Xalq düzgün seçimini edəcək
21.04.2023 [10:41]
Günel ABBASOVA
Türkiyədə əsas diqqət qarşıdakı prezident və parlament seçkilərinə yönəlib. Hətta qardaş ölkədə baş tutacaq seçkilərə Azərbaycan cəmiyyətində belə böyük maraq var. Ötən gün də Türkiyənin Ali Seçki Şurası parlament seçkilərində iştirak edəcək partiya və namizədlərin dəqiq siyahısını təsdiqləyib. Qeyd edək ki, siyahıda 24 siyasi partiya və 151 müstəqil namizəd var. Siyahıda yer alan namizədlərin hər biri ilə bağlı həm efirlərdə, həm də sosial şəbəkələrdə maraqlı məqamlara toxunulur. Seçkilərdə qalib gəlməli olan namizədlərin üstünlüklərindən, vəd etdiklərindən, ölkə üçün perspektivlərindən bəhs edilir. Həmin məqamları yerli siyasətçilərlə bərabər açmağa, prosesin müzakirə və təhlilini aparmağa davam edirik
Milli Məclisin Azərbaycan-Türkiyə parlamentlərarası işçi qrupunun üzvü Jalə Əliyeva “Yeni Azərbaycan”a açıqlamasında bildirib ki, qardaş Türkiyə hazırda əhəmiyyətli bir siyasi proses qarşısındadır: “Önümüzdəki ay Türkiyədə növbədənkənar seçkilər keçiriləcək. Təbii ki, bu məsələ hər bir ölkənin taleyində həll edici məqamdır. Türkiyə bu gün təkcə öz sərhədləri içərisində deyil, ölkə hüdudlarından kənarda da diqqət mərkəzindədir. Geostrateji maraqlar baxımından əhəmiyyət daşıması ilə bərabər həm də regionda söz sahibi olan bir ölkədir. Türkiyənin sabitliyi, əmin-amanlıq və inkişaf ümumilikdə bölgənin inkişafı anlamına gəlir. Bu birmənalı olaraq belədir və hadisələri olduğu kimi qəbul etmək lazımdır. Türkiyənin bugünkü inkişafını gözügötürməyən, bundan narahat olan qüvvələr, tərəflər var. Biz bunu görürük. Amma düşünürük ki, Türkiyə xalqı hər zaman olduğu kimi həqiqətləri düzgün şəkildə dəyərləndirəcək və ölkələri adına ən doğru qərarı verəcək. Rəcəb Tayyib Ərdoğanın hakimiyyətə gəldiyi gündən həyata keçirdiyi islahatlar, layihələr ölkənin nüfuzunun getdikcə artırıb. Bu mənada onun nailiyyətləri olduqca böyükdür. Bunu da xalq özü yaxşı görür və qiymətləndirir. Həqiqətən Türkiyə son 20 ildə deyərdim ki, öz tarixinin ən əhəmiyyətli məqamlarını, ən uğurlu dövrünü yaşayıb”.
Deputat qeyd edib ki, Türkiyə ilə istər bölgə ölkələri, istərsə də dünya ölkələri hesablaşmaq məcburiyyətindədir: “Belə ki, Türkiyəni hesaba almaq, Türkiyənin həyata keçirdiyi siyasətə əhəmiyyət vermək elə digər ölkələrin özünün də maraqları çərçivəsindədir. Türkiyədə bugünkü mənzərə, əhval-ruhiyyə, ölkənin istər daxildən, istərsə də xaricdən aldığı siyasi diplomatik dəstək bunu deməyə əsas verir ki, cənab Ərdoğanın şansı böyükdür. Biz də inanırıq ki, Türkiyə xalqı tarixin bir çox məqamlarında müdrik qərar vermə ənənəsinə sadiq qalaraq dövlət, xalq və region üçün lazımlı ola biləcək addımı atacaq, öz düzgün seçimini edəcəkdir”.
Xəbər lenti
Hamısına baxDünya
22 İyul 18:33
MEDİA
22 İyul 17:31
Dünya
22 İyul 17:25
YAP xəbərləri
22 İyul 17:07
Dünya
22 İyul 16:30
Dünya
22 İyul 15:59
İdman
22 İyul 15:22
Dünya
22 İyul 14:45
Dünya
22 İyul 14:18
Dünya
22 İyul 13:52
Gündəm
22 İyul 13:39
Siyasət
22 İyul 13:25
Dünya
22 İyul 13:20
Sosial
22 İyul 13:09
YAP xəbərləri
22 İyul 12:51
Gündəm
22 İyul 12:50
Dünya
22 İyul 12:49
Analitik
22 İyul 12:42
Analitik
22 İyul 12:38
Dünya
22 İyul 12:35
Ədəbiyyat
22 İyul 12:32
Analitik
22 İyul 12:27
Sosial
22 İyul 12:25
MEDİA
22 İyul 12:20
Elanlar
22 İyul 12:01
İqtisadiyyat
22 İyul 12:01
Hadisə
22 İyul 12:00
Elm
22 İyul 12:00
Hadisə
22 İyul 11:59
YAP xəbərləri
22 İyul 11:54
Gündəm
22 İyul 10:52
YAP xəbərləri
22 İyul 10:50
YAP xəbərləri
22 İyul 10:44
Siyasət
22 İyul 10:34
Xəbər lenti
22 İyul 10:26
Xəbər lenti
22 İyul 09:48
Sosial
22 İyul 09:41
Xəbər lenti
22 İyul 09:23
Dünya
22 İyul 09:16
İdman
22 İyul 08:50
Xəbər lenti
22 İyul 08:42
Hadisə
22 İyul 08:27
Dünya
22 İyul 07:41
Xəbər lenti
22 İyul 07:40
Dünya
22 İyul 07:36
Dünya
22 İyul 07:00
Dünya
21 İyul 23:35
Dünya
21 İyul 22:47
Dünya
21 İyul 22:20
Gündəm
21 İyul 22:09
Dünya
21 İyul 21:50
Dünya
21 İyul 21:20
Dünya
21 İyul 20:45
Dünya
21 İyul 20:15
Dünya
21 İyul 19:45
Dünya
21 İyul 19:17
Siyasət
21 İyul 18:36
Dünya
21 İyul 18:20
Siyasət
21 İyul 17:41
YAP xəbərləri
21 İyul 17:10
Siyasət
21 İyul 17:04
Siyasət
21 İyul 16:54
Siyasət
21 İyul 16:53
YAP xəbərləri
21 İyul 16:49
Elanlar
21 İyul 16:33
Siyasət
21 İyul 15:59
Gündəm
21 İyul 15:52
YAP xəbərləri
21 İyul 15:47
Hadisə
21 İyul 15:32
Elm
21 İyul 15:32

