Roş ha-Şana: Arzularla salamlaşma ənənəsi
16.09.2023 [11:55]
Yəhudi xalqının ənənəvi bayramlarından olan Roş ha-Şana İbrani təqviminə görə sentyabr-oktyabr aylarına təsadüf edir. Bu aylardan etibarən yeni yəhudi ilində günlərin geri sayılması başlayır. Roş ha-Şana özünəməxsus yəhudi bayramlarından biridir.
“Həyat kitabında” yazılanlar...
Roş ha-Şana bayramının xarakterik xüsusiyyəti sinaqoqda ibadət zamanı şofar çalınmasıdır. Bunun mənası Qiyamət günü veriləcək İlahi hökmə hay vermək və tövbəyə çağırış kimi şərh olunur. Yəhudi ənənəsinə görə, Qiyamət günündə göylərdə kimin yaşamasına, kimin ölməsinə qərar verilir. Həmin günlər icra olunan dini ibadətlər və edilən dualar Yaradanın qərarlarına təsir etməlidir. Bu bayramdakı dini ayinlərdə özünütəhlil və tövbə motivləri üstünlük təşkil edir. Bununla belə, Tanrının hamıya yaxşılıq və rifah arzuladığına olan səmimi inam həmin günləri bayrama çevirir.
Bu günlərdə mömin insan ötənilki sözlərinə, fikirlərinə və əməllərinə görə özünə və Yaradana hesabat verir. Qüsurlarını və xətalarını necə düzəltmək, Tanrıya necə dönmək, yaxınlaşmaq naminə qərarlar qəbul edir. Həmin gündən etibarən dua və tövbələrin “Həyəcan günləri”, yaxud “On tövbə günü” adlanan on günü başlanır və Yom-Kippur ilə başa çatır. Roş ha-Şananın ilk axşamı insanlar adətən bir-birini “Həyat kitabında” yazılmış arzularla salamlayırlar. Bayram süfrəsi zamanı çörəyi bala batırıb dua edə-edə yeyirlər ki, yeni il şirin olsun. Roş ha-Şanada almanı balla yemək ənənəsi də mövcuddur.
Bütün yəhudi bayramlarında olduğu kimi, bu bayram da ibadətlə müşayiət olunur. Roş ha-Şanada oxunan dualar Tanrını hökm sahibi kimi xatırladan on yəhudi dini mətnindən ibarət olmalıdır; daha on mətn Tanrını hər şeyi bilən kimi yada salmalıdır. Şofar çalınmasıyla müşayiət olunan on mətn də Roş ha-Şananın mövcud bayram atributlarındandır. Onları səhər ibadəti zamanı ifa edirlər.
Roş-ha Şana Azərbaycanda
Yəhudi dilindən tərcümədə “Yeni il” adlanan bu bayram Azərbaycanda da qeyd olunur. Ölkəmizdə əsasən Quba rayonunun Qırmızı Qəsəbə massivində yaşayan dağ yəhudiləri bu bayramı ənənəyə uyğun qarşılayırlar. Dağ yəhudiləri bayramın ilk günü sinaqoqa gedir, mənəvi cəhətdən arınmaq, saflıq qazanmaq üçün və yeni ilin uğurlu olması arzusu ilə səhər və axşam saatlarında bayram ibadəti edirlər. Qırmızı Qəsəbədə yeni ilin gəlişi ilə bağlı icra olunan dini ayinlər qoç buynuzundan hazırlanan şeypurun çalınmasıyla yekunlaşır. Günahlara həmişəlik tövbə etmək mənasını ifadə edən sonuncu ayin Yom-Kippur adlanır. Bayramın 10-cu günündə keçirilən bu ayin bir sutka ac qalmaqla icra olunur. Daha sonra bayram şənlikləri başlayır. Kişilərin adına qurban kəsilir, şirniyyat süfrələri açılır. Azərbaycan yəhudiləri də yeni ilin şirin olması üçün almanı bala batırıb yeyirlər. Novruz bayramında olduğu kimi, bu bayram ərəfəsində də evlərdə təmizlik işləri görülür, hər yerdə səliqə-sahman yaradılır.
Yeganə BAYRAMOVA
Xəbər lenti
Hamısına baxDünya
20 İyun 19:59
Maraqlı
20 İyun 19:22
Dünya
20 İyun 18:35
Dünya
20 İyun 18:12
Dünya
20 İyun 17:50
Dünya
20 İyun 17:19
Dünya
20 İyun 16:43
Dünya
20 İyun 16:21
Dünya
20 İyun 15:58
Dünya
20 İyun 15:30
Dünya
20 İyun 14:42
Dünya
20 İyun 14:17
Siyasət
20 İyun 14:08
Dünya
20 İyun 13:51
Gündəm
20 İyun 13:25
Gündəm
20 İyun 12:59
Siyasət
20 İyun 12:20
Siyasət
20 İyun 11:52
Gündəm
20 İyun 11:35
Siyasət
20 İyun 11:13
Sosial
20 İyun 10:49
Analitik
20 İyun 10:32
Ədəbiyyat
20 İyun 10:14
Sosial
20 İyun 09:58
Sosial
20 İyun 09:30
MEDİA
20 İyun 09:15
Ədəbiyyat
20 İyun 08:50
Sosial
20 İyun 08:33
İqtisadiyyat
20 İyun 07:22
Dünya
19 İyun 23:45
İqtisadiyyat
19 İyun 23:18
İdman
19 İyun 22:56
Dünya
19 İyun 22:20
Dünya
19 İyun 22:05
Xəbər lenti
19 İyun 21:49
Sosial
19 İyun 21:26
Siyasət
19 İyun 21:17
Dünya
19 İyun 21:10
İqtisadiyyat
19 İyun 20:45
Dünya
19 İyun 20:30
Sosial
19 İyun 20:17
Elm
19 İyun 19:53
Siyasət
19 İyun 19:44
Siyasət
19 İyun 19:43
Sosial
19 İyun 19:21
İdman
19 İyun 19:13
Dünya
19 İyun 18:37
İqtisadiyyat
19 İyun 18:22
Sosial
19 İyun 18:04
Sosial
19 İyun 17:19
Xəbər lenti
19 İyun 16:30
Sosial
19 İyun 16:30
Sosial
19 İyun 15:47
İqtisadiyyat
19 İyun 15:45
YAP xəbərləri
19 İyun 15:40
Dünya
19 İyun 15:34
YAP xəbərləri
19 İyun 15:34
İqtisadiyyat
19 İyun 15:31
Diaspor
19 İyun 15:21
Xəbər lenti
19 İyun 14:52
YAP xəbərləri
19 İyun 14:51
Gündəm
19 İyun 14:49
Siyasət
19 İyun 14:48
Elanlar
19 İyun 14:48
Elm
19 İyun 14:44
Sosial
19 İyun 14:40
Sosial
19 İyun 14:40
Sosial
19 İyun 14:33
Siyasət
19 İyun 14:30
Mədəniyyət
19 İyun 13:46

