Kişineu görüşü...
01.06.2023 [11:35]
Sülhün şərtlərini Azərbaycan diktə edir
Nardar BAYRAMLI
İyunun 1-də Moldovanın paytaxtı Kişineu şəhərində Avropa Siyasi Birliyinin növbəti sammiti keçiriləcək. Sammit çərçivəsində Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistanın baş naziri Nikol Paşinyanın arasında növbəti görüşün keçirilməsi gözlənilir. Ötən gün Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel özünün tviter səhifəsində bu barədə paylaşım edib. Paylaşımda bildirilir: “Azərbaycan Prezidenti İlham Əliyevlə Ermənistanın baş naziri Nikol Paşinyan arasında Moldovanın paytaxtı Kişineuda keçiriləcək görüşü səbirsizliklə gözləyirik”. O qeyd edib ki, bu görüş tərəflərin bir-birinin suverenliyinə və ərazi bütövlüyünə hörməti yenidən təsdiqləmək və sərhədlərin delimitasiyası üzrə irəliləmək, həmçinin sərhəd bölgələrində riskləri azaltmaq üçün vacibdir. Ş.Mişelin sözlərinə görə, rəsmi Bakı ilə keçmiş DQMV-də yaşayan ermənilər arasında onların hüquqları və təhlükəsizliyi ilə bağlı dialoq indi mühüm əhəmiyyət kəsb edir: “Maksimalist mövqelərdən çəkinmək və dialoqu hədəfləmək vacibdir. 30 ildən çox davam edən münaqişədən sonra yaraların sağalması üçün vaxta ehtiyac var. Cəsarətli qərarlar lazımdır”.
Avropa İttifaqının Ali Nümayəndəsinin sözçüsü Peter Stano isə keçirilməsi planlaşdırılan bu görüş öncəsi bəyanat yayıb. Bəyanatda deyilir: “Ermənistan-Azərbaycan münasibətlərinin normallaşması prosesi son bir ayda intensivləşib və Avropa İttifaqı bunu alqışlayır. Aİ hesab edir ki, bu tarixi anı saxlamaq və sülh prosesini riskə atacaq addımlardan, o cümlədən düşmənçilik ritorikasından çəkinmək vacibdir”.
Qeyd edək ki, mayın əvvəlində ABŞ-da sülh müqaviləsi üzrə aparılan danışıqlardan sonra, mayın 14-də Brüsseldə liderlərin görüşü baş tutdu. Ermənistan və Azərbaycan liderləri mayın 25-də Moskvada da görüşüblər. Brüsseldə liderlər sərhəd məsələləri, əlaqələnmə, humanitar məsələlər və Azərbaycanın Qarabağ bölgəsində yaşayan ermənilərin hüquqları və təhlükəsizliyi kimi bir neçə əsas mövzuya diqqət yetiriblər. O vaxtdan bəri liderlər 1991-ci il Alma-Ata Bəyannaməsinə və Ermənistanın (29,800 kv. kilometr) və Azərbaycanın (86,600 kv. kilometr) müvafiq ərazi bütövlüyünə birmənalı sadiq olduqlarını açıq şəkildə təsdiqləyiblər.
Aİ-nin nümayəndəsi bəyanatında Ermənistanın baş naziri Nikol Paşinyanın mayın 22-də bununla bağlı bəyanatını və Ermənistanın ikitərəfli sərhədin delimitasiyası üzərində işləməyə açıq şəkildə hazır olduğunu alqışlayıb. O, həmçinin Azərbaycan Prezidenti İlham Əliyevin mayın 25-də verdiyi bəyanatı da alqışladıqlarını da vurğulayıb. “Bu həssas məsələlər üzərində iş davam etdikcə, hərtərəfli normallaşma ilə bağlı bütün məsələlərdə həll yollarına nail olmaq üçün inam yaratmaq, yaxşı niyyətlə işləmək və liderlik nümayiş etdirmək üçün addımlar atmaq vacibdir. Çətin münaqişə tarixinə və keçmişə baxmayaraq, bütün məsələlər yalnız sülh yolu ilə, dialoq yolu ilə həll edilməlidir. Avropa İttifaqı bu addımda tərəfləri dəstəkləməyə sadiqdir”, - deyə Peter Stano vurğulayıb.
Ermənistan tərəfi də belə bir görüşün keçiriləcəyini bildirir. Bəzi ekspertlər məhz bu görüşdə iki ölkə arasında sülh sazişinin imzalanmasına dair ehtimallar səsləndirir. Lakin Ermənitanın baş naziri Paşinyan Kişinyovda sazişin imzalanacağını istisna edib. O deyib ki, hazırda Azərbaycanla Kişineuda imzalana biləcək razılaşdırılmış sülh müqaviləsi layihəsi yoxdur.
Onu da qeyd edək ki, Moldovanın paytaxtında keçiriləcək Avropa Siyasi Birliyinin sammitinə Avropa İttifaqına üzv ölkələr və daha 20 dövlət dəvət edilib. Diqqətçəkən məqam ondan ibarətdir ki, sammitə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan da dəvətlidir. Bu barədə Türkiyə Prezidentinin sözçüsü İbrahim Kalın bildirib. Bununla belə o, Rəcəb Tayyib Ərdoğanın həmin toplantıya qatılıb-qatılmayacağının hələ ki, məlum olmadığını deyib.
Beləliklə, Kişineuda liderlərin görüşü baş tutarsa bu, regionumuzda sülhün təmin edilməsi istiqamətində növbəti addım olacaq. Sülhün şərtlərini isə Azərbaycan diktə edir!
Xəbər lenti
Hamısına baxİdman
27 İyul 22:30
İqtisadiyyat
27 İyul 22:17
Dünya
27 İyul 21:59
Müsahibə
27 İyul 21:23
Sosial
27 İyul 21:05
Hadisə
27 İyul 20:45
Dünya
27 İyul 20:31
İqtisadiyyat
27 İyul 20:17
İqtisadiyyat
27 İyul 19:54
Dünya
27 İyul 19:20
Dünya
27 İyul 19:08
Elm
27 İyul 18:32
Dünya
27 İyul 18:31
Sosial
27 İyul 18:11
MEDİA
27 İyul 18:11
YAP xəbərləri
27 İyul 18:08
Dünya
27 İyul 17:20
Sosial
27 İyul 16:06
YAP xəbərləri
27 İyul 16:04
Sosial
27 İyul 15:20
YAP xəbərləri
27 İyul 14:27
Siyasət
27 İyul 14:07
Gündəm
27 İyul 14:03
Sosial
27 İyul 14:02
Sosial
27 İyul 13:35
Sosial
27 İyul 13:35
Sosial
27 İyul 13:34
Sosial
27 İyul 11:58
Dünya
27 İyul 10:54
Sosial
27 İyul 10:45
Elm
27 İyul 10:40
Xəbər lenti
27 İyul 10:32
YAP xəbərləri
27 İyul 10:29
Dünya
27 İyul 10:22
Dünya
27 İyul 09:45
Dünya
27 İyul 09:18
Dünya
27 İyul 08:52
Hadisə
27 İyul 08:36
Dünya
26 İyul 23:20
Maraqlı
26 İyul 21:34
Maraqlı
26 İyul 20:33
Dünya
26 İyul 19:17
Dünya
26 İyul 18:21
Dünya
26 İyul 17:35
Dünya
26 İyul 16:19
Dünya
26 İyul 15:30
Dünya
26 İyul 14:17
Dünya
26 İyul 13:41
Dünya
26 İyul 12:20
Dünya
26 İyul 11:35
Dünya
26 İyul 10:19
Dünya
26 İyul 09:55
Dünya
26 İyul 09:24
Dünya
26 İyul 08:50
Hadisə
26 İyul 08:39
Dünya
25 İyul 23:20
Dünya
25 İyul 22:35
Dünya
25 İyul 21:19
Dünya
25 İyul 20:27
Dünya
25 İyul 19:15
Dünya
25 İyul 18:22
Dünya
25 İyul 17:45
Hadisə
25 İyul 16:31
Dünya
25 İyul 15:19
Dünya
25 İyul 14:25
Gündəm
25 İyul 14:07
Dünya
25 İyul 13:33
Gündəm
25 İyul 12:28
Gündəm
25 İyul 11:50
Gündəm
25 İyul 11:35

