Təxribatların sifarişi haradan verilir?
12.05.2023 [14:18]
Mayın 14-də Brüsseldə liderlərin görüşü ərəfəsində Ermənistan hərbi təxribata əl atıb. Belə ki, Azərbaycan Müdafiə Nazirliyinin yaydığı məlumata görə, mayın 10-u axşam və 11-də səhər saatlarında Ermənistan silahlı qüvvələrinin bölmələri Basarkeçər rayonunun Zod istiqamətində yerləşən mövqelərindən Azərbaycan Ordusunun üzbəüz mövqelərini müxtəlif növ atıcı silahlardan intensiv atəşə tutmaqla qəsdən təxribat törədib. Erməni tərəfi iriçaplı silahlardan və minaatanlardan istifadə edib. Təxribat nəticəsində Azərbaycan Ordusunun müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu Orxan Elxan oğlu Novruzəlizadə şəhid olub.
“Bu təxribatlar göstərir ki, Ermənistanın sülh barədə verdiyi bəyanatlar sabun köpüyündən başqa bir şey deyil”.
Bu fikirləri yeniazerbay.com-a hərbi ekspert Ədalət Verdiyev deyib. Onun fikrincə, Ermənistan sülh danışıqlarında qeyri-səmimidir: “Ermənistan heç bir zaman sülh danışıqlarında səmimi olmayıb, belə bir niyyəti indi də yoxdur və daha əvvəllər olduğu kimi bu dəfə də mayın 14-də Brüssel danışıqları öncəsi Ermənistan tərəfi genişmiqyaslı təxribatlara əl atıb. Bu təxribatların qarşısının alınması üçün Azərbaycan tərəfi kifayət qədər ciddi tədbirlər görüb və adekvat cavab tədbirləri nəticəsində Ermənistana növbəti dəfə yeri göstəriləcək”.
Ekspert hesab edir ki, ermənilərin hərbi təxribatları sülh danışıqlarını tamamilə şübhə altına alır. Azərbaycan Ordusunun hərbi qulluqçusu öz tarixi torpağından açılan atəşlə suveren ərazilərimizdə xəsarət alırsa, şəhid olursa münasibətlərin belə bir gərgin səviyyəsində hansısa sülhdən söhbət gedə bilməz. “Ermənistana sülh lazım deyilsə, Azərbaycana heç lazım deyil. Bizim üçün sülh Azərbaycan əraziləri 30 illik işğal altında qalan müddətdə lazım idi və biz torpaqlarımızı azad etmişik. İndi sülh daha çox Ermənistana lazımdır. Bu təxribatların sifarişinin Ermənistanın havadarları tərəfindən verildiyi də ehtimal oluna bilər”, - deyə Ə.Verdiyev vurğulayıb.
Nardar BAYRAMLI
Xəbər lenti
Hamısına baxMaraqlı
22 İyul 19:17
Dünya
22 İyul 18:33
MEDİA
22 İyul 17:31
Dünya
22 İyul 17:25
YAP xəbərləri
22 İyul 17:07
Dünya
22 İyul 16:30
Dünya
22 İyul 15:59
İdman
22 İyul 15:22
Dünya
22 İyul 14:45
Dünya
22 İyul 14:18
Dünya
22 İyul 13:52
Gündəm
22 İyul 13:39
Siyasət
22 İyul 13:25
Dünya
22 İyul 13:20
Sosial
22 İyul 13:09
YAP xəbərləri
22 İyul 12:51
Gündəm
22 İyul 12:50
Dünya
22 İyul 12:49
Analitik
22 İyul 12:42
Analitik
22 İyul 12:38
Dünya
22 İyul 12:35
Ədəbiyyat
22 İyul 12:32
Analitik
22 İyul 12:27
Sosial
22 İyul 12:25
MEDİA
22 İyul 12:20
Elanlar
22 İyul 12:01
İqtisadiyyat
22 İyul 12:01
Hadisə
22 İyul 12:00
Elm
22 İyul 12:00
Hadisə
22 İyul 11:59
YAP xəbərləri
22 İyul 11:54
Gündəm
22 İyul 10:52
YAP xəbərləri
22 İyul 10:50
YAP xəbərləri
22 İyul 10:44
Siyasət
22 İyul 10:34
Xəbər lenti
22 İyul 10:26
Xəbər lenti
22 İyul 09:48
Sosial
22 İyul 09:41
Xəbər lenti
22 İyul 09:23
Dünya
22 İyul 09:16
İdman
22 İyul 08:50
Xəbər lenti
22 İyul 08:42
Hadisə
22 İyul 08:27
Dünya
22 İyul 07:41
Xəbər lenti
22 İyul 07:40
Dünya
22 İyul 07:36
Dünya
22 İyul 07:00
Dünya
21 İyul 23:35
Dünya
21 İyul 22:47
Dünya
21 İyul 22:20
Gündəm
21 İyul 22:09
Dünya
21 İyul 21:50
Dünya
21 İyul 21:20
Dünya
21 İyul 20:45
Dünya
21 İyul 20:15
Dünya
21 İyul 19:45
Dünya
21 İyul 19:17
Siyasət
21 İyul 18:36
Dünya
21 İyul 18:20
Siyasət
21 İyul 17:41
YAP xəbərləri
21 İyul 17:10
Siyasət
21 İyul 17:04
Siyasət
21 İyul 16:54
Siyasət
21 İyul 16:53
YAP xəbərləri
21 İyul 16:49
Elanlar
21 İyul 16:33
Siyasət
21 İyul 15:59
Gündəm
21 İyul 15:52
YAP xəbərləri
21 İyul 15:47
Hadisə
21 İyul 15:32

