Təbaşır, işarə, həyat...
09.05.2023 [22:44]
10-cu sinfi bitirdim, ali təhsil almaq üçün atam məni şəhərə apara bilməyəcəkdi. Çünki şəhəri tanımırdı. Ömür böyu qoyun otarmışdı. Çoban idi.
Atam uzaq qohumumuz Abbas müəllimə zəhmət haqqı kimi iki yüz manat pul verdi ki, apar Qəşəmi Gəncəyə, bir ev tut, qalsın orada, sənədlərini versin instituta.
Axşam ailəmizlə “ayrılıq” çörəyi yedik (Atam belə deyirdi), sabah gedəcəkdim şəhərə. Atam çox ağlayırdı, şəhəri tanımadığına və məni apara bilmədiyinə görə pis olmuşdu atam.
Səhər yol çantamı götürüb evdən çıxanda atam boynumu qucaqlayıb yenə ağladı. Elə bilirdik, atamız ağlamaz. Atamız ağladı deyə, hamı ağladı, anam, bacım və qardaşlarım, qonşular...
Sonra itimiz, atımız, qoyun, quzularımız arxamca boylandı İtimiz xeyli maşının arxasınca yüyürdü.
Abbas müəllim Gəncənin Bağbanlar qəsəbəsində “padvalda” mənə bir otaqlı ev tutdu. Sonra qayıtdı kəndə.
Mən otağın pəncərəsindən küçədən keçən adamların ayaqqabılarını görürdüm. Böyük otaqda yeganə həmdəmim tək çarpayı və onun altına səliqəsiz tökülmüş kitablar idi.
Hər gecə şüşə qabda əmziklə süd içirdiyim quzu yuxuma girirdi. Bilirdiim ki, o quzu məni axtarır.
Sabah sənədlərimi Gəncə Dövlət Universitetinə verməli idim. Bəs necə edim? Mən universitetin yerini tanımırdım.
Səhər tezden əl - üzümü yuyanda üzüm çardağının altındakı yeşikdə xeyli təbaşir gördüm. Birini götürüb ehamlaca atdım cibimə. Bu, mənim həyatda ilk oğurluğum idi.
Səhər universitetin yerini soruşa – soruşa getdikcə, ağaclara, divarlara təbaşirlə kiçik işarələr qoyurdum. Xəlvət edirdim ki, heç kəs görməsin. Bu minvalla universitetə gəlib - getməyi öyrəndim. Artıq işarələrə baxmağa ehtiyac duymurdum. Sonralar bu cür işarələr həyatımda mühüm rol oynadı.
Əslində götürəndə bu işarələr mənim üçün yol – hərəkət qaydaları idi.
Şəhərin yol işarələrinə qarışmayan təzə qayda – qanunlar...
Sonralar küçələri yox, adamları müəyyən sözlərlə işarələdim, tanıdım.
Ədəbiyyatda, şeirdə də işarələr var. Öyrəndiyim şeirlərin gizli işarələri məni şeirin dərinliklərinə apardı.
O vaxt sevdiyim bir mahni vardı: “Mən arifəm işarədən qananam”. Işarələr, işarələr...
Yaşadığımız həyat da yol –küçə kimidir. Orda da işarələr, yol nişanları var. Ayrılıqlar, mübahisələr o zaman başlayır ki, biz həyat küçəsində yol – hərəkət qaydalarına əməl etmirik. Toqquşuruq, qəza törədirik. Həyat nişanları da yol nişanları kimidir. Məsələn, sevdiyim yazıçı Qərib Mehdi mənə dərs deyərkən ədəbiyyat nişanlarını - işarələrini mənə belə öyrətdi. Vaqif Bayatlı küçəsi ilə get, sonra dön sağa - Vaqif Səmədoğlu küçəsinə, burda çox dayanma, tez dön sola, düz get gəlib Nazim Hikmət küçəsinə çıxacaqsan, burdakı dayanacaqda bir az dayan. Amma burda çox qalma. Sən tünlükdən tez çıxmalısan, Ramiz Rövşən küçəsinə girmə, tünlükdü. Sürətlə get, get, get, yenə sağa dön, sonra sola, yenə düz get, get görəcəksən yolunun ağzında bir göy qurşağı sallanır, çıx göy qurşağına, bu sənin küçəndi, Qəşəm.
Təbaşırlə başlayan işarələr, nişanlar sonralar məni heç vaxt tərk etmədi.
Güllərə, çiçəklərə, dağlara, adamlara öz nişanlarımı vurdum.
Ona görə də şeirlərim heç kəsin şeirlərinə bənzəmir.
Heç vaxt yadımdan çıxmır: Atamın məni şəhərə apara bilmədiyinə görə ağlamağı.
Atamın ağlamağı da mənim üçün bir işarə idi. Hələ bu sirrin ucunu tapa bilmirəm.
İşarələri mənə atam öyrətmişdi. O, köç vaxtı, Kəlbəcər dağlarına gedəndə tanımadığı yerlərə daş - uyuq qoyurdu ki, qayıdanda azmasın. Adam təkçə şəhərdə azmır, həyatda da azır. Atamn nişanlarını mən həyata daşıdım. Atam böyük şair idi, lap Səməd Vurğun kimi. Nə yazıramsa, hamısı onundur, ondan öyrənmişəm şeir yazmağı.
Mənim çoban atam,
Metroya minə bilməyən atam.
Mənim şair atam...
Savadsız olduğuna, şəhəri tanımadığna və məni şəhərə apara bilmədiyinə görə boynumu qucaqlayıb ağlayan atam...
Qəşəm Nəcəfzadə
Xəbər lenti
Hamısına baxSiyasət
22 May 15:51
Siyasət
22 May 15:50
Siyasət
22 May 15:46
Siyasət
22 May 15:45
Siyasət
22 May 15:44
YAP xəbərləri
22 May 15:22
Sosial
22 May 15:17
YAP xəbərləri
22 May 14:51
Siyasət
22 May 14:33
Dünya
22 May 14:26
Gündəm
22 May 13:17
Gündəm
22 May 13:09
Sosial
22 May 12:56
Sosial
22 May 12:55
Sosial
22 May 12:55
Gündəm
22 May 12:54
Siyasət
22 May 12:48
Xəbər lenti
22 May 12:28
Siyasət
22 May 12:27
Analitik
22 May 12:00
Gündəm
22 May 11:22
Xəbər lenti
22 May 11:17
İqtisadiyyat
22 May 10:53
İqtisadiyyat
22 May 10:35
Analitik
22 May 10:18
Sosial
22 May 10:08
Analitik
22 May 09:56
Analitik
22 May 09:30
Analitik
22 May 09:17
Sosial
22 May 08:53
Sosial
22 May 08:31
Dünya
21 May 23:18
YAP xəbərləri
21 May 23:14
Siyasət
21 May 22:43
Dünya
21 May 22:40
Dünya
21 May 22:17
Müsahibə
21 May 21:59
Xəbər lenti
21 May 21:25
Dünya
21 May 20:42
Dünya
21 May 20:14
Xəbər lenti
21 May 19:52
Dünya
21 May 19:16
Gündəm
21 May 19:16
Yeni texnologiyalar
21 May 18:32
İqtisadiyyat
21 May 17:45
Dünya
21 May 17:19
Dünya
21 May 16:34
Dünya
21 May 16:10
Siyasət
21 May 16:02
Siyasət
21 May 16:01
Siyasət
21 May 16:01
Elanlar
21 May 15:56
Siyasət
21 May 15:55
Dünya
21 May 15:46
Sosial
21 May 15:21
Sosial
21 May 15:21
Dünya
21 May 15:19
YAP xəbərləri
21 May 15:09
Xəbər lenti
21 May 15:04
Elm
21 May 14:54
YAP xəbərləri
21 May 14:53
Dünya
21 May 14:53
Xəbər lenti
21 May 14:52
Dünya
21 May 14:25
Dünya
21 May 14:17
Siyasət
21 May 14:16
Siyasət
21 May 13:53
Siyasət
21 May 13:40
Dünya
21 May 13:16
Gündəm
21 May 12:57

