Polşadan Ukraynaya təklif!
22.09.2023 [11:44]
Taxıl ixracına kömək edəcəyik, ancaq...
Polşa Ukrayna taxılının ixracı ilə əlaqədar Kiyevlə danışıqlar aparmaq niyyətindədir. Bu barədə Polşanın kənd təsərrüfatı naziri Robert Telus açıqlama verib. Nazir qeyd edib ki, Polşa tərəfi taxıla tətbiq edilən embarqo ilə bağlı problemin həlli üçün Ukrayna ilə danışıqlara hazırdır. O, yerli kanala müsahibəsində bildirib: “Biz belə danışıqları gözləyirik və belə danışıqların baş tutmasına hazırıq.
Telusun sözlərinə görə, Polşa tranzitlə bağlı Ukraynaya kömək etmək istəyir. Lakin nazir qeyd edib ki, bu, Polşa fermerlərinin hesabına olmamalıdır. Onun fikrincə, hər şey ümumi həll yolunun tapılması istiqamətində düzgün istiqamətdə gedir.
Qeyd edək ki, Polşa Ukraynadan taxıl ixracına qadağa qoymuşdu. Buna cavab olaraq, Ukrayna da Polşadan soğan, pomidor, kələm və almaya embarqo tətbiq edib. Polşanın baş naziri Mateuş Moravetski isə Ukraynaya daha silah tədarük etməyəcəklərini açıqlayıb.
Mövzunu “Yeni Azərbaycan”a şərh edən politoloq Turan Rzayev bildirib ki, Rusiyanın “Taxıl sazişi”ndən çıxması fonunda regionda taxılın ixracı məsələsində müəyyən problemlər yaranıb. Onun sözlərinə görə, bu baxımdan, alternativ dəhlizlərin yaradılması təklifləri əvvəllər də var idi.
Məqsəd taxıl böhranından çıxış yolunun tapılmasıdır
Politoloqun qənaətincə, Polşanın belə bir təklif irəli sürməsi Ukrayna taxılının Avropa bazarına çıxarılması istiqamətində bir addımdır: “Nəzərə almaq lazımdır ki, artıq taxılın yay biçimi bitib və satış məsələsi gündəmdədir. Əgər vaxtında satış olmasa, dünya bazarında un məmulatlarının qiymətinin kəskin artımasına gətirib çıxara bilər. Bu da Avropa bazarında ciddi problemlərin yaranması deməkdir. Qarşıdan qış ayları gəlir və Rusiyanın Avropaya qaz nəqli məsələsi yenidən enerji böhranına səbəb ola bilər, qiymət artımları riskini nəzərə almaq lazımdır. İndiki məqamda Rusiya həm taxıl, həm də enerji üzərindən Qərbə təzyiq etməyə çalışır. Polşa isə ən azından taxıl üzərindəki təzyiqləri azaltmaq üçün belə bir təklif irəli sürüb. Bu təklifin nə dərəcədə uğurlu olacağını isə indidən söyləmək çətindir. Aydın məsələdir ki, məqsəd Avropa bazarının taxıl ehtiyacının ödənilməsi və taxıl böhranından çıxış yolunun tapılmasıdır.
Qiymət artımına səbəb olacaq
Politoloq Polşanın belə addım atacağı təqdirdə bu durumun qiymətlərin artmasına səbəb olacağını vurğulayıb: “Çünki Ukrayna özü birbaşa limanlarla, yəni dəniz yolu ilə taxılını rahat və təhlükəsiz şəkildə ixrac edirdi. Belə olduqda isə daşınma xərclərinin sayı azalırdı. Amma Polşa üzərindən taxıl ixracının olması təbii ki, xərcləri artıracaq və bu durum yeni qiymət artımlarına gətirib çıxaracaq”.
Yeganə BAYRAMOVA
Xəbər lenti
Hamısına baxDünya
20 İyun 14:17
Siyasət
20 İyun 14:08
Dünya
20 İyun 13:51
Gündəm
20 İyun 13:25
Gündəm
20 İyun 12:59
Siyasət
20 İyun 12:20
Siyasət
20 İyun 11:52
Gündəm
20 İyun 11:35
Siyasət
20 İyun 11:13
Sosial
20 İyun 10:49
Analitik
20 İyun 10:32
Ədəbiyyat
20 İyun 10:14
Sosial
20 İyun 09:58
Sosial
20 İyun 09:30
MEDİA
20 İyun 09:15
Ədəbiyyat
20 İyun 08:50
Sosial
20 İyun 08:33
İqtisadiyyat
20 İyun 07:22
Dünya
19 İyun 23:45
İqtisadiyyat
19 İyun 23:18
İdman
19 İyun 22:56
Dünya
19 İyun 22:20
Dünya
19 İyun 22:05
Xəbər lenti
19 İyun 21:49
Sosial
19 İyun 21:26
Siyasət
19 İyun 21:17
Dünya
19 İyun 21:10
İqtisadiyyat
19 İyun 20:45
Dünya
19 İyun 20:30
Sosial
19 İyun 20:17
Elm
19 İyun 19:53
Siyasət
19 İyun 19:44
Siyasət
19 İyun 19:43
Sosial
19 İyun 19:21
İdman
19 İyun 19:13
Dünya
19 İyun 18:37
İqtisadiyyat
19 İyun 18:22
Sosial
19 İyun 18:04
Sosial
19 İyun 17:19
Xəbər lenti
19 İyun 16:30
Sosial
19 İyun 16:30
Sosial
19 İyun 15:47
İqtisadiyyat
19 İyun 15:45
YAP xəbərləri
19 İyun 15:40
Dünya
19 İyun 15:34
YAP xəbərləri
19 İyun 15:34
İqtisadiyyat
19 İyun 15:31
Diaspor
19 İyun 15:21
Xəbər lenti
19 İyun 14:52
YAP xəbərləri
19 İyun 14:51
Gündəm
19 İyun 14:49
Siyasət
19 İyun 14:48
Elanlar
19 İyun 14:48
Elm
19 İyun 14:44
Sosial
19 İyun 14:40
Sosial
19 İyun 14:40
Sosial
19 İyun 14:33
Siyasət
19 İyun 14:30
Mədəniyyət
19 İyun 13:46
İqtisadiyyat
19 İyun 13:41
Hərbi
19 İyun 13:39
Xəbər lenti
19 İyun 13:38
Xəbər lenti
19 İyun 13:37
Xəbər lenti
19 İyun 13:37
Siyasət
19 İyun 13:36
Xəbər lenti
19 İyun 13:35
Elm
19 İyun 13:34
Dünya
19 İyun 12:50
Sosial
19 İyun 12:47
Sosial
19 İyun 12:46

