Türkiyə-Rusiya əlaqələri regiondakı proseslərə necə təsir edir?
04.08.2023 [12:51]
Nardar
Taxıl sazişi” Rusiya, Ukrayna, Türkiyə və BMT tərəfindən 2022-ci il iyulun 22-də imzalanıb. Müqavilənin müddəti iki dəfə uzadılıb. Saziş humanitar dəhlizlər çərçivəsində Qara dəniz vasitəsilə taxıl, ərzaq və gübrə ixracını nəzərdə tutur. Lakin ötən ayın 17-də Rusiya tərəfi müddəti həmin gün başa çatan Qara dəniz razılaşmasında (“Taxıl sazişi”) Rusiyaya aid olan hissənin hələ də yerinə yetirilmədiyini əsas gətirərək, həmin razılaşmanın müddətinin uzadılmasından imtina edib.
Ümumiyyətlə, son illər Rusiya-Türkiyə münasibətləri bir neçə regional mövzularda uzlaşıb və həmin regionlarda sülh və stabillik bu münasibətlərdən çox asılıdır. Türkiyə-Rusiya münasibətləri son zamanlar dünyanın müxtəlif bölgələrində regional problemlərin həllində müsbət rol oynayıb, bu regionlara Yaxın Şərq, Şimali Afrika və Cənubi Qafqaz regionlarını nümunə göstərə bilərik. Rusiya və Türkiyənin Suriya, Liviya, Qarabağ mövzuları ətrafında əməkdaşlığı bu ölkələrin yerləşdiyi regionlarda sabitlik üçün vacib faktorlar sırasındadır.
Liderlərin telefon danışığında regional məsələlər də müzakirə olunub. Eyni zamanda, Vladimir Putinin Türkiyəyə nəzərdə tutulan səfəri zamanı da regiondakı vəziyyət diqqət mərkəzində olacaq. Doğrudur, rəsmi açıqlamalar görə danışıqların əsas mövzusu Ukraynadakı vəziyyət, taxıl sazişi olsa da, regiondakı proseslər fonunda Azərbaycanla Ermənistan arasında münasibətlərin normallaşdırılması prosesinin də müzakirə mövzusu olacağı istisna deyil.
Rəcəb Tayyib Ərdoğan: Zəngəzur dəhlizi dərhal açılmalıdır
Xatırladaq ki, 44 günlük Vətən müharibəsindən sonra üçtərəfli razılaşma ilə Qarabağda təhlükəsizliyə nəzarət üçün Türkiyə-Rusiya Birgə Monitorinq Mərkəzi yaradılıb. Cənubi Qafqazla bağlı Türkiyə və Rusiya prezidentlərinin açıq və qapalı təmasları mövcuddur, ümumi əməkdaşlıqdan kənarda Türkiyə-Rusiya Birgə Monitorinq Mərkəzinin üç ilə yaxın fəaliyyəti zamanı bu təmaslar daha da artıb. Ərdoğan-Putin görüşünün Cənubi Qafqazda sabitliyin və nəzərdə tutulan razılaşmaların yerinə yetirilməsi baxımından əhəmiyyətli məqamlardan biri də Rusiya sülhməramlılarının fəaliyyəti və onların razılaşmanın bəndlərini yerinə yetirməsi, razılaşma çərçivəsində öz öhdəlik və məsuliyyətlərinə əməl etməsinin vacibliyidir. Təsadüfi deyil ki, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan NATO-nun Vilnüs sammitində “10 noyabr 2020-ci il üçtərəfli bəyanata əsasən Rusiya sülhməramlılarının Qarabağda qalma müddəti 2025-ci ilə qədərdir. Rusiyadan bu razılaşmaları yerinə yetirəcəyini gözləyirik” deyib.
Rəcəb Tayyib Ərdoğan bir neçə gün öncə Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramovu qəbul edərkən də mühüm fikirlər səsləndirib. Azərbaycan-Ermənistan münasibətlərinin normallaşması prosesinin də müzakirə olunduğu görüşdə Türkiyə Prezidenti Zəngəzur dəhlizinin dərhal açılmasının və hərtərəfli sülh sazişinin tezliklə həyata keçirilməsinin bu proses üçün vacibliyini vurğulayıb.
Bütün bunların fonunda Türkiyə və Rusiya prezidentlərinin gözlənilən görüşündə Azərbaycanla Ermənistan arasında sərhədlərin delimitasiyası prosesinin sürətləndirilməsi, nəqliyyat infrastrukturunun inkişafı və razılaşdırılmış nəqliyyat dəhlizlərinin reallaşması məsələsinin də diqqət mərkəzində olacağı istisna deyil.
Xəbər lenti
Hamısına baxSiyasət
23 May 23:07
Dünya
23 May 22:24
Dünya
23 May 21:38
Maraqlı
23 May 20:17
Maraqlı
23 May 19:25
Dünya
23 May 19:07
Dünya
23 May 18:41
Dünya
23 May 18:16
Dünya
23 May 17:19
Dünya
23 May 16:30
Analitik
23 May 16:19
Analitik
23 May 16:17
Mədəniyyət
23 May 15:45
Siyasət
23 May 15:23
Dünya
23 May 14:37
Xəbər lenti
23 May 14:10
Dünya
23 May 13:52
İdman
23 May 13:49
Gündəm
23 May 13:20
Gündəm
23 May 12:58
Gündəm
23 May 12:25
Gündəm
23 May 11:50
MEDİA
23 May 11:34
Gündəm
23 May 11:17
İqtisadiyyat
23 May 10:59
İqtisadiyyat
23 May 10:35
Gündəm
23 May 10:12
Analitik
23 May 09:55
Analitik
23 May 09:31
Sosial
23 May 09:16
Ədəbiyyat
23 May 08:50
Ədəbiyyat
23 May 08:34
Dünya
23 May 08:03
İdman
23 May 07:55
Siyasət
23 May 07:55
Siyasət
23 May 07:54
Dünya
22 May 23:42
Sosial
22 May 23:35
Dünya
22 May 23:21
Dünya
22 May 22:49
Dünya
22 May 22:30
Dünya
22 May 22:16
Dünya
22 May 21:58
Dünya
22 May 21:25
İqtisadiyyat
22 May 21:13
Dünya
22 May 20:43
Dünya
22 May 20:31
Dünya
22 May 20:19
Dünya
22 May 19:50
Xəbər lenti
22 May 19:22
İdman
22 May 19:10
Xəbər lenti
22 May 18:19
Siyasət
22 May 18:19
Xəbər lenti
22 May 18:18
Elm
22 May 17:53
Elm
22 May 17:52
Xəbər lenti
22 May 17:52
Xəbər lenti
22 May 17:51
Mədəniyyət
22 May 17:50
Elm
22 May 17:49
Siyasət
22 May 17:49
Xəbər lenti
22 May 17:48
Siyasət
22 May 17:48
Sosial
22 May 17:25
YAP xəbərləri
22 May 17:14
YAP xəbərləri
22 May 17:11
Siyasət
22 May 16:32
Siyasət
22 May 15:51
Siyasət
22 May 15:50
Siyasət
22 May 15:46

