Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Xəbər lenti / Gürcüstanda təbii fəlakət qurbanlarının sayı 6 nəfərə çatıb

Gürcüstanda təbii fəlakət qurbanlarının sayı 6 nəfərə çatıb

04.08.2023 [13:19]

Gürcüstanın Şovi bələdiyyəsi ərazisində baş vermiş torpaq sürüşməsi nəticəsində ölənlərin sayı artıb.

AZƏRTAC xəbər verir ki, Gürcüstan Daxili İşlər Nazirliyinin yaydığı məlumata görə, xilasedicilər bu gün daha 4 nəfərin cəsədini torpaq altından çıxarıblar. Bununla da təbii fəlakət qurbanlarının sayı 6 nəfərə çatıb.

Xilasedicilər 210 nəfəri təhlükəsiz əraziyə təxliyə ediblər. Daha 15 nəfər itkin düşmüş hesab olunur.

Gürcüstanın Baş naziri İrakli Qaribaşvilinin rəhbərliyi ilə Raça bölgəsində fövqladə qərargah yaradılıb. Xilasetmə əməliyyatları davam edir. 

Xatırladaq ki, avqustun 3-də günorta saatlarında Şovi ərazisində torpaq sürüşməsi baş verib, çaylar daşıb, yollar, körpülər, kurort zonasındakı kotteclər dağılıb.

Paylaş:
Baxılıb: 603 dəfə

Xəbər lenti

Hamısına bax

Sosial

Analitik

Ədəbiyyat

Ədəbiyyat

Nənəyə məktub

25 İyul 08:50

Ədəbiyyat

Şənbə üçün nəzm

25 İyul 08:37  

Siyasət

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4
5 6 7 8 9 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30 31