Bakı bulvarının tarixi
19.09.2023 [11:14]
M.BAYRAMLI
Bakı bulvarının tarixi 1865-1868-ci illərdə memar Qasım bəy Hacıbababəyov tərəfindən salınmış sahil küçəsi ilə başlayır. Burada ilk dəfə su kəməri çəkilir, ilk fəvvarə inşa edilir.
Bulvarın salınması Bakı Şəhər Duması tərəfindən dəfələrlə müzakirə olunsa da, təqdim olunan layihələrin maliyyələşdirilməməsi ucbatından məsələ öz həllini tapmırdı. Nəhayət, 7 aprel 1909-cu ildə mühəndis Məhəmməd Həsən Hacınski Bakı Şəhər Dumasının iclasında Dənizkənarı Bulvarın tikintisi ilə bağlı məsələni qaldırır. Bu layihənin icrasına 10 min rubl vəsait ayırılır. Bir çox mənbələrə görə, milyonçu Hacı Zeynalabdin Tağıyevin maliyyə yardımı ilə tikinti işləri iki ilə başa çatır. İlk bulvar indiki Kukla teatrından “Azneft” meydanına qədər idi.
1936-cı ildə bulvarda paraşüt qülləsi tikilib. Lakin 1960-cı ildə burada insan ölümü baş verir və tikili saat qülləsi kimi fəaliyyət göstərməyə başlayır.
Sonrakı illər ərzində də Dənizkənarı Bulvar inkişaf edir. 1961-ci ildə isə Bakı meri Əliş Ləmbəranski bulvarda “Mirvari” restoranını inşa etdirir. Bakı Venesiyası da merin göstərişi ilə həmin vaxt salınmışdı. Eləcə də “Bahar” və S.Vurğun adına yay kinosalonları, “Venesiya” su şəhərciyi və başqa istirahət obyektləri tikilir. 1967-ci ildə memar Mikayıl Hüseynov tərəfindən Dənizkənarı Bulvarın yenidənqurulması layihəsi hazırlanır.
Bulvar 1998-ci ildə “Milli park” statusunu alıb. 2012-ci ildə bulvar Dövlət Bayrağı Meydanına qədər uzadılıb. 2015-ci ildə bulvarın iki istiqamətdə genişləndirilməsi işləri başa çatıb. Birinci hissə Dövlət Bayrağı Meydanından Bibiheybət istiqamətində genişləndirilib, digər hissə isə Dəniz Ticarəti Limanından “Bulvar” mehmanxanasına kimi uzadılıb.
Xəbər lenti
Hamısına baxMaraqlı
20 İyun 23:20
Maraqlı
20 İyun 22:38
Dünya
20 İyun 21:25
Dünya
20 İyun 20:54
Maraqlı
20 İyun 20:37
Dünya
20 İyun 19:59
Maraqlı
20 İyun 19:22
Dünya
20 İyun 18:35
Dünya
20 İyun 18:12
Dünya
20 İyun 17:50
Dünya
20 İyun 17:19
Dünya
20 İyun 16:43
Dünya
20 İyun 16:21
Dünya
20 İyun 15:58
Dünya
20 İyun 15:30
Dünya
20 İyun 14:42
Dünya
20 İyun 14:17
Siyasət
20 İyun 14:08
Dünya
20 İyun 13:51
Gündəm
20 İyun 13:25
Gündəm
20 İyun 12:59
Siyasət
20 İyun 12:20
Siyasət
20 İyun 11:52
Gündəm
20 İyun 11:35
Siyasət
20 İyun 11:13
Sosial
20 İyun 10:49
Analitik
20 İyun 10:32
Ədəbiyyat
20 İyun 10:14
Sosial
20 İyun 09:58
Sosial
20 İyun 09:30
MEDİA
20 İyun 09:15
Ədəbiyyat
20 İyun 08:50
Sosial
20 İyun 08:33
İqtisadiyyat
20 İyun 07:22
Dünya
19 İyun 23:45
İqtisadiyyat
19 İyun 23:18
İdman
19 İyun 22:56
Dünya
19 İyun 22:20
Dünya
19 İyun 22:05
Xəbər lenti
19 İyun 21:49
Sosial
19 İyun 21:26
Siyasət
19 İyun 21:17
Dünya
19 İyun 21:10
İqtisadiyyat
19 İyun 20:45
Dünya
19 İyun 20:30
Sosial
19 İyun 20:17
Elm
19 İyun 19:53
Siyasət
19 İyun 19:44
Siyasət
19 İyun 19:43
Sosial
19 İyun 19:21
İdman
19 İyun 19:13
Dünya
19 İyun 18:37
İqtisadiyyat
19 İyun 18:22
Sosial
19 İyun 18:04
Sosial
19 İyun 17:19
Xəbər lenti
19 İyun 16:30
Sosial
19 İyun 16:30
Sosial
19 İyun 15:47
İqtisadiyyat
19 İyun 15:45
YAP xəbərləri
19 İyun 15:40
Dünya
19 İyun 15:34
YAP xəbərləri
19 İyun 15:34
İqtisadiyyat
19 İyun 15:31
Diaspor
19 İyun 15:21
Xəbər lenti
19 İyun 14:52
YAP xəbərləri
19 İyun 14:51
Gündəm
19 İyun 14:49
Siyasət
19 İyun 14:48
Elanlar
19 İyun 14:48
Elm
19 İyun 14:44

