Dünya mediası ermənilərin Azərbaycana qarşı mina terrorundan yazıb
19.09.2023 [19:15]
Dünyanın bir çox nüfuzlu kütləvi informasiya vasitələri Azərbaycan ərazilərində ermənilərin mina terrorunun davam etməsi nəticəsində son günlər azərbaycanlı polislər və mülki şəxslərin həlak olması barədə materiallar dərc edib.
AZƏRTAC xəbər verir ki, Rusiyanın TASS agentliyi, “Arqumentı i faktı”, “Moskovski komsomolets” qəzetləri və digər mətbuat orqanları azərbaycanlı polis əməkdaşlarının Əhmədbəyli-Füzuli-Şuşa yolunun Xocavənd rayonu ərazisindən keçən hissəsində qanunsuz erməni silahlı birləşmələrinin təxribat-diversiya qrupu tərəfindən basdırılmış tank əleyhinə minaya düşərək həlak olması haqqında Azərbaycan DİN, Baş Prokurorluq və DTX-nin birgə məlumatını yayıblar. Rusiya mediası vurğulayıb ki, Azərbaycanın hüquq-mühafizə orqanları baş vermiş insidenti terror aktı adlandırıb və Cinayət Məcəlləsinin bir neçə maddəsi, o cümlədən terrorizm maddəsi üzrə cinayət işi başlanılıb.
Ərəb mediası da ermənilərin mina terroru haqqında materiallar dərc edib. “Əl Ərəbiyə”, “Əl Əhram”, “Şuruk”, “Əl Qüds” və ərəb ölkələrinin digər qəzet və portallarında dərc edilən xəbərlərdə oxucuların diqqətinə çatdırılıb ki, rəsmi Bakı erməni sabotaj qruplarının Azərbaycan ərazilərində basdırdığı minaların altı azərbaycanlının, o cümlədən dörd polis əməkdaşının həlak olmasına səbəb olduğunu bəyan edib. Materiallarda qeyd olunub ki, Azərbaycan Prezidenti İlham Əliyev ermənilərin mina terrorunun azərbaycanlı məcburi köçkünlərin öz doğma yurdlarına qayıtmasında başlıca əngəl olduğunu dəfələrlə bildirib. Xəbərlərdə vurğulanıb ki, Azərbaycanın hüquq-mühafizə orqanları bu hadisələri terror aktı kimi qiymətləndirib və müvafiq maddələrlə cinayət işi açılıb.
Ermənilərin mina terroru nəticəsində azərbaycanlı polislərin və mülki şəxslərin həlak olması barədə xəbərlər Avropa ölkələrinin KİV-lərində də dərc olunub. Fransanın “Radio France Internationale”, İtaliyanın “Corriere della Sera”, “Quotidiano dei contribuenti”, Slovakiyanın “hn.24”, “Teraz”, “TvNoviny”, “Dennikn”, Britaniyanın “The Guardian”, Portuqaliyanın “CNNportuqal”, “Cignoticias” qəzet və portallarında dərc olunmuş materiallarda bildirilir ki, içərisində Azərbaycan Daxili İşlər Nazirliyinin əməkdaşlarının olduğu nəqliyyat vasitəsi Xocavəndin Tağaverd kəndi ərazisində yeni inşa olunan tunel yolunda qanunsuz erməni silahlı birləşmələrinin təxribat-diversiya qrupu tərəfindən yerləşdirilmiş minaya düşərək partlayıb. Baş vermiş partlayışlar nəticəsində iki mülki şəxs və nazirliyin dörd əməkdaşı həlak olub. Xəbərlərdə diqqətə çatdırılır ki, Azərbaycan tərəfi ermənilərin bu terror aktlarının Ermənistanla sülh prosesinə ciddi zərbə vurduğunu bəyan edir, həmçinin İrəvandan qanunsuz hərbi birləşmələrini Qarabağdan dərhal çıxarmağı tələb edir.
Almaniyanın DW telekanalının saytında dərc olunmuş yazıda diqqətə çatdırılıb ki, qanunsuz erməni silahlı birləşmələrinin təxribat-diversiya qrupu tərəfindən törədilən və altı azərbaycanlı, o cümlədən dörd polis əməkdaşı və iki mülki şəxsin həlak olması ilə nəticələnən mina terroru aktından sonra Azərbaycan tərəfi öz ərazisində antiterror tədbirləri görməyə məcbur olub. “Politico”, “Firstpost” xəbər portalları da azərbaycanlı polislərin və mülki şəxslərin erməni təxribatı nəticəsində həlak olmasının gərginliyi artırdığını qeyd ediblər.
ABŞ-ın “Barrons” internet nəşri də Ermənistanın Azərbaycan ərazilərində mina terrorundan bəhs edib, o cümlədən son terror aktı nəticəsində azərbaycanlı polislərin və mülki şəxslərin həlak olduğunu bildirib. Yazıda qeyd olunub ki, sülh prosesinin davam etdiyi bir şəraitdə Azərbaycanla Ermənistan arasında gərginlik artır, eyni zamanda, Azərbaycanın Qarabağ bölgəsində qanunsuz erməni silahlı birləşmələri və separatçıların fəallaşdığı müşahidə olunur. “İki müharibənin baş verdiyi Qarabağ ərazisinin böyük hissəsi ermənilər tərəfindən minalanıb və Prezident İlham Əliyev bildirib ki, mina problemi səbəbindən məcburi köçkünlərin 2020-ci ildə işğaldan azad olunmuş bu ərazilərə köçürülməsi prosesi gecikir”, -deyə materialda qeyd olunub.
Ermənistanın Azərbaycan ərazilərində törətdiyi mina terroru haqqında material Hindistanın “The Hindu” qəzetində də dərc edilib. Yazıda qeyd olunub ki, azərbaycanlı polis əməkdaşları və mülki şəxslərin həlak olması bölgədə vəziyyəti daha da gərginləşdirir, həmçinin Azərbaycanla Ermənistan arasında sülh prosesinə ciddi zərər verir.
Xəbər lenti
Hamısına baxDünya
20 İyun 16:43
Dünya
20 İyun 16:21
Dünya
20 İyun 15:58
Dünya
20 İyun 15:30
Dünya
20 İyun 14:42
Dünya
20 İyun 14:17
Siyasət
20 İyun 14:08
Dünya
20 İyun 13:51
Gündəm
20 İyun 13:25
Gündəm
20 İyun 12:59
Siyasət
20 İyun 12:20
Siyasət
20 İyun 11:52
Gündəm
20 İyun 11:35
Siyasət
20 İyun 11:13
Sosial
20 İyun 10:49
Analitik
20 İyun 10:32
Ədəbiyyat
20 İyun 10:14
Sosial
20 İyun 09:58
Sosial
20 İyun 09:30
MEDİA
20 İyun 09:15
Ədəbiyyat
20 İyun 08:50
Sosial
20 İyun 08:33
İqtisadiyyat
20 İyun 07:22
Dünya
19 İyun 23:45
İqtisadiyyat
19 İyun 23:18
İdman
19 İyun 22:56
Dünya
19 İyun 22:20
Dünya
19 İyun 22:05
Xəbər lenti
19 İyun 21:49
Sosial
19 İyun 21:26
Siyasət
19 İyun 21:17
Dünya
19 İyun 21:10
İqtisadiyyat
19 İyun 20:45
Dünya
19 İyun 20:30
Sosial
19 İyun 20:17
Elm
19 İyun 19:53
Siyasət
19 İyun 19:44
Siyasət
19 İyun 19:43
Sosial
19 İyun 19:21
İdman
19 İyun 19:13
Dünya
19 İyun 18:37
İqtisadiyyat
19 İyun 18:22
Sosial
19 İyun 18:04
Sosial
19 İyun 17:19
Xəbər lenti
19 İyun 16:30
Sosial
19 İyun 16:30
Sosial
19 İyun 15:47
İqtisadiyyat
19 İyun 15:45
YAP xəbərləri
19 İyun 15:40
Dünya
19 İyun 15:34
YAP xəbərləri
19 İyun 15:34
İqtisadiyyat
19 İyun 15:31
Diaspor
19 İyun 15:21
Xəbər lenti
19 İyun 14:52
YAP xəbərləri
19 İyun 14:51
Gündəm
19 İyun 14:49
Siyasət
19 İyun 14:48
Elanlar
19 İyun 14:48
Elm
19 İyun 14:44
Sosial
19 İyun 14:40
Sosial
19 İyun 14:40
Sosial
19 İyun 14:33
Siyasət
19 İyun 14:30
Mədəniyyət
19 İyun 13:46
İqtisadiyyat
19 İyun 13:41
Hərbi
19 İyun 13:39
Xəbər lenti
19 İyun 13:38
Xəbər lenti
19 İyun 13:37
Xəbər lenti
19 İyun 13:37
Siyasət
19 İyun 13:36

