Lobbistlərə züy tutanlar...
15.08.2023 [11:30]
Yalan təbliğatı işə yaramayan mərkəzlər zorakılığa əl atırlar
Şahanə XANKİŞİYEVA
Azərbaycanın Cənubi Qafqazda formalaşdırdığı yeni siyasi-hərbi reallıqlar Ermənistanı və onun havadarlarını açıq şəkildə narahat etməkdədir. Rəsmi İrəvan bu siyasi və hərbi reallıqların ortaya qoyduğu təzahürləri hələ də qəbul etmək cəsarəti nümayiş etdirə bilmir. Erməni lobbisinin təsiri altında hərəkət edən bəzi beynəlxalq təsisatlar, eləcə də, bir sıra dövlətlərin rəsmi nümayəndələri isə erməni təxribatlarını açıq-aşkar dəstəkləməkdən çəkinmirlər. Məsələn, ABŞ konqresmeni Bred Şermanın David İşxanyanı rus sülhməramlılarının nəzarət etdiyi ərazilərdə hələ də qalan qondarma və oyuncaq qurumun “parlament sədri” vəzifəsinə seçilməsi münasibətilə təbrik etməsi birmənalı şəkildə beynəlxalq hüquqa ziddir. Bred Şerman özünün “təbrik məktubunda” ölkəsinin siyasi mövqeyinə əks gedərək separatizmi dəstəkləyir, həqiqətləri təhrif edir. Bununla da beynəlxalq hüquqa qarşı hörmətsizliyini çəkinmədən hətta “məharətlə” təqdim edir.
Nəzərə alınmalıdır ki, şəbəkələşmiş ermənipərəst mərkəzlər sinxron hərəkət edir - bu mənada, Şermanın “təbriki” də təsadüfi deyil. Belə ki, konqresmenin bu təxribatçı hərəkətindən “ürəklənən” bir neçə erməni ABŞ-ın Los-Ancelesdəki Azərbaycanın baş konsulluğunun qarşısında aksiya keçirib. Qondarma iddialarla keçirilən aksiya Los-Ancelesdəki erməni icması tərəfindən təşkil olunub. Ənənəvi “şüar” və “tələblərlə” müşayiət olunan bu təxribatçı aksiyada “Laçın yolunun açılması”, “Qarabağda yaşayan ermənilərin “blokadadan çıxarılması” kimi əsassız fikirlər səsləndirilib. Onlar hətta konsulluq binasına girişi də bağlayıb, çadırlar qurublar.
Təəssüf ki, adını “konqresmen” qoymuş bəziləri də tapılır ki, bu kimi yalan və qərəzi dəstəkləyir. Məsələn, konqresmen Adam Şiff dəfələrlə Azərbaycanın əleyhinə olan açıqlamalarla gündəmə gəlib. 44 günlük müharibədən sonra “Qarabağın azadlığı tanınmalı, Türkiyənin bölgədəki rolu azaldılmalıdır”,-deyərək ermənipərəst mövqe sərgiləyən Şiff də Kaliforniya ştatından Konqesə seçilib - həmin ərazi isə ABŞ-dakı erməni icmasının nümayəndələrinin yaşadığı bölgə sayılır. Bu mənada, onun mövqeyi və açıqlamaları da təəccüb doğurmamalıdır. Adam Şiff Los-Ancelosdakı etirazçılara tezliklə Ermənistana gedəcəyini “vəd edib”.
Mövzu ilə bağlı “Yeni Azərbaycan”a danışan politoloq Tural İsmayılov bildirib ki, Los-Anceles şəhəri Amerikada ermənilərin ən kompakt yaşadığı ərazilərdəndir. Eyni zamanda, bu şəhər erməni lobbisinin Amerikadakı mərkəzlərindən biri hesab edilir: “Əslində bu ssenari əvvəlki dönəmdə baş verən hadisələrin təkrarıdır. Xatırlayırıq ki, 44 günlük Vətən müharibəsi və postmüharibə dövründə Ermənistan bölgədə gərginlik yaratmaq üçün Los-Ancelosdakı erməni lobbisinin xidmətindən istifadə edirdi. Ümumiyyətlə, oradakı erməni lobbisi kifayət qədər təhlükəli sayılır. Hətta Koliforniya ştatında “Little Armenia” deyilən xüsusi qəsəbə belə var. Hansı ki ASALA, Daşnaksütyun zehniyyətində olan bir çox terrorçular burada diaspora adı altında fəaliyyət göstərir. Təəssüfləndirici məqamlardan biri isə odur ki, Bred Şerman kimiləri ideoloji baxımdan da bu terroru dəstəkləyirlər. Ermənistanın tarix boyu Azərbaycana və Türkiyəyə qarşı müxtəlif təxribatlar törətməsi sirr deyil. Onlar bu məsələyə görə cəza almayıblar və məsuliyyət daşımayıblar. Bu gün də analoji terrorun davam etməsi məhz həmin cəzasızlıqdan qaynaqlanır. ABŞ dövləti isə Los-Ancelosdakı Azərbaycan konsulluğunun təhlukəsizliyini və mühafizəsini təmin etməlidir”.
Xəbər lenti
Hamısına baxDünya
27 İyul 22:41
İdman
27 İyul 22:30
İqtisadiyyat
27 İyul 22:17
Dünya
27 İyul 21:59
Müsahibə
27 İyul 21:23
Sosial
27 İyul 21:05
Hadisə
27 İyul 20:45
Dünya
27 İyul 20:31
İqtisadiyyat
27 İyul 20:17
İqtisadiyyat
27 İyul 19:54
Dünya
27 İyul 19:20
Dünya
27 İyul 19:08
Elm
27 İyul 18:32
Dünya
27 İyul 18:31
Sosial
27 İyul 18:11
MEDİA
27 İyul 18:11
YAP xəbərləri
27 İyul 18:08
Dünya
27 İyul 17:20
Sosial
27 İyul 16:06
YAP xəbərləri
27 İyul 16:04
Sosial
27 İyul 15:20
YAP xəbərləri
27 İyul 14:27
Siyasət
27 İyul 14:07
Gündəm
27 İyul 14:03
Sosial
27 İyul 14:02
Sosial
27 İyul 13:35
Sosial
27 İyul 13:35
Sosial
27 İyul 13:34
Sosial
27 İyul 11:58
Dünya
27 İyul 10:54
Sosial
27 İyul 10:45
Elm
27 İyul 10:40
Xəbər lenti
27 İyul 10:32
YAP xəbərləri
27 İyul 10:29
Dünya
27 İyul 10:22
Dünya
27 İyul 09:45
Dünya
27 İyul 09:18
Dünya
27 İyul 08:52
Hadisə
27 İyul 08:36
Dünya
26 İyul 23:20
Maraqlı
26 İyul 21:34
Maraqlı
26 İyul 20:33
Dünya
26 İyul 19:17
Dünya
26 İyul 18:21
Dünya
26 İyul 17:35
Dünya
26 İyul 16:19
Dünya
26 İyul 15:30
Dünya
26 İyul 14:17
Dünya
26 İyul 13:41
Dünya
26 İyul 12:20
Dünya
26 İyul 11:35
Dünya
26 İyul 10:19
Dünya
26 İyul 09:55
Dünya
26 İyul 09:24
Dünya
26 İyul 08:50
Hadisə
26 İyul 08:39
Dünya
25 İyul 23:20
Dünya
25 İyul 22:35
Dünya
25 İyul 21:19
Dünya
25 İyul 20:27
Dünya
25 İyul 19:15
Dünya
25 İyul 18:22
Dünya
25 İyul 17:45
Hadisə
25 İyul 16:31
Dünya
25 İyul 15:19
Dünya
25 İyul 14:25
Gündəm
25 İyul 14:07
Dünya
25 İyul 13:33
Gündəm
25 İyul 12:28
Gündəm
25 İyul 11:50

