ildə dövlət çevrilişinə cəhdlərin qarşısını aldıqdan sonra “Cümhur İttifaqı” adı altında birləşdiyini vurğulayan Kamil Aydın dövlətin bu siyasəti sayəsində milli və yerli istehsalın artırıldığını və bunun sayəsində terrora qarşı mübarizənin gücləndiyini bildirib: “Bu gün seçimlər ərəfəsindəyik. Türkiyə Cümhuriyyəti bu günə qədər terrorla mübarizədə yenidən dirçəliş dövrünü yaşayaraq yerli və milli müdafiə sənaye istehsalı ilə ölkəmizi daxilində və sərhədlərində terror bəlasından qurtarmaq üzrədir. Bununla həm də Türkiyənin cənub hissəsində terrorun pəncəsində qalan Suriya və İraq xalqının lehinə addım atmış olduq”.
Hərbi sənaye sahəsində Türkiyənin uğurlarının türk və müsəlman dünyasında təhlükəsizliyin qarantı olduğunu qeyd edən Kamil Aydın bundan qürur duyduğunu ifadə edib: “Xüsusilə müdafiə sənayesi sahəsində yerli və milli savaş uçaqlarımız, gəmilərimiz, sualtı gəmilərimiz, helikopterlərimiz, tank, top və sair sursatları ilə ölkəmiz artıq regionda bu vasitələrdən asılı olmaqdan çıxdı. Bundan qürur duyuruq. Artıq dünyaya “İHA”, “SİNA”, “TB-3”-nü satan müdafiə sənayesi ölkəsi olduq. Həm müstəqilləşdik, həm də Türkiyə Cümhuriyyətinin ilk illərində olduğu kimi regionunda ehtiyacı olan soydaşlarımıza - adına Türk Dövlətləri Təşkilatı dediyimiz ölkələrə dəstək verən, “Dosta güvənən, düşmənin bağrını yaran” dövlət halına gəldik. Türkiyə hərbinin inkişafı Qarabağda 30 illik işğala son qoyulmasına böyük dəstək oldu. Yerli və milli hərbi sənaye beynəlxalq əlaqələrin inkişafına rəvac verdi.
Şimali Kiprlə bağlı “İkidövlətli çözüm xaricində bir çözüm yoxdur” fikri açıqca söyləndi və Qapalı Maraş bölgəsi açıldı. Hazırda TDT başda olmaqla beynəlxalq aləmdə Şimali Kipr Türk Cumhuriyyətinin mövcudluğu qəbul olunmağa başlandı. Ölkəmiz içəridə və xaricdə bütün xalqların, xüsusilə bütün islam dünyasındakı din qardaşlarımızın ümid qaynağı oldu”.
Türkiyə iqtisadiyyatında illərcə Dünya Bankı və Beynəlxalq Valyuta Fondu modeli tətbiq olunduğunu bildirən millət vəkili qeyd edib ki, çox məhdudlaşdırıcı, iqtisadi azadlığa mane olan bu model bir çox ölkələr kimi, ölkəsində də iqtisadiyyatı asılı vəziyyətə salsa da “Cümhur İttifaqı”nın güclü dəstəyi sayəsində bu asılılığa son qoyulub: “Türkiyə borclardan xilas oldu. Varlığından xəbərdar olduğumuz, amma bizim üçün əlçatan olmayan yeralti mənbələrimiz aşkarlandı və istismarına başlandı. Mavi vətənimizdə - həm Qara dənizdə, həm Aralıq dənizində enerji mənbələrindəki kəşfiyyat-axtarış işlərimiz müsbət nəticələrini verdi. Artıq Qara dənizdə enerji mənbələrinin istismarına başlandı, Aralıq dənizində də axtarış işləri davam edir”.
Bununla bərabər Türkiyədə yol-infrastruktur sahəsində geriləyən fəaliyyətlərin də sürətləndirildiyini deyən Kamil Aydın Türkiyədə 50-dən çox hava limanları salındığına diqqət çəkib: “İstanbulda tikilən hava limanı vasitəsilə ən çox sərnişin daşınması təmin olundu. İkiqat yollar salındı, dəmiryolları ölkə boyu genişləndirlidi”.
Prezident Ərdoğanın liderliyi ilə Rusiya-Ukrayna müharibəsinin başa çatmasına cəhdlərdən danışan millət vəkili deyib ki, məhz Türkiyənin fəaliyyətləri ilə qlobal dünyanın ərzaq böhranı ilə üzləşməsinin qarşısı alınıb: “Bu, 600 milyon məzlum insanın aclığını qarşılayacaq bir addım atıldı”.
“Cumhur İttifaqı” və Prezident Ərdoğanın timsalında milli və yerli hökumətin davam etməsinin Türkiyə üçün nicat yolu hesab edən Kamil Aydın “bütün bu sadalanan nailiyyətləri yalnız bir milli dövlət edə bilərdi” deyə bildirib: “Bu fəaliyyətlər cənab prezidentimiz Rəcəb Tayyib Ərdoğan və onun dinamik kadrları ilə həyata keçirildi. Biz də Milliyyətçi Hərəkat Partiyası olaraq bu uğurların fasiləsiz davam etməsi üçün qanunlar çərçivəsində siyasi dəstəyimizi heç bir zaman əsirgəmədik. Ona görə də biz deyirik: 14 may Prezident seçkilərində vahid namizədimiz Rəcəb Tayyib Ərdoğandır. Qərarımız qətidir. Bu istiqrarla Cumhurbaşkanlığı hökumət sistemimiz də çox güclü, müstəqil və prinsipial bir şəkildə davam etməlidir. Bunun yolu da 14 May Prezident seçkilərindən keçir. 14 mayda xalqımızın milli və yerli iradə ilə, yenidən səfərbərliklə yoluna davam edəcəyinə inanıram”.
Sevil Hilalqızı Ünal, “Yeni Azərbaycan”
Xəbər lenti
Hamısına baxMaraqlı
20 İyun 23:20
Maraqlı
20 İyun 22:38
Dünya
20 İyun 21:25
Dünya
20 İyun 20:54
Maraqlı
20 İyun 20:37
Dünya
20 İyun 19:59
Maraqlı
20 İyun 19:22
Dünya
20 İyun 18:35
Dünya
20 İyun 18:12
Dünya
20 İyun 17:50
Dünya
20 İyun 17:19
Dünya
20 İyun 16:43
Dünya
20 İyun 16:21
Dünya
20 İyun 15:58
Dünya
20 İyun 15:30
Dünya
20 İyun 14:42
Dünya
20 İyun 14:17
Siyasət
20 İyun 14:08
Dünya
20 İyun 13:51
Gündəm
20 İyun 13:25
Gündəm
20 İyun 12:59
Siyasət
20 İyun 12:20
Siyasət
20 İyun 11:52
Gündəm
20 İyun 11:35
Siyasət
20 İyun 11:13
Sosial
20 İyun 10:49
Analitik
20 İyun 10:32
Ədəbiyyat
20 İyun 10:14
Sosial
20 İyun 09:58
Sosial
20 İyun 09:30
MEDİA
20 İyun 09:15
Ədəbiyyat
20 İyun 08:50
Sosial
20 İyun 08:33
İqtisadiyyat
20 İyun 07:22
Dünya
19 İyun 23:45
İqtisadiyyat
19 İyun 23:18
İdman
19 İyun 22:56
Dünya
19 İyun 22:20
Dünya
19 İyun 22:05
Xəbər lenti
19 İyun 21:49
Sosial
19 İyun 21:26
Siyasət
19 İyun 21:17
Dünya
19 İyun 21:10
İqtisadiyyat
19 İyun 20:45
Dünya
19 İyun 20:30
Sosial
19 İyun 20:17
Elm
19 İyun 19:53
Siyasət
19 İyun 19:44
Siyasət
19 İyun 19:43
Sosial
19 İyun 19:21
İdman
19 İyun 19:13
Dünya
19 İyun 18:37
İqtisadiyyat
19 İyun 18:22
Sosial
19 İyun 18:04
Sosial
19 İyun 17:19
Xəbər lenti
19 İyun 16:30
Sosial
19 İyun 16:30
Sosial
19 İyun 15:47
İqtisadiyyat
19 İyun 15:45
YAP xəbərləri
19 İyun 15:40
Dünya
19 İyun 15:34
YAP xəbərləri
19 İyun 15:34
İqtisadiyyat
19 İyun 15:31
Diaspor
19 İyun 15:21
Xəbər lenti
19 İyun 14:52
YAP xəbərləri
19 İyun 14:51
Gündəm
19 İyun 14:49
Siyasət
19 İyun 14:48
Elanlar
19 İyun 14:48
Elm
19 İyun 14:44

