İşə yaramayan “qərəz”...
22.06.2023 [12:57]
Ölkənin siyasi hakimiyyətinin verdiyi siqnallardan ruhlanan Fransa Senatı və Milli Assambleyası ötən ilin sonlarında da ölkəmizə qarşı yeni qərəzli qətnamələr qəbul etdilər. Bu qətnamələrdə Avropanın enerji təhlükəsizliyində getdikcə daha çox yer alan Azərbaycana qarşı sanksiyaların tətbiq olunması və digər cəfəng iddialar yer alırdı. Fransa bir böyük bacı kimi Ermənistanın başını sığallamaq cəhdini növbəti dəfə Tunisin Cerba şəhərində baş tutan Beynəlxalq Frankofoniya Təşkilatının Zirvə Görüşü çərçivəsində nümayiş etdirdi. Nə qədər qəribə görünsə də, fransız dilinə və mədəniyyətinə aid olan bir tədbirdə yenə də təcavüzkar Ermənistanın siyasi ambisiyalarının müzakirə predmetinə çevrilməsinə cəhdlər göstərildi. Lakin qurumdakı Azərbaycana dost dövlətlər tədbirin qətnamə layihəsində yer alan ölkəmizə qarşı müddəalara kəskin etirazlarını bildirdilər. Bununla da qətnamə layihəsində Azərbaycanı birbaşa hədəf alan hər hansı ifadənin daxil edilməsinə imkan verilmədi.
Fransanın ötən ilin dekabrında BMT TŞ-da Azərbaycan əleyhinə sənəd qəbul etdirməyə çalışması isə bu ölkənin Cənubi Qafqazda “sülhyaratma prosesi”nə hansı niyyətlə qoşulmaq istəyini bir daha ortaya qoydu. Yenə də Azərbaycanın beynəlxalq səviyyədə apardığı uğurlu diplomatik fəaliyyət Paris-İrəvan tandeminin cəhdlərini darmadağın elədi. Bu proses sözün əsl mənasında Fransa üçün böyük rüsvayçılıqla nəticələndi. BMT TŞ-nın daimi üzvü və dekabr ayında TŞ-nın sədri statusunu daşıyan Fransa bütün resurslarını səfərbər etsə də, Azərbaycan əleyhinə olan sənədi qəbul etdirə bilmədi.
Rəsmi Parisin Ermənistana dəstək siyasətinin sükanını isə prezident Emmanuel Makron tutur. Cari ilin fevralında keçirilən Münhen Təhlükəsizlik Konfransında Fransa prezidenti ənənəsinə sadiq qalaraq yenə də ermənipərəst mövqeyini otaya qoydu. E.Makronun nüfuzlu beynəlxalq platformanın tribunasından Cənubi Qafqazda “müharibə var” deməsi, həmçinin Nikol Paşinyanın yanında olmasını xüsusi vurğulaması nəyə xidmət edir? Hazırda Azərbaycanın, ABŞ-ın, Avropa İttifaqının (Aİ) bütün səylərinin Cənubi Qafqazda sülhyaratma prosesinə fokuslandığı bir məqamda Paris-İrəvan cütlüyünün ritorikası yenidən müharibə alovunu yandırmağa xidmət edir. Bundan başqa, məhz E.Makronun təhriki ilə Aİ Ermənistana uzunmüddətli mülki missiya göndərilməsi ilə bağlı qərar qəbul edib. Bu missiyanın tərkibində Fransa jandarmeriyasının təmsilçilərinin yer almaları da suallar doğurur.
Mübariz FEYİZLİ
Xəbər lenti
Hamısına baxDünya
30 İyul 23:47
Dünya
30 İyul 23:18
Dünya
30 İyul 22:55
Dünya
30 İyul 22:25
Dünya
30 İyul 21:15
Dünya
30 İyul 20:48
Dünya
30 İyul 20:20
Dünya
30 İyul 19:50
Gündəm
30 İyul 19:33
Dünya
30 İyul 19:20
Dünya
30 İyul 18:40
Dünya
30 İyul 17:25
Gündəm
30 İyul 16:32
Dünya
30 İyul 16:19
Dünya
30 İyul 15:38
YAP xəbərləri
30 İyul 15:31
İqtisadiyyat
30 İyul 14:50
Sosial
30 İyul 14:33
Sosial
30 İyul 14:31
Sosial
30 İyul 14:29
YAP xəbərləri
30 İyul 14:24
Dünya
30 İyul 14:22
YAP xəbərləri
30 İyul 13:58
Elanlar
30 İyul 13:49
Dünya
30 İyul 13:41
Dünya
30 İyul 13:17
Elm
30 İyul 12:57
Sosial
30 İyul 12:57
Elm
30 İyul 12:56
Dünya
30 İyul 12:49
Sosial
30 İyul 12:31
İqtisadiyyat
30 İyul 12:20
İqtisadiyyat
30 İyul 12:19
Sosial
30 İyul 11:58
Gündəm
30 İyul 11:25
Mədəniyyət
30 İyul 11:15
Mədəniyyət
30 İyul 11:14
Siyasət
30 İyul 10:42
İqtisadiyyat
30 İyul 10:17
Siyasət
30 İyul 09:54
Sosial
30 İyul 09:30
Dünya
30 İyul 09:15
Analitik
30 İyul 08:57
Analitik
30 İyul 08:33
Elm
30 İyul 07:56
İdman
30 İyul 07:54
Dünya
30 İyul 07:45
Dünya
30 İyul 07:44
Dünya
29 İyul 23:17
Dünya
29 İyul 22:41
Dünya
29 İyul 22:19
İqtisadiyyat
29 İyul 21:50
Dünya
29 İyul 21:22
Dünya
29 İyul 21:09
Dünya
29 İyul 20:45
Xəbər lenti
29 İyul 20:32
Siyasət
29 İyul 20:27
Dünya
29 İyul 20:16
Siyasət
29 İyul 20:15
Siyasət
29 İyul 19:59
Dünya
29 İyul 19:50
Siyasət
29 İyul 19:44
Siyasət
29 İyul 19:36
Dünya
29 İyul 19:25
Dünya
29 İyul 19:10
Turizm
29 İyul 18:31
İdman
29 İyul 17:19
Sosial
29 İyul 16:25
Gündəm
29 İyul 16:13
Sosial
29 İyul 15:51

