Uzun illər bağlı qalmış 3 qəsdən adam öldürmə cinayətinin üstü açılıb
08.09.2023 [11:48]
Ötən illərdən bağlı qalmış cinayət işlərinin açılması məqsədilə aidiyyəti dövlət qurumları tərəfindən birgə fəaliyyət həyata keçirilib. Bu barədə Baş Prokurorluq, Daxili İşlər Nazirliyi və Penitensiar Xidmət birgə məlumat yayıb.
Bildirilib ki, Baş Prokurorluq, Daxili İşlər Nazirliyi və Penitensiar Xidmətin birgə fəaliyyəti nəticəsində əvvəlki illərdən bağlı qalmış bir neçə xüsusilə ağır-qəsdən adam öldürmə cinayətlərinin üstü açılıb.
Belə ki, 1998-ci il il fevralın 7-də Qərib İbadova odlu silahdan naməlum şəxs tərəfindən atəş açılaraq qəsdən öldürülməsinə cəhd edilməsi, həmin il iyunun 20-də isə Ramiz Nadirovun naməlum şəxs tərəfindən odlu tapança silahından atılan atəşlər nəticəsində qəsdən öldürülməsi faktları üzrə cinayət işləri başlanıb.
Toplanmış sübutlarla hər iki əməlin eyni şəxs tərəfindən törədilməsi ehtimal olunduğundan cinayət işləri bir icraatda birləşdirilərək ibtidai istintaqın davamı Baş Prokurorluğun İstintaq idarəsinə həvalə edilib.
Bundan başqa, 2001-ci il dekabrın 6-da Bakı-Qazax yolunun sol tərəfində, dərənin içində, üzərində zorakılıq əlamətləri olan paltarsız naməlum kişi meyitinin aşkar edilməsi faktı üzrə başlanmış cinayət işi istintaqın davam etdirilməsi üçün Baş Prokurorluğun İstintaq idarəsinə göndərilib.
İstintaq zamanı naməlum kişi meyitinin Dadaş Hüseynova məxsus olması, Dadaş Hüseynovun isə Qərib İbadovla Ramiz Nadirova qarşı törədilmiş cinayətlərin icraçısı olmasına əsaslı şübhələr müəyyən edilib.
Belə ki, 1 saylı Taxıl Məhsulları Kombinatının direktoru vəzifəsində işləmiş Vahid Haşımovun pul müqabilində sürücü-mühafizəçisi Qulu Muxtarova Qərib İbadov və Ramiz Nadirovu öldürülməsini sifariş etməsinə, bu “sifariş”-lərin isə Dadaş Hüseynov tərəfindən pul müqabilində icra olunmasına əsaslı şübhələr müəyyən edilib.
İstintaqla, həmçinin, Qulu Muxtarovun törədilmiş cinayət əməllərindən xəbərdar olmaqla onu sonradan icra etdiyi cinayətlərə görə əlavə pul almaq üçün hədələyən Dadaş Hüseynovu 2001-ci il dekabrın 3-də Mirələm Seyidəliyev və Mətləb Fərzaliyevlə qabaqcadan əlbir olan bir qrup şəxs halında öldürmələrinə əsaslı şübhələr müəyyən edilib. Vahid Haşımov (sifarişmi) və Qulu Muxtarov (icraçı) cinayət işi üzrə təqsirləndirilən şəxs qismində cəlb olunub, məhkəmənin qərarları ilə həbs qətimkan tədbiri seçilib.
Mirələm Seyidəliyev və Mətləb Fərzaliyevin vəfat etmələri nəzərə alınmaqla, qanuna müvafiq qərarlar qəbul edilib.
Hazırda cinayət işi üzrə istintaq davam etdirilir, qeyd olunan cinayət əməllərinin törədilməsində iştirakı olmuş bütün şəxslərin istintaqa cəlb olunması təmin ediləcək.
Baş Prokurorluq tərəfindən ötən illərdən bağlı qalmış cinayət işlərinin açılması məqsədilə aidiyyəti hüquq-mühafizə orqanları ilə birgə fəaliyyət davam etdirilir.
Xəbər lenti
Hamısına baxMaraqlı
20 İyun 23:20
Maraqlı
20 İyun 22:38
Dünya
20 İyun 21:25
Dünya
20 İyun 20:54
Maraqlı
20 İyun 20:37
Dünya
20 İyun 19:59
Maraqlı
20 İyun 19:22
Dünya
20 İyun 18:35
Dünya
20 İyun 18:12
Dünya
20 İyun 17:50
Dünya
20 İyun 17:19
Dünya
20 İyun 16:43
Dünya
20 İyun 16:21
Dünya
20 İyun 15:58
Dünya
20 İyun 15:30
Dünya
20 İyun 14:42
Dünya
20 İyun 14:17
Siyasət
20 İyun 14:08
Dünya
20 İyun 13:51
Gündəm
20 İyun 13:25
Gündəm
20 İyun 12:59
Siyasət
20 İyun 12:20
Siyasət
20 İyun 11:52
Gündəm
20 İyun 11:35
Siyasət
20 İyun 11:13
Sosial
20 İyun 10:49
Analitik
20 İyun 10:32
Ədəbiyyat
20 İyun 10:14
Sosial
20 İyun 09:58
Sosial
20 İyun 09:30
MEDİA
20 İyun 09:15
Ədəbiyyat
20 İyun 08:50
Sosial
20 İyun 08:33
İqtisadiyyat
20 İyun 07:22
Dünya
19 İyun 23:45
İqtisadiyyat
19 İyun 23:18
İdman
19 İyun 22:56
Dünya
19 İyun 22:20
Dünya
19 İyun 22:05
Xəbər lenti
19 İyun 21:49
Sosial
19 İyun 21:26
Siyasət
19 İyun 21:17
Dünya
19 İyun 21:10
İqtisadiyyat
19 İyun 20:45
Dünya
19 İyun 20:30
Sosial
19 İyun 20:17
Elm
19 İyun 19:53
Siyasət
19 İyun 19:44
Siyasət
19 İyun 19:43
Sosial
19 İyun 19:21
İdman
19 İyun 19:13
Dünya
19 İyun 18:37
İqtisadiyyat
19 İyun 18:22
Sosial
19 İyun 18:04
Sosial
19 İyun 17:19
Xəbər lenti
19 İyun 16:30
Sosial
19 İyun 16:30
Sosial
19 İyun 15:47
İqtisadiyyat
19 İyun 15:45
YAP xəbərləri
19 İyun 15:40
Dünya
19 İyun 15:34
YAP xəbərləri
19 İyun 15:34
İqtisadiyyat
19 İyun 15:31
Diaspor
19 İyun 15:21
Xəbər lenti
19 İyun 14:52
YAP xəbərləri
19 İyun 14:51
Gündəm
19 İyun 14:49
Siyasət
19 İyun 14:48
Elanlar
19 İyun 14:48
Elm
19 İyun 14:44

