Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Xəbər lenti / Kürdəmirdə mikroavtobus "KamAZ"a çırpılıb, ölən və yaralananlar var YENİLƏNİB

Kürdəmirdə mikroavtobus "KamAZ"a çırpılıb, ölən və yaralananlar var YENİLƏNİB

03.05.2023 [15:29]

Fövqəladə Hallar Nazirliyi (FHN) Kürdəmirdə baş verən ağır yol qəzası barədə məlumat yayıb.

Nazirlikdən verilən xəbərə görə, "112" qaynar telefon xəttinə Kürdəmir rayonunun Sığırlı kəndində yol-nəqliyyat hadisəsinin baş verməsi ilə əlaqədar xilasedici köməyinə ehtiyac yaranması barədə məlumat daxil olub.

Məlumatla əlaqədar FHN-nin Dövlət Yanğından Mühafizə Xidmətinin müvafiq xilasetmə qüvvələri çağırış üzrə cəlb olunub.

Əməliyyat şəraiti qiymətləndirilərkən müəyyən olunub ki, “Mercedes” markalı mikroavtobus və “КамАЗ” markalı yük avtomobili toqquşub, 1 nəfər mikroavtobusda sıxılmış vəziyyətdə qalıb.

Həyata keçirilən tədbirlər nəticəsində 1 nəfərin meyiti zədələnmiş nəqliyyat vasitəsindən çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.

 

***

Bakı-Ələt-Qazax-Gürcüstan dövlət sərhədi avtomobil yolunun Kürdəmir rayonunun Karar kəndi ərazisindən keçən hissəsində baş verən ağır qəzada 2 nəfər ölüb, 8 nəfər yaralanıb.

"Report"un Yuxarı Şirvan bürosu xəbər verir ki, "Mercedes Sprinter" markalı sərnişin daşıyan mikroavtobus qarşısında hərəkət edən mişar daşı ilə dolu "KamAZ" markalı yük maşınına çırpılıb.

Nəticədə ilkin məlumata görə, 2 nəfər ölüb, 8 şəxs müxtəlif dərəcəli bədən xəsarəti alıblar.

Hadisə zamanı "KamAZ" markalı yük maşını yoldan çıxaraq aşıb.

Yaralılar Kürdəmir Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.

Hazırda faktla bağlı araşdırma aparılır.

Paylaş:
Baxılıb: 536 dəfə

Xəbər lenti

Hamısına bax

Analitik

Analitik

Sosial

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31