Təxribatlar bitmir...
15.09.2023 [11:25]
Y.Bayramova
Rəsmi İrəvan 2020-ci ilin noyabrında imzaladığı üçtərəfli bəyannamənin şərtlərinə əməl etməkdən boyun qaçırır. Azərbaycanın sülh gündəliyini irəli aparmaq üçün güclü siyasi iradə nümayiş etdirdiyi isə göz qabağındadır. 30 ildir ki, bu ölkəni xarakterizə edən model budur: Danışıqların imitasiyası, geriyə addım vasitəsilə əvvəlki müqavilələrdən və götürülmüş öhdəliklərin icrasından yayınma, eləcə də müxtəlif siyasi, hərbi və digər təxribatlara əl atmaq. Bir sözlə, Ermənistanın məqsədi aydındır-Azərbaycan ərazisində separatizmi bütün mümkün vasitələrlə dəstəkləmək.
Son günlər Ermənistan Azərbaycanla şərti sərhəddə 1-ci, 2-ci, 3-cü və 4-cü ordu korpuslarını fəal şəkildə gücləndirir. Artıq bir həftədən çoxdur ki, hərbi mövqelərə zirehli texnika və artilleriya mərmiləri çatdırılıb, təmir obyektləri fasiləsiz işləyir. Bununla bağlı sosial şəbəkələrdə müvafiq görüntülər də yayılıb. Qeyd olunub ki, Ermənistan Azərbaycanın Qarabağ bölgəsindəki qanunsuz silahlı birləşmələrini yüksək döyüş hazırlığı vəziyyətinə gətirir. Təkcə son bir həftə ərzində Ermənistanda ehtiyatda olan on minədək hərbi qulluqçu çağırılıb.
Ermənistan 30 ilə yaxın davam edən işğal dövründə olduğu kimi yenə də vəziyyəti gərginləşdirməklə məşğuldur. Atəşkəsi pozur və təxribatlara əl atırlar, nəticədə danışıqların mənası itir. Müdafiə Nazirliyinin yaydığı məlumata görə, sentyabrın 13-ü saat 12:20 radələrində sülhməramlıların müvəqqəti yerləşdiyi Azərbaycan ərazisindəki qeyri-qanuni erməni silahlı dəstələri tərəfindən Ağdam rayonu istiqamətindəki döyüş mövqelərimiz intensiv atəşə tutulub.
Diversiya qrupundan ərazimizə sızmaq cəhdi...
Nazirlikdən bildirilib ki, saat 19:00 radələrində qeyri-qanuni erməni silahlı dəstələrinin kəşfiyyat-diversiya qrupu terror-təxribat əməliyyatları həyata keçirmək məqsədilə Kəlbəcər rayonu Mərcimək yaşayış məntəqəsi istiqamətində yerləşən döyüş mövqelərinin arasındakı dərə boşluqlarından istifadə edərək bölmələrimizin yerləşdiyi əraziyə sızmağa cəhd edib. Döyüş növbətçiliyi aparan hərbi qulluqçularımızın sayıqlığı nəticəsində təxribatın qarşısı alınıb. Nəticədə kəşfiyyat-diversiya qrupu bir üzvü yaralı olmaqla geri çəkilməyə məcbur edilib.
Laçında ekskavatorumuz minaya düşdü
Bundan başqa, sentyabrın 13-də saat 16:00 radələrində Laçında ekskavator tank əleyhinə minaya düşüb. Bu barədə Daxili İşlər Nazirliyindən (DİN) məlumat verilib. Hadisə rayonun Qazıdərə kəndində qeydə alınıb. Həkəri çayının sahilində təmir-bərpa işləri aparan şirkətin texnikasına maddi ziyan dəyib.
Sentyabrın 13-ü saat 21:35-dən sentyabrın 14-ü saat 00:45-dək Ermənistan Kəlbəcər rayonunun Mollabayramlı və Tovuz rayonunun Ağdam yaşayış məntəqələri istiqamətlərində yerləşən mövqeləri atıcı silahlardan fasilələrlə atəşə tutub. Bundan başqa, sentyabrın 14-ü saat 13:45 radələrində Ermənistan silahlı qüvvələri Gədəbəy rayonunun Daryurd yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərimizi müxtəlif çaplı atıcı silahlardan atəşə tutub. Müdafiə Nazirliyindən verilən məlumata görə, Ordumuzun bölmələri tərəfindən qeyd olunan istiqamətdə cavab tədbirləri görülüb.
Aydındır ki, sülh prosesinə maneçilik törədən Ermənistan tərəfi bu təxribatlara əl atmaqla danışıqlara kölgə salmaq niyyətindədir. Qeyd edək ki, tez-tez mövqelərimizi atəşə tutan və cavab tədbirləri ilə susdurulan ermənilər niyətlərinə nail ola bilməyəcəklər. Azərbaycan dövləti bütün proseslərə nəzarət edir. Ordumuz hər zaman olduğu kimi, indi də istənilən təxribata adekvat cavab verir. Təxribatların qarşısı alınır və bundan sonra da alınacaq.
Xəbər lenti
Hamısına baxDünya
20 İyun 19:59
Maraqlı
20 İyun 19:22
Dünya
20 İyun 18:35
Dünya
20 İyun 18:12
Dünya
20 İyun 17:50
Dünya
20 İyun 17:19
Dünya
20 İyun 16:43
Dünya
20 İyun 16:21
Dünya
20 İyun 15:58
Dünya
20 İyun 15:30
Dünya
20 İyun 14:42
Dünya
20 İyun 14:17
Siyasət
20 İyun 14:08
Dünya
20 İyun 13:51
Gündəm
20 İyun 13:25
Gündəm
20 İyun 12:59
Siyasət
20 İyun 12:20
Siyasət
20 İyun 11:52
Gündəm
20 İyun 11:35
Siyasət
20 İyun 11:13
Sosial
20 İyun 10:49
Analitik
20 İyun 10:32
Ədəbiyyat
20 İyun 10:14
Sosial
20 İyun 09:58
Sosial
20 İyun 09:30
MEDİA
20 İyun 09:15
Ədəbiyyat
20 İyun 08:50
Sosial
20 İyun 08:33
İqtisadiyyat
20 İyun 07:22
Dünya
19 İyun 23:45
İqtisadiyyat
19 İyun 23:18
İdman
19 İyun 22:56
Dünya
19 İyun 22:20
Dünya
19 İyun 22:05
Xəbər lenti
19 İyun 21:49
Sosial
19 İyun 21:26
Siyasət
19 İyun 21:17
Dünya
19 İyun 21:10
İqtisadiyyat
19 İyun 20:45
Dünya
19 İyun 20:30
Sosial
19 İyun 20:17
Elm
19 İyun 19:53
Siyasət
19 İyun 19:44
Siyasət
19 İyun 19:43
Sosial
19 İyun 19:21
İdman
19 İyun 19:13
Dünya
19 İyun 18:37
İqtisadiyyat
19 İyun 18:22
Sosial
19 İyun 18:04
Sosial
19 İyun 17:19
Xəbər lenti
19 İyun 16:30
Sosial
19 İyun 16:30
Sosial
19 İyun 15:47
İqtisadiyyat
19 İyun 15:45
YAP xəbərləri
19 İyun 15:40
Dünya
19 İyun 15:34
YAP xəbərləri
19 İyun 15:34
İqtisadiyyat
19 İyun 15:31
Diaspor
19 İyun 15:21
Xəbər lenti
19 İyun 14:52
YAP xəbərləri
19 İyun 14:51
Gündəm
19 İyun 14:49
Siyasət
19 İyun 14:48
Elanlar
19 İyun 14:48
Elm
19 İyun 14:44
Sosial
19 İyun 14:40
Sosial
19 İyun 14:40
Sosial
19 İyun 14:33
Siyasət
19 İyun 14:30
Mədəniyyət
19 İyun 13:46

