Qəbuledilməzdir!
27.07.2023 [11:26]
Qərbi Azərbaycan İcmasının Bəyanatı...
Yeganə BAYRAMOVA
Ermənistanın baş naziri Nikol Paşinyan iyulun 25-də keçirdiyi mətbuat konfransında bir sıra məsələlərə toxunub. Baş nazir konfransda Brüssel sülh prosesi çərçivəsində Ermənistandan qovulmuş azərbaycanlıların geri qayıtması məsələsinə baxılması haqqında danışıb. O, çıxışı zamanı insan hüquqları məsələsində etnik əsasda ayrı-seçkilik və dolayısı ilə Azərbaycanın ərazi bütövlüyünə qəsd edən yanaşma nümayiş etdirib.
Paşinyan, həmçinin qeyd edib ki, Ermənistan Qarabağdakı erməni icmasının taleyini həll edə bilməz: “Bizim fikrimiz belədir: Ermənistan Respublikası “Dağlıq Qarabağ xalqı”nın taleyini həll edə bilməz. “Dağlıq Qarabağın nümayəndələri” özləri danışıqların, dialoqun tərəfi olmalıdırlar. Biz isə bu gündəmi təbliğ edirik”,
Baş nazirin fikrincə, Qarabağdakı erməni icmasının hüquqları və təhlükəsizliyi ilə bağlı məsələlər “beynəlxalq mexanizm çərçivəsində Xankəndi və Bakı arasında dialoq” yolu ilə müzakirə edilməlidir.
Ermənistan hökumətinin borcudur...
Qərbi Azərbaycan İcması Nikol Paşinyanın səsləndirdiyi iddialara cavab verib. İcmadan bildirilib ki, Paşinyanın Ermənistanın etnik təmizləməsinə haqq qazandırması qəbuledilməzdir.
İcmanın sözügedən bəyanatında qeyd olunub: “Ermənistanın baş naziri Nikol Paşinyan Ermənistandan qovulmuş azərbaycanlıların hüquqları məsələsinin Azərbaycanın Qarabağ bölgəsində yaşayan ermənilərin hüquqları məsələsi ilə müqayisə edilə bilməyəcəyini iddia edib.
İlk növbədə, qeyd edək ki, Ermənistandan qovulmuş azərbaycanlıların geri qayıtmaq hüququnu təmin etmək Ermənistan hökumətinin borcudur. Ermənistan hökumətinin bu ölkənin ərazisindən azərbaycanlıların hamısını qovduğu halda, Azərbaycanda yaşamaqda olan ermənilərin hüquqlarından dəm vurması ən böyük riyakarlıq və naşılıqla ört-basdır edilmiş ərazi iddiasıdır.
Azərbaycanın özünün Qarabağ bölgəsində yaşayan ermənilərlə təmaslara və onların hüquqlarını qorumağa hazır olduğu kimi, Ermənistan hökuməti də Qərbi Azərbaycan İcması ilə dialoqa başlamalı, bizim qayıdış hüququmuzu və qayıtdıqdan sonra hüquq və təhlükəsizliyimizi təmin etməlidir”.
Təhlükəli yanaşma...
İcmanın bəyanatında, həmçinin qeyd olunub ki, Paşinyanın insan haqları məsələsində Ermənistandan qovulmuş azərbaycanlıları Azərbaycan ərazisində yaşamaqda olan ermənilərdən fərqləndirməsi hüquqazidd və təhlükəli yanaşmadır: “Hamıya məlumdur ki, burada yeganə fərq azərbaycanlıların öz evlərində yaşamaqdan məhrum olmasıdır ki, bu da Ermənistana heç bir başucalığı gətirmir. Ermənistanın baş nazirinin ölkəsinin törətmiş olduğu etnik təmizləmə kimi insanlıq əleyhinə cinayətin nəticələrinə mötəbər bir arqument kimi istinad etməsi onun insan hüquqları və demokratiya məsələsində qeyri-səmimi olduğunu və monoetnik siyasəti davam etdirdiyini sübut edir.
Qərbi Azərbaycan İcması baş nazir Paşinyanın bu yanaşmasını sərt şəkildə qınayır və ondan mütləq dəyər olan insan hüquqlarına qeyd-şərtsiz hörmət etməyi və Ermənistandan qovulmuş azərbaycanlıların təhlükəsiz və ləyaqətli şəkildə geri qayıtmasına imkan yaratmağı tələb edir”.
Xəbər lenti
Hamısına bax23 May 23:07
Dünya
23 May 22:24
Dünya
23 May 21:38
Maraqlı
23 May 20:17
Maraqlı
23 May 19:25
Dünya
23 May 19:07
Dünya
23 May 18:41
Dünya
23 May 18:16
Dünya
23 May 17:19
Dünya
23 May 16:30
Analitik
23 May 16:19
Analitik
23 May 16:17
Mədəniyyət
23 May 15:45
Siyasət
23 May 15:23
Dünya
23 May 14:37
Xəbər lenti
23 May 14:10
Dünya
23 May 13:52
İdman
23 May 13:49
Gündəm
23 May 13:20
Gündəm
23 May 12:58
Gündəm
23 May 12:25
Gündəm
23 May 11:50
MEDİA
23 May 11:34
Gündəm
23 May 11:17
İqtisadiyyat
23 May 10:59
İqtisadiyyat
23 May 10:35
Gündəm
23 May 10:12
Analitik
23 May 09:55
Analitik
23 May 09:31
Sosial
23 May 09:16
Ədəbiyyat
23 May 08:50
Ədəbiyyat
23 May 08:34
Dünya
23 May 08:03
İdman
23 May 07:55
Siyasət
23 May 07:55
Siyasət
23 May 07:54
Dünya
22 May 23:42
Sosial
22 May 23:35
Dünya
22 May 23:21
Dünya
22 May 22:49
Dünya
22 May 22:30
Dünya
22 May 22:16
Dünya
22 May 21:58
Dünya
22 May 21:25
İqtisadiyyat
22 May 21:13
Dünya
22 May 20:43
Dünya
22 May 20:31
Dünya
22 May 20:19
Dünya
22 May 19:50
Xəbər lenti
22 May 19:22
İdman
22 May 19:10
Xəbər lenti
22 May 18:19
Siyasət
22 May 18:19
Xəbər lenti
22 May 18:18
Elm
22 May 17:53
Elm
22 May 17:52
Xəbər lenti
22 May 17:52
Xəbər lenti
22 May 17:51
Mədəniyyət
22 May 17:50
Elm
22 May 17:49
Siyasət
22 May 17:49
Xəbər lenti
22 May 17:48
Siyasət
22 May 17:48
Sosial
22 May 17:25
YAP xəbərləri
22 May 17:14
YAP xəbərləri
22 May 17:11
Siyasət
22 May 16:32
Siyasət
22 May 15:51
Siyasət
22 May 15:50
Siyasət
22 May 15:46

