Bulvarda niyə aptek yoxdur?
10.07.2023 [17:37]
Yeganə BAYRAMOVA
İctimai yerdə insanın qəfil halının pisləşməsi zamanı zəruri məsələ ilkin tibbi yadımın göstərilməsidir. Təbii ki, bunun üçün ətrafda mövcud şəraitin olması da əsas amillərdən biridir. Bəzən eşidirik ki, halı pisləşən şəxsə ya yanlış müdaxilə edilir, ya da ilkin tibbi yardım üçün artıq çox gec olur. Dünyanın bir çox inkişaf etmiş ölkələrinə nəzər yetirsək, görərik ki, mərkəzi küçələrdə, parklarda, iri ticarət mərkəzlərində ilk yardım köşkləri yerləşdirilib.
Məsələn, Böyük Britaniyada yürüyüş zamanı özünü narahat hiss edən şəxslərə parkda ilkin müdaxilə edilir. Parkın bir çox nöqtələrində köşklər yerləşdirilib. Burada çalışması üçün tibb bacısı da ayrılıb. Köşkdə həm tibbi ləvazimatlar, həm də xəstənin istirahət etməsi üçün hər cür şərait yaradılıb.
Qardaş Türkiyədə də bu məsələyə daha həssas yanaşılır. Çox yerlərdə ilkin tibbi yardım qurğuları yerləşdirilib. Qurğunun üzərindəki düyməciyi sıxdıqda, dərhal hadisə yerinə mütəxəssis gəlir və ilkin tibbi yardım göstərilir. Ehtiyac yaranan anda təcili tibbi yardım briqadası dəvət edilir.
Xarici ölkələrə virtual ekskursiya etdikcə bizdə də belə bir xidmətin olması ilə bağlı istəklərimizin nə dərəcə real olduğunu düşünürük. Şəhərimizin hər ay on minlərlə turist qəbul etdiyini nəzərə alsaq, əhalinin sıx olduğu Dənizkənarı Milli Parkda ilkin tibbi yardım köşkünün yaxud da aptekin olmadığını qeyd edə bilərik. Bulvarın istirahət etmək üçün çox böyük xidmətləri mövcuddur. Buna baxmayaraq, o qədər böyük ərazidə nəinki ilk tibbi yardım köşkü, dərman almaq üçün bir dənə olsun aptek gözə dəymir. Bulvarda olanlar arasında yaşlı insanlar, qan təzyiqindən əziyyət çəkənlər də ola bilər. Qəfil halın dəyişməsi baş verərsə, gərək insanlar dərman almaq üçün Bulvarın kənarına çıxsınlar.
Problemin həlli yolunu tapmaq üçün Dənizkənarı Bulvar İdarəsi ilə əlaqə saxlamağa çalışsaq da, cəhdimiz baş tutmadı. Səhiyyə Nazirliyinin məlumatına əsasən isə Bulvarda apteklərin və tibb işçisi vakansiyasının olub-olmaması məsələsi nazirliyin tabeliyində deyil.
Mövzu barədə Yeniazerbaycan.com-a açıqlama verən həkim Şahvələd Məmmədov bildirib ki, təcili yardımı gözləyənə qədər Bulvarın nəzdində xəstəyə tibbi müdaxilə edəcək şəxs və dərmanlar olmalıdır. Onun sözlərinə görə, Bulvarın nəzdində dərman köşkləri olmalıdır ki, ziyarətçilərin ərazidən kənara çıxmaqlarına ehtiyac qalmasın: “Hazırda havaların isti keçməsi ilə bağlı Milli Parka üz tutanların sayı çoxluq təşkil edir. Yay aylarında yaşlı insanları və dəyişən atmosferi nəzərə alsaq, ilk yardım köşkləri və kiçik apteklərin olması zəruridir. Fikrimcə, orada böyük aptek yaratmağa ehtiyac yoxdur. Onsuz da şəhərdə kifayət qədər apteklər var. Məqsəd insanlar üçün ehtiyat dərmanlarının əlçatan olmasıdır. 15 kvadratmetrlik bir yeri izolyasiya edib, apteklər açmaq mümkündür. Dünyanın bir çox ölkələrində bu xidmət varsa, niyə də bizdə olmasın? Xəstə olan insanlar bəzən ehtiyat dərmanlarını üzərində daşımağı unudurlar. Bu zaman dərman axtarmalı olurlar. Aptek isə ancaq şəhərin başqa bir nöqtəsində var. Məsələ köşk yaradıb içinə dərmanları qoymaqla da bitmir. Həmin dərmanların saxlanılma şəraitinə Səhiyyə Nazirliyi və İcbari Tibbi Sığorta kimi qurumlar tərəfindən ciddi nəzarət olunmalıdır. Bizim səlahiyyətimizdə deyil, deməklə məsələ həll olunmur. İnsanların səhhətinə görə xidmət etmək ümdə vəzifədir. Unutmayaq ki, sağlamlıqdan vacib məsələ yoxdur”.
Xəbər lenti
Hamısına baxXəbər lenti
23 May 14:10
Dünya
23 May 13:52
İdman
23 May 13:49
Gündəm
23 May 13:20
Gündəm
23 May 12:58
Gündəm
23 May 12:25
Gündəm
23 May 11:50
MEDİA
23 May 11:34
Gündəm
23 May 11:17
İqtisadiyyat
23 May 10:59
İqtisadiyyat
23 May 10:35
Gündəm
23 May 10:12
Analitik
23 May 09:55
Analitik
23 May 09:31
Sosial
23 May 09:16
Ədəbiyyat
23 May 08:50
Ədəbiyyat
23 May 08:34
Dünya
23 May 08:03
İdman
23 May 07:55
Siyasət
23 May 07:55
Siyasət
23 May 07:54
Dünya
22 May 23:42
Sosial
22 May 23:35
Dünya
22 May 23:21
Dünya
22 May 22:49
Dünya
22 May 22:30
Dünya
22 May 22:16
Dünya
22 May 21:58
Dünya
22 May 21:25
İqtisadiyyat
22 May 21:13
Dünya
22 May 20:43
Dünya
22 May 20:31
Dünya
22 May 20:19
Dünya
22 May 19:50
Xəbər lenti
22 May 19:22
İdman
22 May 19:10
Xəbər lenti
22 May 18:19
Siyasət
22 May 18:19
Xəbər lenti
22 May 18:18
Elm
22 May 17:53
Elm
22 May 17:52
Xəbər lenti
22 May 17:52
Xəbər lenti
22 May 17:51
Mədəniyyət
22 May 17:50
Elm
22 May 17:49
Siyasət
22 May 17:49
Xəbər lenti
22 May 17:48
Siyasət
22 May 17:48
Sosial
22 May 17:25
YAP xəbərləri
22 May 17:14
YAP xəbərləri
22 May 17:11
Siyasət
22 May 16:32
Siyasət
22 May 15:51
Siyasət
22 May 15:50
Siyasət
22 May 15:46
Siyasət
22 May 15:45
Siyasət
22 May 15:44
YAP xəbərləri
22 May 15:22
Sosial
22 May 15:17
YAP xəbərləri
22 May 14:51
Siyasət
22 May 14:33
Dünya
22 May 14:26
Gündəm
22 May 13:17
Gündəm
22 May 13:09
Sosial
22 May 12:56
Sosial
22 May 12:55
Sosial
22 May 12:55
Gündəm
22 May 12:54
Siyasət
22 May 12:48
Xəbər lenti
22 May 12:28

