Türkiyənin istəyi: Saziş daha iki il uzadılsın
11.07.2023 [11:15]
“Taxıl sazişi” nin sonuncu uzadılma müddəti iyulun 17-də bitir. Vaxt daraldıqca “Razılaşmanı növbəti müddətə uzatmaq mümkün olacaqmı” sualı tez-tez təkrarlanır. Məsələ burasındadır ki, razılaşmanın tərəflərindən biri olan Rusiya “Taxıl sazişi”nin icrasından narazılıqlarını ifadə edir və müəyyən şərtlər irəli sürür. Rusiya tərəfi iddia edir ki, danışıqlarda Tolyatti-Odessa marşrutu ilə ammiakın daşınması və Ukrayna taxılının ixracı müzakirə mövzusu idi. Rusiya rəsmilərinin bildirdiklərinə görə, bu razılaşmalar simmetrik və balanslaşdırılmış şəkildə yerinə yetirilməli idi, amma BMT bunu təmin etməyib. Rusiya Xarici İşlər Nazirliyinin məlumatında sövdələşmənin uzadılması ilə bağlı növbəti qərarın “Rosselxozbank”ın SWIFT sisteminə yenidən qoşulmasından, kənd təsərrüfatı texnikasının, ehtiyat hissələrinin və xidmətlərin tədarükünün bərpasından, sığorta və təkrar sığortaya qoyulan məhdudiyyətlərin aradan qaldırılmasından asılı olacağı vurğulanıb. Bu şərtlərə hansı səviyyədə əməl olunacağını zaman göstərəcək. Vaxt isə çox azdır.
Ümidverici cəhət odur ki, “Taxıl sazişi”nin əsas ideya müəlliflərindən biri olan Prezident Rəcəb Tayyib Ərdoğan razılaşmanın uzadılacağına ümid bəsləyir. O, bu barədə növbəti dəfə V.Zelenski ilə görüşdən sonra keçirilən mətbuat konfransında bildirib. “Ümid edirəm ki, iyulun 17-dən sonra “Taxıl sazişi”nin müddəti yenidən uzadılacaq. Ən azı üç ay uzadılacağını gözləyirik, lakin iki il uzadılmasının tərəfdarıyıq. Biz sazişin iki il müddətinə uzadılmasına çalışacağıq”, - deyə Türkiyənin dövlət başçısı vurğulayıb.
Qeyd edək ki, Rəcəb Tayyib Ərdoğan “Taxıl sazişi” ilə bağlı müzakirələri, həmçinin Rusiyanın dövlət başçısı Vladimir Putinlə də aparmaq niyyətindədir. Rusiya Prezidentinin gələn ay Türkiyəyə səfəri gözlənilir. Bu barədə Rəcəb Tayyib Ərdoğan Volodimir Zelenski ilə birgə keçirdiyi mətbuat konfransında məlumat verib. Sitat: “Gələn ay Putinin Türkiyəyə səfəri olacaq. Cənab Putinlə yenidən məhbus mübadiləsini müzakirə edəcəyik. Ümid edirəm ki, “Taxıl sazişi”nin müddətinin uzadılması ilə bağlı nəticə əldə edəcəm”.
Mubariz ABDULLAYEV
Xəbər lenti
Hamısına baxDünya
25 İyul 23:20
Dünya
25 İyul 22:35
Dünya
25 İyul 21:19
Dünya
25 İyul 20:27
Dünya
25 İyul 19:15
Dünya
25 İyul 18:22
Dünya
25 İyul 17:45
Hadisə
25 İyul 16:31
Dünya
25 İyul 15:19
Dünya
25 İyul 14:25
Gündəm
25 İyul 14:07
Dünya
25 İyul 13:33
Gündəm
25 İyul 12:28
Gündəm
25 İyul 11:50
Gündəm
25 İyul 11:35
Siyasət
25 İyul 11:13
Sosial
25 İyul 10:52
Siyasət
25 İyul 10:34
Gündəm
25 İyul 10:18
Analitik
25 İyul 09:59
Analitik
25 İyul 09:32
Ədəbiyyat
25 İyul 09:15
Ədəbiyyat
25 İyul 08:50
Ədəbiyyat
25 İyul 08:37
YAP xəbərləri
24 İyul 23:50
YAP xəbərləri
24 İyul 23:44
Dünya
24 İyul 23:31
Sosial
24 İyul 23:17
Dünya
24 İyul 22:59
Dünya
24 İyul 22:20
İqtisadiyyat
24 İyul 22:06
Dünya
24 İyul 21:43
Dünya
24 İyul 21:33
Dünya
24 İyul 21:16
Dünya
24 İyul 20:58
Dünya
24 İyul 20:25
Dünya
24 İyul 20:10
Dünya
24 İyul 19:41
Dünya
24 İyul 19:30
Dünya
24 İyul 19:17
Dünya
24 İyul 18:32
YAP xəbərləri
24 İyul 18:12
Dünya
24 İyul 17:25
Dünya
24 İyul 16:19
Xəbər lenti
24 İyul 16:02
Dünya
24 İyul 15:22
Dünya
24 İyul 15:01
Dünya
24 İyul 14:46
YAP xəbərləri
24 İyul 14:39
YAP xəbərləri
24 İyul 14:32
Dünya
24 İyul 14:31
YAP xəbərləri
24 İyul 14:25
YAP xəbərləri
24 İyul 14:17
YAP xəbərləri
24 İyul 14:13
Siyasət
24 İyul 14:00
Dünya
24 İyul 13:59
Siyasət
24 İyul 13:59
Sosial
24 İyul 13:57
Siyasət
24 İyul 13:56
İqtisadiyyat
24 İyul 13:34
Xəbər lenti
24 İyul 13:32
Sosial
24 İyul 13:31
YAP xəbərləri
24 İyul 13:29
YAP xəbərləri
24 İyul 13:27
Dünya
24 İyul 13:22
Dünya
24 İyul 12:46
Sosial
24 İyul 12:41
YAP xəbərləri
24 İyul 12:22
Elm
24 İyul 12:20
Mədəniyyət
24 İyul 12:16

