İcma: “Təzyiq və təqiblərə baxmayaraq, Qərbi azərbaycanlılar öz dillərini qoruyub saxlayıblar”
01.08.2023 [17:07]
Ümummilli Lider Heydər Əliyevin 2001-ci il 9 avqust tarixli Fərmanına əsasən, avqustun 1-i ölkəmizdə Azərbaycan Əlifbası və Azərbaycan Dili Günü kimi qeyd edilir. Qərbi Azərbaycandan olan ədib və şairlər Azərbaycan dilinin və ədəbiyyatının inkişafına mühüm töhfələr veriblər. Azərbaycan dilini və ədəbi irsini öz poetik parlaqlığı və bədii ifadələri ilə zənginləşdirmiş böyük söz ustaları Miskin Abdalı, Aşıq Alını, Aşıq Ələsgəri qürurla anırıq.
AZƏRTAC xəbər verir ki, bu sözlər Qərbi Azərbaycan İcmasının minilliklərin sınağından çıxaraq öz dilini və milli kimliyini qoruyub-saxlamış Azərbaycan xalqına təbrikində yer alıb.
Təbrikdə, həmçinin deyilir: “Son yüzillikdə Ermənistanın hakimiyyət orqanlarının etnik qərəzdən qaynaqlanan dözülməz təzyiq və təqiblərinə baxmayaraq, Qərbi azərbaycanlılar öz dillərini və mədəni dəyərlərini qoruyub, zəngin adət-ənənələrini nəsildən-nəslə ötürə biliblər.
Qaçqınlıq həyatının çətin dövrlərində ana dilimiz bizi tarixi yaddaşımız, qeyri-maddi mədəni irsimiz və itirdiyimiz dədə-baba yurdumuz ilə birləşdirən körpü kimi bizə həyan duran əvəzedilməz dəyər olub.
Bu əsnada, XVIII-XIX əsrlərdə Göyçə mahalında yaşayıb-yaratmış Aşıq Alının “Dilimiz” şeirindən bir parçanı paylaşmaq istərdik:
Nisgillinin ürəyindən,
Apardı dərdi dilimiz.
Xəstənin, naəlacın,
Dərmanın verdi dilimiz.
Bir sözü yüz mənalıdır,
Gör necə sirdir dilimiz.
Mətahını ucuz satma,
İncidir, dürdür dilimiz.
Dolandım Bəsrə-Bağdadı,
Salam verdim, anladılar.
Gəzdim İranı, Turanı,
“Qardaş” - deyib, yanladılar,
Osmanlıda türkü dedim,
Gördülər birdir dilimiz.
Aşıq Alının, Dədə Ələsgərin ocağına qayıdaraq onların dağıdılmış məzarlarını bərpa etmək, doğma el-obamızda ana dilimizdə yazıb-yaratmaq və sazı-sözü yaşatmaq qəlbimizin ən dərinliklərində alovu sönməyən arzudur. Biz bu arzumuza tezliklə çatacağımıza inanırıq
Xəbər lenti
Hamısına baxİdman
29 İyul 17:19
Sosial
29 İyul 16:25
Gündəm
29 İyul 16:13
Sosial
29 İyul 15:51
YAP xəbərləri
29 İyul 15:43
Siyasət
29 İyul 15:26
Sosial
29 İyul 15:20
Siyasət
29 İyul 14:35
Sosial
29 İyul 14:03
İdman
29 İyul 14:02
Sosial
29 İyul 14:01
Sosial
29 İyul 14:00
İdman
29 İyul 13:59
Dünya
29 İyul 13:54
Sosial
29 İyul 13:50
Analitik
29 İyul 11:35
Mədəniyyət
29 İyul 11:28
Elm
29 İyul 11:12
Hadisə
29 İyul 11:11
İqtisadiyyat
29 İyul 11:10
Gündəm
29 İyul 10:54
Dünya
29 İyul 10:53
İqtisadiyyat
29 İyul 10:50
Gündəm
29 İyul 10:46
MEDİA
29 İyul 10:40
Gündəm
29 İyul 10:28
Dünya
29 İyul 10:25
Analitik
29 İyul 10:25
Dünya
29 İyul 09:42
Analitik
29 İyul 09:31
Maraqlı
29 İyul 09:22
Dünya
29 İyul 09:16
Dünya
29 İyul 08:45
Dünya
28 İyul 23:41
Dünya
28 İyul 22:50
Dünya
28 İyul 22:25
Dünya
28 İyul 21:35
Dünya
28 İyul 20:51
Dünya
28 İyul 20:15
Maraqlı
28 İyul 19:51
Dünya
28 İyul 19:28
İqtisadiyyat
28 İyul 19:20
Dünya
28 İyul 18:20
Dünya
28 İyul 17:53
Dünya
28 İyul 17:39
Elm
28 İyul 17:33
Dünya
28 İyul 16:54
Dünya
28 İyul 16:22
YAP xəbərləri
28 İyul 15:40
Dünya
28 İyul 15:35
Dünya
28 İyul 15:10
Dünya
28 İyul 14:42
Siyasət
28 İyul 14:26
Siyasət
28 İyul 14:25
Siyasət
28 İyul 14:24
Siyasət
28 İyul 14:23
Siyasət
28 İyul 14:21
Elanlar
28 İyul 14:20
Dünya
28 İyul 14:19
Dünya
28 İyul 13:50
Dünya
28 İyul 13:32
Gündəm
28 İyul 12:58
Dünya
28 İyul 12:58
YAP xəbərləri
28 İyul 12:33
Sosial
28 İyul 12:32
Sosial
28 İyul 12:31
Gündəm
28 İyul 12:25
Siyasət
28 İyul 12:01
Gündəm
28 İyul 11:49
İqtisadiyyat
28 İyul 11:26

