Vətənə qarşı müxalifətçilik etmək olmaz
21.09.2023 [11:22]
Siyasi partiya rəhbərləri AXCP, “Müsavat” və “Real” partiyalarının birgə bəyanata qoşulmamalarını pisləyiblər
Nardar BAYRAMLI
44 günlük Vətən müharibəsində olduğu kimi, Qarabağda həyata keçirilən antiterror tədbiri zamanı da ölkədə fəaliyyət göstərən 23 siyasi partiya tərəfindən birgə bəyanat qəbul olunub. Azərbaycanın siyasi partiyaları Prezident, müzəffər Ali Baş Komandan İlham Əliyevin ölkəmizin ərazi bütövlüyünün və əhalinin təhlükəsizliyinin təmin olunması, erməni silahlı birləşmələrinin təxribatlarının qarşısının alınması, işğaldan azad edilən torpaqlarımızda məskunlaşan minlərlə soydaşımızın təhlükəsizliyinin təmin olunması üçün həyata keçirdiyi siyasəti və verdiyi hərbi əmri dəstəklədiyini, onun ətrafında sıx birləşdiyini bəyan ediblər. Lakin cəmi 3 partiya - Azərbaycan Xalq Cəbhəsi Partiyası, Müsavat Partiyası və Real Partiyası bu bəyanata qoşulmayaraq ümummilli məsələlərdə həmrəylikdən kənarda olduqlarını nümayiş etdiriblər.
“Onlar ən azı öz adlarına hörmət etməlidirlər”
Məsələ ilə bağlı qəzetimizə açıqlama verən Vətəndaş Həmrəyliyi Partiyasının (VHP) sədri, millət vəkili Sabir Rüstəmxanlı bildirib ki, antiterror tədbiri zamanı bütün xalqımız birlik və həmrəylik ifadə etdi: “Həmin üç siyasi partiyanın birgə bəyanata qoşulmaması başadüşülən deyil. Özlərini səfeh hesab edirlər? Bütün cəmiyyətimiz, o cümlədən siyasi partiyalar antiterror tədbirinin əhəmiyyətini yaxşı anlayır. 24 saat ərzində ölkənin ərazisindəki qanunsuz erməni dəstələrini zərərsizləşdirmək mühüm əməliyyat keçirildi. Separatçılar çox qısa müddətdə “ağ bayraq” qaldırdılar. İnanırıq ki, bununla da həmin bölgədə problem birdəfəlik həll olunacaq. Bu, tariximizin mühüm hadisəsidir. Həmin üç partiya bunu görmür, yoxsa başa düşmürlər? Onlar ən azı öz adlarına hörmət etməlidirlər”.
“Bu, siyasi məsələ deyil”
Azərbaycan Demokratik İslahatlar Partiyasının ( ADİP) sədri, millət vəkili Asim Mollazadə isə bildirib ki, Azərbaycan xalqı birdir və Silahlı Qüvvələrini, Ali Baş Komandanı dəstəkləyir: “Ölkəmizin ərazi bütövlüyü, müstəqilliyi uğrunda hamı bir yumruq kimi birləşib. Bəzi müxalif partiyaların lokal antiterror tədbirlərinə dəstək bəyanatını imzalamaması siyasi məsələ deyil. Onların mövqeyini hamı bilir”.
"Belələrinə Azərbaycanda yeri olmamalıdır”
Milli Dirçəliş Hərəkatı Partiyasının (MDHP) sədri Fərəc Quliyev qeyd edib ki, bu dəfə də 3 partiyanın antimilli mövqedən çıxış edərək birgə bəyanata imza atmaması təəssüf doğurur: “Burada söhbət siyasi partiya mövqeyindən, qrup marağından yox, vətəndaş mövqeyindən söhbət gedir. Dövlət marağı olan yerdə bütün maraqlar kənara qoyulmalıdır. Belə siyasi partiyaların rəhbərləri nəhayət ki, cavab verməlidirlər. “Milli şura”da təmsil olunub başqa ölkələrin cibindən faydalanmaqla və bir tikəyə görə öz ölkəsini satmaqla məşğul olanların Azərbaycanda yeri olmamalıdır”.
“Bu hərəkət heç bir siyasi təşkilata başucalığı gətirə bilməz”
Azərbaycan Milli İstiqlal Partiyasının (AMİP) sədri Arzuxan Əlizadə də deyib ki, 44 günlük Vətən müharibəsi zamanı da Azərbaycan fəaliyyət göstərən siyasi partiyaların mütləq əksəriyyəti Ali Baş Komandanın, Ordumuzun, əsgərimizin yanında olduğunu bəyan etdilər. Antiterror tədbiri zamanı da 23 siyasi partiya birgə bəyanat qəbul edərək Azərbaycan Ordusunun, dövlətinin və əsgərinin yanında oldu. AMİP sədri AXCP, Müsavat Partiyası və REAL Partiyasının həmin bəyanatı imzalamamasına toxunarkən, “buna ən azı təəssüflənmək olar” deyib. “Düşünürəm ki, belə tarixi məqamlarda şəxsi və digər partiya maraqları arxa plana keçməlidir. Dövlət və milli maraqlar olan yerdə heç bir digər maraqlardan söhbət gedə bilməz. Azərbaycanın suverenliyinə, ölkəmizin ərazisindəki separatçıların zərərsiləşdirilməsi prosesinə dəstək verilməsinə qoşulmamaq heç bir siyasi təşkilata başucalığı gətirə bilməz. Burada məsələ dövlət və milli maraqlardır. AMİP olaraq biz hər zaman bu mövqedən çıxış etmişik, bu gün də belədir”.
“Onlar dövlətimizin maraqlarına qarşı çıxırlar”
“Azərbaycan cəmiyyəti, o cümlədən siyasi partiyaların mütləq əksəriyyəti Qarabağda keçirilən antiterror tədbirini dəstəklədi. Belə tarixi zamanlarda bütün siyasi qüvvələr həmrəylik nümayiş etdirməlidir”. Bu fikirləri isə Vəhdət Partiyasının sədri, millət vəkili Tahir Kərimli deyib. Onun sözlərinə görə, antiteror tədbiri zamanı bütün dünya Azərbaycan cəmiyytinin vahid mövqedən çıxış etdiyini gördü: “Təəssüf edirəm ki, AXCP, Müsavat və REAL partiyaları düşmənə və dosta birliyimizi göstərmək fürsətini əldən buraxdılar. Vətənə qarşı müxalifət olmaq olmaz. Belə mövqe ilə onlar bir daha dövlət maraqlarına qarşı olduqlarını nümayiş etdirdilər”.
Xəbər lenti
Hamısına baxMaraqlı
20 İyun 23:20
Maraqlı
20 İyun 22:38
Dünya
20 İyun 21:25
Dünya
20 İyun 20:54
Maraqlı
20 İyun 20:37
Dünya
20 İyun 19:59
Maraqlı
20 İyun 19:22
Dünya
20 İyun 18:35
Dünya
20 İyun 18:12
Dünya
20 İyun 17:50
Dünya
20 İyun 17:19
Dünya
20 İyun 16:43
Dünya
20 İyun 16:21
Dünya
20 İyun 15:58
Dünya
20 İyun 15:30
Dünya
20 İyun 14:42
Dünya
20 İyun 14:17
Siyasət
20 İyun 14:08
Dünya
20 İyun 13:51
Gündəm
20 İyun 13:25
Gündəm
20 İyun 12:59
Siyasət
20 İyun 12:20
Siyasət
20 İyun 11:52
Gündəm
20 İyun 11:35
Siyasət
20 İyun 11:13
Sosial
20 İyun 10:49
Analitik
20 İyun 10:32
Ədəbiyyat
20 İyun 10:14
Sosial
20 İyun 09:58
Sosial
20 İyun 09:30
MEDİA
20 İyun 09:15
Ədəbiyyat
20 İyun 08:50
Sosial
20 İyun 08:33
İqtisadiyyat
20 İyun 07:22
Dünya
19 İyun 23:45
İqtisadiyyat
19 İyun 23:18
İdman
19 İyun 22:56
Dünya
19 İyun 22:20
Dünya
19 İyun 22:05
Xəbər lenti
19 İyun 21:49
Sosial
19 İyun 21:26
Siyasət
19 İyun 21:17
Dünya
19 İyun 21:10
İqtisadiyyat
19 İyun 20:45
Dünya
19 İyun 20:30
Sosial
19 İyun 20:17
Elm
19 İyun 19:53
Siyasət
19 İyun 19:44
Siyasət
19 İyun 19:43
Sosial
19 İyun 19:21
İdman
19 İyun 19:13
Dünya
19 İyun 18:37
İqtisadiyyat
19 İyun 18:22
Sosial
19 İyun 18:04
Sosial
19 İyun 17:19
Xəbər lenti
19 İyun 16:30
Sosial
19 İyun 16:30
Sosial
19 İyun 15:47
İqtisadiyyat
19 İyun 15:45
YAP xəbərləri
19 İyun 15:40
Dünya
19 İyun 15:34
YAP xəbərləri
19 İyun 15:34
İqtisadiyyat
19 İyun 15:31
Diaspor
19 İyun 15:21
Xəbər lenti
19 İyun 14:52
YAP xəbərləri
19 İyun 14:51
Gündəm
19 İyun 14:49
Siyasət
19 İyun 14:48
Elanlar
19 İyun 14:48
Elm
19 İyun 14:44

