/ / Şuşa Qlobal Media Forumunda jurnalistlərin təhlükəsizliyi məsələləri mövzusunda sessiya keçirilib
Şuşa Qlobal Media Forumunda jurnalistlərin təhlükəsizliyi məsələləri mövzusunda sessiya keçirilib
23.07.2023 [15:28]
İyulun 23-də Azərbaycanın mədəniyyət paytaxtı Şuşada “Heydər Əliyev İli” çərçivəsində və Azərbaycan Milli Mətbuatının 148-ci ildönümü münasibətilə təşkil edilən “4-cü Sənaye İnqilabı dövründə Yeni Media” mövzusunda Qlobal Media Forumunun sonuncu – üçüncü sessiyası keçirilib.
AZƏRTAC xəbər verir ki, “TRT World”un aparıcısı Reagen Des Vignesin moderatorluğu ilə keçirilən “Təhlükəsizlik məsələləri” mövzusunda sessiyada jurnalistlərin təhlükəsizliyi məsələləri müzakirə olunub.
Sessiya iştirakçıları böhran vəziyyətlərinin kommunikasiya mexanizmlərinin təkmilləşdirilməsi, münaqişə zonalarında jurnalistlərin qarşılaşdığı təhlükə və çağırışlar barədə məlumatlılığın artırılması, peşəkar “münaqişə jurnalistikası”nın inkişafı və jurnalistlərin təhlükəsizliyinin qorunması məsələləri ətrafında müzakirələr aparıblar. Bildirilib ki, dünyada baş verən müxtəlif hadisələr fonunda qərəzsiz və faktlara əsaslanan xəbərlərin yayılması, eyni zamanda, yanlış və çaşdırıcı məlumatların qarşısının alınması sağlam informasiya mühitinin yaranması üçün əsas şərtlərdəndir.
Rumıniyanın Milli İnformasiya Agentliyi - AGERPRES-in Baş direktoru Klaudia-Victoria Nikolae deyib ki, jurnalist peşə fəaliyyətini maddiyyat qarşılığında qurmamalıdır. Çünki bu sahə bu məqsədlə ediləcək iş deyil. Məqsəd odur ki, oxuculara, izləyicilərə qərəzsiz, doğru məlumatları olduğu kimi çatdırılsın.
Hədə-qorxularla bütün jurnalistlərin rastlaşdığını vurğulayan Klaudia-Victoria Nikolae əlavə edib: “Bəzən belə hallar yaşansa da, yenə də peşəyə sadiq qalmaq mütləqdir. Çünki bizim işimiz elədir ki, bu hallarla qarşılaşmaq təbiidir. Vəziyyət belə olsa da, biz ictimaiyyətə yenə də doğru xəbərləri çatdırmalıyıq”.
Koreya Siyasi Elm Assosiasiyasının vitse-prezidenti professor Gi Vung Jung jurnalistlərin təhlükəsizliyini, qorunmasını ümumi məsələ adlandıraraq deyib ki, bunun üçün, ilk növbədə, cəmiyyətlərdə sağlam düşüncənin olması vacibdir. “Əgər cəmiyyət sağlam düşüncədə olarsa, həmin vaxt jurnalistlərin təhlükəsizliyi probleminin həlli istiqamətində irəliləyişə nail olmaq mümkündür”, - deyən koreyalı professor Şuşa Qlobal Media Forumunun keçirilməsinə görə Azərbaycana təşəkkürünü ifadə edib.
Milli Məclisin deputatı Nigar Arpadarai çıxışında bildirib ki, zamanımızda gördüyümüz yeni tendensiyalar özü ilə birlikdə bir çox yeniliklər gətirsə də, bəzi təhlükələrə də yol açır.
“Yeni dövr, rəqəmsallaşma, jurnalistika və jurnalistlər üçün fürsətlər yaratdığı kimi yeni təhlükələr də yaradır. Sosial media, texnologiyalar, süni intellekt bir sıra gizli təhlükələri ehtiva edir, onlardan bəziləri söz azadlığına zərbə vura bilər.
İnternet üzərindən media işçilərinə ölüm təhdidləri, hədə qorxu mesajları gəlir, onlar təqib olunurlar, jurnalistlərin şəxsi məlumatları onların əleyhinə istifadə olunur , belə tendensiyalar var.
44 günlük Qarabağ müharibəsi zamanı biz görürdük ki, Azərbaycan-Ermənistan münasibətləri haqqında həqiqəti söyləməyə cəsarət edən, Ermənistanın Azərbaycanın torpaqlarını işğal etməsi haqqında danışan istənilən xarici jurnalistə qarşı radikal erməni aktivistləri tərəfindən təhdidlər gəlirdi, onlara qarşı kampaniyalar təşkil olunurdu. Elə indi də bu mötəbər Foruma qatılan jurnalistlər sosial mediada erməni istifadəçiləri tərəfindən çoxsaylı təhdid mesajları alır. Təəssüf ki, erməni diasporunun belə dağıdıcı, toksik münasibətini biz yaxşı bilirik.”
Jurnalistlərin peşə fəaliyyətləri zamanı təhlükələrlə qarşılaşdığını vurğulayan deputat bildirib: “Bizim iki jurnalistimiz Kəlbəcərdə öz peşə fəaliyyətini yerinə yetirərkən minaya düşərək həlak olub. Yəni, jurnalistika bu qədər təhlükəli peşədir”.
Sonra çıxış edən Azərbaycan Dövlət İnformasiya Agentliyinin (AZƏRTAC) xüsusi müxbiri Vüqar Seyidov deyib: “Hər hansı bir jurnalistin yadda saxlamalı olduğu başlıca məsələ dürüstlük, peşəsinə sadiqlikdir. Jurnalist məlumatları ictimaiyyətə qərəzsiz və doğru şəkildə çatdırmalıdır. Ümumiyyətlə, ictimaiyyət, konkret olaraq xəbər istehlakçıları qərəzsiz, doğru informasiyaları almaq istəyirlər. Bu, hər bir jurnalistin işini icra edərkən yadda saxlamalı olduğu vacib amildir”.
Daha sonra sual-cavab sessiyası olub. İştirakçıların suallarını cavablandıran çıxışçılar bildiriblər ki, jurnalistlərin peşə öhdəliklərini yerinə yetirmələri və cəmiyyətə xidmət etmələri üçün media nümayəndələrinin təhlükəsizliyinin təmin edilməsi son dövrlərin əsas məsələlərindəndir. Bu məqsədlə jurnalistlərin təhlükəsizliyinin qorunması ilə bağlı müxtəlif qabaqcıl və uğurlu strategiyaların araşdırılması və hazırlanması, zəruri avadanlıqlarla təmin edilmələri ciddi zərurətdir.
Bununla da Şuşa Qlobal Media Forumunun sessiyaları yekunlaşıb.
Xatırladaq ki, Medianın İnkişafı Agentliyinin təşkilatçılığı ilə keçirilən Şuşa Qlobal Media Forumuna 49 ölkədən 150 xarici qonaq, o cümlədən dünyanın 34 ölkəsinin dövlət informasiya agentliyi, 12 beynəlxalq təşkilat və media qurumu qatılıb. Həmçinin Forumda 60 yerli media rəhbəri və nümayəndəsi iştirak edib.
Xəbər lenti
Hamısına baxDünya
25 İyul 23:20
Dünya
25 İyul 22:35
Dünya
25 İyul 21:19
Dünya
25 İyul 20:27
Dünya
25 İyul 19:15
Dünya
25 İyul 18:22
Dünya
25 İyul 17:45
Hadisə
25 İyul 16:31
Dünya
25 İyul 15:19
Dünya
25 İyul 14:25
Gündəm
25 İyul 14:07
Dünya
25 İyul 13:33
Gündəm
25 İyul 12:28
Gündəm
25 İyul 11:50
Gündəm
25 İyul 11:35
Siyasət
25 İyul 11:13
Sosial
25 İyul 10:52
Siyasət
25 İyul 10:34
Gündəm
25 İyul 10:18
Analitik
25 İyul 09:59
Analitik
25 İyul 09:32
Ədəbiyyat
25 İyul 09:15
Ədəbiyyat
25 İyul 08:50
Ədəbiyyat
25 İyul 08:37
YAP xəbərləri
24 İyul 23:50
YAP xəbərləri
24 İyul 23:44
Dünya
24 İyul 23:31
Sosial
24 İyul 23:17
Dünya
24 İyul 22:59
Dünya
24 İyul 22:20
İqtisadiyyat
24 İyul 22:06
Dünya
24 İyul 21:43
Dünya
24 İyul 21:33
Dünya
24 İyul 21:16
Dünya
24 İyul 20:58
Dünya
24 İyul 20:25
Dünya
24 İyul 20:10
Dünya
24 İyul 19:41
Dünya
24 İyul 19:30
Dünya
24 İyul 19:17
Dünya
24 İyul 18:32
YAP xəbərləri
24 İyul 18:12
Dünya
24 İyul 17:25
Dünya
24 İyul 16:19
Xəbər lenti
24 İyul 16:02
Dünya
24 İyul 15:22
Dünya
24 İyul 15:01
Dünya
24 İyul 14:46
YAP xəbərləri
24 İyul 14:39
YAP xəbərləri
24 İyul 14:32
Dünya
24 İyul 14:31
YAP xəbərləri
24 İyul 14:25
YAP xəbərləri
24 İyul 14:17
YAP xəbərləri
24 İyul 14:13
Siyasət
24 İyul 14:00
Dünya
24 İyul 13:59
Siyasət
24 İyul 13:59
Sosial
24 İyul 13:57
Siyasət
24 İyul 13:56
İqtisadiyyat
24 İyul 13:34
Xəbər lenti
24 İyul 13:32
Sosial
24 İyul 13:31
YAP xəbərləri
24 İyul 13:29
YAP xəbərləri
24 İyul 13:27
Dünya
24 İyul 13:22
Dünya
24 İyul 12:46
Sosial
24 İyul 12:41
YAP xəbərləri
24 İyul 12:22
Elm
24 İyul 12:20
Mədəniyyət
24 İyul 12:16

