/ / Qərbi Azərbaycan İcması ABŞ Konqresinin Tom Lantos Komissiyasının ölkəmizə qarşı səsləndirdiyi ittihamlara cavab verib
Qərbi Azərbaycan İcması ABŞ Konqresinin Tom Lantos Komissiyasının ölkəmizə qarşı səsləndirdiyi ittihamlara cavab verib
07.09.2023 [12:11]
Sentyabrın 6-da ABŞ Konqresinin Tom Lantos İnsan Hüquqları Komissiyasında Azərbaycan əleyhinə dinləmələr təşkil olunub və hazırda bəzi Qərb ölkələrində tüğyan edən azərbaycanofobiya yarışında xüsusi canfəşanlıq göstərən Luis Okampo tərəfindən ölkəmizə qarşı bir sıra hədyanlar səsləndirilib. Bu, bir daha Tom Lantos Komissiyasının riyakarlığını, insan hüquqları mövzusunu istismar edərək onu siyasiləşdirməsini və bir sıra dairələr tərəfindən Azərbaycana qarşı aparılan düşmənçilik kampaniyasında yer almasını göstərir.
AZƏRTAC xəbər verir ki, bu fikirlər Qərbi Azərbaycan İcmasının açıqlamasında yer alıb.
Açıqlamada qeyd olunub: “Tom Lantos Komissiyasını başqa ölkələrin daxili işlərinə kobud müdaxilə etməməyə, diqqəti öz ölkələrinə verməyə, məsələn, köklü amerikalıların hüquqlarının qorunması, polisin həddindən artıq güc tətbiq etməsi, Luis Okampoya qoşularaq Azərbaycana qarşı gülünc ittihamlar səsləndirən Xuan Mendesi vaxtilə BMT-nin işgəncələrə qarşı xüsusi məruzəçisi olarkən onun çoxsaylı müraciətlərinə baxmayaraq, nəyə görə Quantanamo həbsxanasına buraxılmaması kimi məsələləri müzakirə etməyə çağırırıq.
Qərbi Azərbaycan İcması hesab edir ki, bu dinləmələr bölgədə gərginliyi qəsdən artıran Ermənistanı, revanşist qüvvələri daha da ruhlandırır. O Ermənistanı ki, 30 il ərzində BMT Təhlükəsizlik Şurasının qətnamələrini icra etməkdən boyun qaçırdıqdan və nəhayət, Azərbaycan tərəfindən döyüş meydanında məğlub edildikdən sonra indi Tom Lantos Komissiyasının 5-10 nəfərin iştirakı ilə təşkil etdiyi dinləmələrdən, amerikan rep ifaçısı Snop Doqun, işi-gücü ancaq Azərbaycana və Türkiyəyə qarşı çirkin kampaniya aparmaq olan rasist zehniyyətli “müstəqil” jurnalist Lindsey Snell kimilərinin tvitlərindən mədət umur.
Tom Lantos Komissiyasını heç vaxt Ermənistan işğalının ağır fəsadları, etnik təmizləmə, Azərbaycan xalqının iztirabları, o cümlədən Ermənistandan deportasiya olunmuş azərbaycanlıların taleyi maraqlandırmayıb. Əgər bu Komissiya qərəzsiz olsaydı və məsələlərə dini təəssübkeşlik prizmasından yanaşmasaydı, onda belə dinləmələri qərbi azərbaycanlıların Ermənistana - öz dədə-baba yurdlarına qayıdışı ilə bağlı təşkil etməli idi”.
Xəbər lenti
Hamısına baxMaraqlı
20 İyun 23:20
Maraqlı
20 İyun 22:38
Dünya
20 İyun 21:25
Dünya
20 İyun 20:54
Maraqlı
20 İyun 20:37
Dünya
20 İyun 19:59
Maraqlı
20 İyun 19:22
Dünya
20 İyun 18:35
Dünya
20 İyun 18:12
Dünya
20 İyun 17:50
Dünya
20 İyun 17:19
Dünya
20 İyun 16:43
Dünya
20 İyun 16:21
Dünya
20 İyun 15:58
Dünya
20 İyun 15:30
Dünya
20 İyun 14:42
Dünya
20 İyun 14:17
Siyasət
20 İyun 14:08
Dünya
20 İyun 13:51
Gündəm
20 İyun 13:25
Gündəm
20 İyun 12:59
Siyasət
20 İyun 12:20
Siyasət
20 İyun 11:52
Gündəm
20 İyun 11:35
Siyasət
20 İyun 11:13
Sosial
20 İyun 10:49
Analitik
20 İyun 10:32
Ədəbiyyat
20 İyun 10:14
Sosial
20 İyun 09:58
Sosial
20 İyun 09:30
MEDİA
20 İyun 09:15
Ədəbiyyat
20 İyun 08:50
Sosial
20 İyun 08:33
İqtisadiyyat
20 İyun 07:22
Dünya
19 İyun 23:45
İqtisadiyyat
19 İyun 23:18
İdman
19 İyun 22:56
Dünya
19 İyun 22:20
Dünya
19 İyun 22:05
Xəbər lenti
19 İyun 21:49
Sosial
19 İyun 21:26
Siyasət
19 İyun 21:17
Dünya
19 İyun 21:10
İqtisadiyyat
19 İyun 20:45
Dünya
19 İyun 20:30
Sosial
19 İyun 20:17
Elm
19 İyun 19:53
Siyasət
19 İyun 19:44
Siyasət
19 İyun 19:43
Sosial
19 İyun 19:21
İdman
19 İyun 19:13
Dünya
19 İyun 18:37
İqtisadiyyat
19 İyun 18:22
Sosial
19 İyun 18:04
Sosial
19 İyun 17:19
Xəbər lenti
19 İyun 16:30
Sosial
19 İyun 16:30
Sosial
19 İyun 15:47
İqtisadiyyat
19 İyun 15:45
YAP xəbərləri
19 İyun 15:40
Dünya
19 İyun 15:34
YAP xəbərləri
19 İyun 15:34
İqtisadiyyat
19 İyun 15:31
Diaspor
19 İyun 15:21
Xəbər lenti
19 İyun 14:52
YAP xəbərləri
19 İyun 14:51
Gündəm
19 İyun 14:49
Siyasət
19 İyun 14:48
Elanlar
19 İyun 14:48
Elm
19 İyun 14:44

