Prezident İlham Əliyev BMT-nin Cenevrədəki ofisinin baş direktorunu qəbul edib YENİLƏNİB
06.07.2023 [11:38]
İyulun 6-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev BMT-nin Cenevrədəki ofisinin baş direktoru Tatyana Valovayanı qəbul edib.
AZƏRTAC xəbər verir ki, Tatyana Valovaya Qoşulmama Hərəkatının Əlaqələndirmə Bürosunun nazirlər görüşündə BMT-ni təmsil etdiyinə görə məmnunluğunu bildirdi və Azərbaycanın Hərəkatda uğurlu sədrliyi münasibətilə təbriklərini çatdırdı. O, BMT-nin Cenevrə ofisi və Cenevrədə ixtisaslaşmış BMT təşkilatları ilə ölkəmiz arasında əməkdaşlığın uğurla inkişaf etdiyini vurğuladı.
Tatyana Valovaya BMT-nin Qadınlar Davamlı İnkişaf Məqsədi üzrə təşəbbüsünün inkişaf etdirilməsində Azərbaycanın verdiyi dəstəyi yüksək qiymətləndirdi, Prezident İlham Əliyevin minaların təmizlənməsi üzrə yeni Dayanıqlı İnkişaf Məqsədinin yaradılması təşəbbüsünün çox dəyərli və vacib olduğunu vurğuladı. O, BMT çərçivəsində üzv dövlətlərlə birgə bu istiqamətdə müzakirə aparılmasının mümkünlüyünü və önəmini diqqətə çatdırdı.
Dövlətimizin başçısı Azərbaycanın Qoşulmama Hərəkatının sədri kimi təşkilatın təsisatlanmasına və ölkəmizin multilateralizmə daim böyük əhəmiyyət verdiyini bildirdi, Hərəkatın təsisatlanması istiqamətində ölkəmiz tərəfindən aparılan işlərin, xüsusilə də Parlament Şəbəkəsinin və Gənclər Təşkilatının yaradılması təşəbbüslərini qeyd etdi. Prezident İlham Əliyev, həmçinin Azərbaycanın Qoşulmama Hərəkatı çərçivəsində qadın platformasının yaradılması istiqamətində təşəbbüslə çıxış etdiyini vurğuladı. Azərbaycanın Ermənistan işğalından azad edilmiş torpaqlarımızın minalarla çirkləndirilməsi problemi ilə üzləşdiyini qeyd edən dövlətimizin başçısı minaların təmizlənməsinin də Dayanıqlı İnkişaf Məqsədi kimi təsbit olunmasının vacibliyini bildirdi. Prezident İlham Əliyev Azərbaycanın Qoşulmama Hərəkatı çərçivəsində Minaların Təsirinə Məruz Qalmış Ölkələrin Həmfikirlər Qrupunun yaradılması təşəbbüsü ilə çıxış etdiyini və ölkəmizin humanitar minatəmizləmə sahəsində müasir texnologiyalardan səmərəli şəkildə istifadə etdiyini bildirdi. Dövlətimizin başçısı vurğuladı ki, 2020-ci il noyabrın 10-dan sonra 300-dən çox azərbaycanlı mina partlaması nəticəsində həlak olub və ya ağır yaralanıb.
Görüşdə BMT sistemində çalışan Azərbaycan vətəndaşlarının mövcud kvotalara uyğun olaraq sayının artırılması məsələsinin vacibliyi də müzakirə edildi.
Xəbər lenti
Hamısına baxDünya
27 İyul 23:30
Dünya
27 İyul 23:15
Dünya
27 İyul 22:41
İdman
27 İyul 22:30
İqtisadiyyat
27 İyul 22:17
Dünya
27 İyul 21:59
Müsahibə
27 İyul 21:23
Sosial
27 İyul 21:05
Hadisə
27 İyul 20:45
Dünya
27 İyul 20:31
İqtisadiyyat
27 İyul 20:17
İqtisadiyyat
27 İyul 19:54
Dünya
27 İyul 19:20
Dünya
27 İyul 19:08
Elm
27 İyul 18:32
Dünya
27 İyul 18:31
Sosial
27 İyul 18:11
MEDİA
27 İyul 18:11
YAP xəbərləri
27 İyul 18:08
Dünya
27 İyul 17:20
Sosial
27 İyul 16:06
YAP xəbərləri
27 İyul 16:04
Sosial
27 İyul 15:20
YAP xəbərləri
27 İyul 14:27
Siyasət
27 İyul 14:07
Gündəm
27 İyul 14:03
Sosial
27 İyul 14:02
Sosial
27 İyul 13:35
Sosial
27 İyul 13:35
Sosial
27 İyul 13:34
Sosial
27 İyul 11:58
Dünya
27 İyul 10:54
Sosial
27 İyul 10:45
Elm
27 İyul 10:40
Xəbər lenti
27 İyul 10:32
YAP xəbərləri
27 İyul 10:29
Dünya
27 İyul 10:22
Dünya
27 İyul 09:45
Dünya
27 İyul 09:18
Dünya
27 İyul 08:52
Hadisə
27 İyul 08:36
Dünya
26 İyul 23:20
Maraqlı
26 İyul 21:34
Maraqlı
26 İyul 20:33
Dünya
26 İyul 19:17
Dünya
26 İyul 18:21
Dünya
26 İyul 17:35
Dünya
26 İyul 16:19
Dünya
26 İyul 15:30
Dünya
26 İyul 14:17
Dünya
26 İyul 13:41
Dünya
26 İyul 12:20
Dünya
26 İyul 11:35
Dünya
26 İyul 10:19
Dünya
26 İyul 09:55
Dünya
26 İyul 09:24
Dünya
26 İyul 08:50
Hadisə
26 İyul 08:39
Dünya
25 İyul 23:20
Dünya
25 İyul 22:35
Dünya
25 İyul 21:19
Dünya
25 İyul 20:27
Dünya
25 İyul 19:15
Dünya
25 İyul 18:22
Dünya
25 İyul 17:45
Hadisə
25 İyul 16:31
Dünya
25 İyul 15:19
Dünya
25 İyul 14:25
Gündəm
25 İyul 14:07
Dünya
25 İyul 13:33

