BMT-yə müraciət...
05.08.2023 [11:20]
Ermənistan cavab verməlidir
Günel ABBAS
44 günlük Vətən müharibəsində torpaqlarımız işğaldan azad olunduqdan sonra kütləvi yerlərdə basdırılan minalar nəticəsində 300-dən çox vətəndaşımız həlak olub. Buna baxmayaraq, mənfur niyyətli Ermənistan tərəfi bu gün mina xəritələrini vermir, eləcə də itkinlərimizin axtarışında da maneə törədirlər.
30 ildir gözləri yolda qalan soydaşlarımız itkin düşən şəxslərin aqibəti haqqında məlumat almaq istəyir. Bu məsələ mütəmadi olaraq beynəlxalq təşkilatlar qarşısında da qaldırılır. Ermənistan öz növbəsində naməlum qəbirlərin, kütləvi məzarlıqların yerləri barədə Azərbaycan tərəfinə məlumat verməlidir. Çünki övladlarının harada basdırıldığını bilmək, onların qalıqlarını almaq valideynlərin təbii haqlarıdır.
Avqustun 3-də “Qarabağ İtkin Ailələri” İctimai Birliyi Birləşmiş Millətlər Təşkilatına (BMT) müraciət ünvanlayıb. Ermənistanın Azərbaycana hərbi təcavüzü nəticəsində itkin düşmüş 3890 nəfər azərbaycanlının ailə üzvlərini birləşdirən ictimai təşkilat itkin ailələri adından BMT-nin Baş katibi Antonio Quterreşə, BMT Baş Assambleyasının prezidenti Çaba Köröşiyə, BMT-nin İnsan Hüquqları Şurasının prezidenti Vatslav Balekə, BMT-nin İnsan Hüquqları üzrə Ali Komissarı Volker Türkə müraciət edib.
“Qarabağ İtkin Ailələri” İctimai Birliyinin sədri Könül Behbudova “Yeni Azərbaycan”a açıqlamasında bildirib ki, beynəlxalq humanitar hüququn və onun əsas mənbəyi olan 1949-cu il 12 avqust tarixli Cenevrə Konvensiyalarının tələblərinə əsasən, silahlı münaqişələr zamanı itkin düşmüş şəxslər barədə onların ailələrinin məlumat almaq haqqı birmənalı şəkildə tanınır və bu, insan kimi bizim hüququmuzdur: “Lakin biz 30 ildən çoxdur ki, bu hüquqdan məhrumuq, Ermənistan itkin düşmüş azərbaycanlılar barədə məlumatları təqdim etməkdən imtina edir, bizi bitməyən əzaba, iztirablara məhkum edib. Analar və atalar itkin övladlarının həsrəti ilə, onların fotoşəkillərini sinələrinə sıxaraq bu dünyadan nisgillə ayrılırlar. Uşaqlar itkin valideynlərini yalnız onlar barədə deyilənlərdən təxəyyül edirlər. Bu, minlərlə ailədə hər gün üzləşdiyimiz faciə, dəhşət deməkdir. Ermənistanın Azərbaycana hərbi təcavüzü nəticəsində XX əsrin 90-cı illərində Azərbaycanın 20 faiz ərazisi işğal edildi, şəhərləri, kəndləri vandalcasına dağıdıldı, talan edildi, insanlar qətlə yetirildi, soyqırımına və etnik təmizləməyə məruz qaldı, 1 milyona yaxın Azərbaycan vətəndaşı qaçqına və məcburi köçkünə çevrildi, 20 min insan həyatını, 50 min insan sağlamlığını itirdi”.
Onun sözlərinə görə, Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzü nəticəsində Birinci Qarabağ müharibəsində 3890 nəfər itkin düşmüş şəxs kimi qeydiyyata alınıb: “Onlardan 3171 nəfəri hərbçi, 719 nəfəri mülki şəxslərdir. Mülki şəxslərdən 71 nəfəri yetkinlik yaşına çatmamış uşaq, 267 nəfəri qadın, 326 nəfəri qocadır.
İtkin düşmüş şəxslərin ümumi sayından 872 nəfərin, o cümlədən 29 uşaq, 98 qadın və 112 qocanın əsir-girov götürülməsi və ya işğal edilmiş ərazilərdə qalması şahid ifadələri ilə təsdiq edilib. Bir sıra hallarda isə insanlar ailə üzvləri və yaxınları ilə birlikdə itkin düşüb, bütöv ailələr və nəsillər məhv edilib. Apardığımız araşdırmalar təsdiq edir ki, I Qarabağ müharibəsində 61 ailənin 2-dən 7-dək üzvü itkin düşüb, heç birinin aqibəti bilinmir. Bu hal yalnız azərbaycanlı itkinlərin ailələrinə deyil, bütün insanlığa hörmətsizlikdir. 2020-ci ilin sentyabr ayında Ermənistan silahlı qüvvələrinin təxribatı ilə bağlı əks-hücum əməliyyatı həyata keçirən Azərbaycan Ordusu Vətən torpaqlarını işğaldan azad edərək BMT-nin 1993-cü ildə qəbul etdiyi qətnamələri özü icra etdi. Lakin işğal dövründə ərazilərin Ermənistan tərəfindən minalarla həddindən artıq çirklənməsi oradan qovulmuş insanlara, o cümlədən itkin ailələrinə yurd yerlərinə getməyə imkan vermir. Bundan başqa, Ermənistan nə dəqiq mina xəritələrini, nə də itkinlərin kütləvi məzarlıqları barədə məlumatları Azərbaycana təqdim etmir. Mina xəritələrinin verilməməsi səbəbindən son 3 ildə 300-dən artıq Azərbaycan vətəndaşı mina partlayışının qurbanına çevrilib”.
İctimai birliyin sədri qeyd edib ki, son illərdə Azərbaycan Respublikasının aidiyyəti dövlət qurumları tərəfindən itkinlərin sonrakı taleyinin aydınlaşdırılması sahəsində atılan addımlar, o cümlədən ailələrdən bioloji nümunələrin götürülməsi, DNT profillərinin çıxarılması, işğaldan azad edilmiş ərazilərdə qazıntıların aparılması böyük ümidlər yaradır: “Ancaq qısa müddətdə 9 kütləvi məzarlığın aşkar edilməsi qəlbimizi göynədir. Kütləvi məzarlıqlardan 1-i Kəlbəcər rayonunun Başlıbel kəndində, 3-ü Xocavənd rayonunun Edilli kəndində, 1-i Xocalı rayonunun Fərrux kəndində, 2-si Şuşa rayonunun Daşaltı kəndində, 1-i Şuşa şəhərində, 1-i Ağdam rayonunun Sarıcalı kəndində aşkar edilib. Daha bir neçə kütləvi məzarlığın izinə düşülüb, hazırda həmin istiqamətlərdə araşdırmalara başlanıb. İnsanların kütləvi halda qətl edilərək qeyri-insani qaydada basdırılması və izlərinin itirilməsi, bütün insani dəyərlərə hörmətsizlik, vəhşilikdir”.
K.Behbudova vurğulayıb ki, BMT itkin düşmüş şəxslərin taleyi barədə məlumatları açıqlaması, kütləvi məzarlıqların yerlərini Azərbaycan tərəfinə təqdim etməsi üçün Ermənistana çağırış etməlidir. Çünki itkin düşmüş şəxslər problemi qlobal mahiyyətlidir, təkcə Azərbaycan üçün aktual deyildir. Bu məsələ ilə səmərəli məşğul olmaq üçün BMT sisteminin də səylərini artırması vacibdir. Buna görə də BMT itkin düşmüş şəxslər üzrə xüsusi məruzəçi institutunun yaradılmasına töhfəsini əsirgəməməlidir.
Xəbər lenti
Hamısına baxSiyasət
29 İyul 15:26
Sosial
29 İyul 15:20
Siyasət
29 İyul 14:35
Sosial
29 İyul 14:03
İdman
29 İyul 14:02
Sosial
29 İyul 14:01
Sosial
29 İyul 14:00
İdman
29 İyul 13:59
Dünya
29 İyul 13:54
Sosial
29 İyul 13:50
Analitik
29 İyul 11:35
Mədəniyyət
29 İyul 11:28
Elm
29 İyul 11:12
Hadisə
29 İyul 11:11
İqtisadiyyat
29 İyul 11:10
Gündəm
29 İyul 10:54
Dünya
29 İyul 10:53
İqtisadiyyat
29 İyul 10:50
Gündəm
29 İyul 10:46
MEDİA
29 İyul 10:40
Gündəm
29 İyul 10:28
Dünya
29 İyul 10:25
Analitik
29 İyul 10:25
Dünya
29 İyul 09:42
Analitik
29 İyul 09:31
Maraqlı
29 İyul 09:22
Dünya
29 İyul 09:16
Dünya
29 İyul 08:45
Dünya
28 İyul 23:41
Dünya
28 İyul 22:50
Dünya
28 İyul 22:25
Dünya
28 İyul 21:35
Dünya
28 İyul 20:51
Dünya
28 İyul 20:15
Maraqlı
28 İyul 19:51
Dünya
28 İyul 19:28
İqtisadiyyat
28 İyul 19:20
Dünya
28 İyul 18:20
Dünya
28 İyul 17:53
Dünya
28 İyul 17:39
Elm
28 İyul 17:33
Dünya
28 İyul 16:54
Dünya
28 İyul 16:22
YAP xəbərləri
28 İyul 15:40
Dünya
28 İyul 15:35
Dünya
28 İyul 15:10
Dünya
28 İyul 14:42
Siyasət
28 İyul 14:26
Siyasət
28 İyul 14:25
Siyasət
28 İyul 14:24
Siyasət
28 İyul 14:23
Siyasət
28 İyul 14:21
Elanlar
28 İyul 14:20
Dünya
28 İyul 14:19
Dünya
28 İyul 13:50
Dünya
28 İyul 13:32
Gündəm
28 İyul 12:58
Dünya
28 İyul 12:58
YAP xəbərləri
28 İyul 12:33
Sosial
28 İyul 12:32
Sosial
28 İyul 12:31
Gündəm
28 İyul 12:25
Siyasət
28 İyul 12:01
Gündəm
28 İyul 11:49
İqtisadiyyat
28 İyul 11:26
Sosial
28 İyul 11:11
Sosial
28 İyul 11:11
Elm
28 İyul 11:10
Siyasət
28 İyul 10:58
Siyasət
28 İyul 10:33

