İrəvanda vəziyyət gərgindir
23.09.2023 [14:29]
Erməni polisi etirazçılara qarşı güc tətbiq edir
NARDAR
Azərbaycanın Qarabağ ərazisində antiterror tədbirləri keçirməsi Ermənistanda daxili ictimai-siyasi vəzyyəti xeyli gərginləşdirib. Ermənistan müxalifəti baş verənlərə görə hakimiyyəti günahlandırıb və sentyabrın 19-dan Nikol Paşinyanın istefası tələbi ilə etiraz aksiyası keçirir. İrəvanın “Respublika” meydanında keçirilən mitinqdə bir sıra müxalifət partiyalarının tərəfdarları iştirak edirlər. “Nikol satqındır!” şüarı səsləndirən etirazçılar mübarizəni sona qədər aparacaqlarını iddia ediblər.
Ötən gün Ermənistan müxalifəti baş nazir Nikol Paşinyanın istefasına nail olmaq üçün “Milli Komitə” yaradıldığını bəyan edib. Keçmiş baş nazir Vazgen Manukyan “Milli Komitə”yə kimlərin başçılıq edəvcəyini açıqlayıb. “Biz - Hayk Mamicanyan, Avetik Çalabyan, Andranik Tevanyan, İşxan Saqatelyan və məndən ibarət 5 nəfər “Milli Komitə” yaratdıq. Biz məsələni mümkün qədər qanuni şəkildə həll etməliyik. Biz mümkün qədər tez itaətsizlik aksiyalarına başlamalıyıq”, - deyə keçmiş baş nazir bildirib. O, komitənin tərkibinin genişləndirilməsinin vacibliyini də vurğulayıb: “Həqiqətən, mənim vəzifə tutmaq üçün heç bir ambisiyam yoxdur. Hesab edirəm ki, ümumiyyətlə, keçmiş prezidentlərin də heç biri Ermənistan Respublikasının rəhbəri olmamalıdır”.
Keçmiş baş nazir daha sonra əlavə edib: “Mən xalqımızı geniş itaətsizlik aksiyalarına, tətillərə, dərsləri boykot etməyə, küçələri bağlamağa çağırıram. Amma polislə davaya girməyə ehtiyac yoxdur. Bu toqquşma bizə heç nə vermir, sadəcə olaraq xalqın gücü qarşısında müqavimət göstərə bilməməlidirlər. Bu, bizim məqsədimizdir”.
Manukyan deyib ki, hazırda ölkə rəhbərliyi xarici agentlərin əlindədir: “Hakimiyyət dəyişikliyindən sonra nə baş verəcəyini xalqa izah etmək lazımdır. Bunun üçün müxtəlif partiyaların nümayəndələri öndə olmalıdır. İndi insanların çoxu Nikol Paşinyanın hakimiyyətdə olmasının əleyhinədir, xüsusən də “Artsax”la bağlı son insidentdən sonra. Biz xalqı birləşdirərək irəli getməliyik”.
Ötən gün müxalifət hökumət binasını mühasirəyə almağa və Nazirlər Kabinetinin iclasının keçirilməsinə mane olmağa çalışsa da, buna nail olmayıb. Belə ki, baş nazir Paşinyan hökumətin iclasını keçirməyi bacarıb. Üstəlik, Paşinyan istefa verməyəcəyini, çevrilişə cəhd edənlərin qanun çərçivəsində cəzalandırılacağını bəyan edib. Bu barədə "Hraparak" qəzeti məlumat verib. Qəzetin yazdığına görə, Paşinyan nəyin bahasına olursa-olsun hakimiyyəti saxlayacağını deyib. Baş nazirin bu açıqlamasından sonra meydandakı təhlükəsizlik qüvvələri etirazçılara qarşı daha sərt tədbirlərə keçiblər.
Bunun nəticəsi olaraq müxalifət liderlərindən biri - “Ana Ermənistan” blokunun rəhbəri Andranik Tevanyan ötən gün səhər saatlarında vətəndaş itaətsizliyi aksiyası zamanı saxlanılıb. O, səhər saatlarında bir qrup müxalifətçi ilə birlikdə İrəvanın küçələrini bağlamağa cəhd edib. Lakin polislər onu həbs ediblər.
Ümumilikdə, İrəvanda Ermənistan polisi tərəfindən etirazçılara qarşı sərt davranış göstərilir. Saxlanılanlar arasında ölkənin ikinci prezidenti Robert Koçaryanın oğlu Levon Koçaryan da var. Polislər etirazçılara qarşı güc tətbiq edib, onları asfalt boyunca sürüyüblər. Bununla bağlı görüntülərdə bir neçə polisin Koçaryanın oğlunu polis maşınına sürükləməyə çalışdığı əks olunub. Həmçinin, hüquq-mühafizə orqanları əməkdaşlarının etirazçıları təpiklədiyi, sərt davranışlar sərgilədiyinin görüntüləri də yayılıb. Bütövlükdə, aksiya başlanılandan 350-dən çox etirazçı həbs edilib.
Yeri gəlmişkən, Ermənistan İstintaq Komitəsinin yaydığı məlumatda aksiya iştirakçılarının daha çox Qarabağ sakinləri olduğu bildirilir: “Əsasən, “Artsax”ın müxtəlif qəsəbələrinin keçmiş sakinləri olan mitinq iştirakçıları mütəşəkkil şəkildə Ermənistan hökumətinin binasının girişində toplaşıblar. Onlar polisin qanuni tələbinə tabe olmaq istəmirlər, ictimai təhlükəsizliyə təhdid yaradan kütləvi iğtişaşlar təşkil ediblər”. İstintaq Komitəsi onu da bildirib ki, saxlanılan şəxslərlə yanaşı, digər təşkilatçılar axtarılır və tapılaqları təqdirdə həbs olunacaqlar.
Xəbər lenti
Hamısına baxMaraqlı
20 İyun 23:20
Maraqlı
20 İyun 22:38
Dünya
20 İyun 21:25
Dünya
20 İyun 20:54
Maraqlı
20 İyun 20:37
Dünya
20 İyun 19:59
Maraqlı
20 İyun 19:22
Dünya
20 İyun 18:35
Dünya
20 İyun 18:12
Dünya
20 İyun 17:50
Dünya
20 İyun 17:19
Dünya
20 İyun 16:43
Dünya
20 İyun 16:21
Dünya
20 İyun 15:58
Dünya
20 İyun 15:30
Dünya
20 İyun 14:42
Dünya
20 İyun 14:17
Siyasət
20 İyun 14:08
Dünya
20 İyun 13:51
Gündəm
20 İyun 13:25
Gündəm
20 İyun 12:59
Siyasət
20 İyun 12:20
Siyasət
20 İyun 11:52
Gündəm
20 İyun 11:35
Siyasət
20 İyun 11:13
Sosial
20 İyun 10:49
Analitik
20 İyun 10:32
Ədəbiyyat
20 İyun 10:14
Sosial
20 İyun 09:58
Sosial
20 İyun 09:30
MEDİA
20 İyun 09:15
Ədəbiyyat
20 İyun 08:50
Sosial
20 İyun 08:33
İqtisadiyyat
20 İyun 07:22
Dünya
19 İyun 23:45
İqtisadiyyat
19 İyun 23:18
İdman
19 İyun 22:56
Dünya
19 İyun 22:20
Dünya
19 İyun 22:05
Xəbər lenti
19 İyun 21:49
Sosial
19 İyun 21:26
Siyasət
19 İyun 21:17
Dünya
19 İyun 21:10
İqtisadiyyat
19 İyun 20:45
Dünya
19 İyun 20:30
Sosial
19 İyun 20:17
Elm
19 İyun 19:53
Siyasət
19 İyun 19:44
Siyasət
19 İyun 19:43
Sosial
19 İyun 19:21
İdman
19 İyun 19:13
Dünya
19 İyun 18:37
İqtisadiyyat
19 İyun 18:22
Sosial
19 İyun 18:04
Sosial
19 İyun 17:19
Xəbər lenti
19 İyun 16:30
Sosial
19 İyun 16:30
Sosial
19 İyun 15:47
İqtisadiyyat
19 İyun 15:45
YAP xəbərləri
19 İyun 15:40
Dünya
19 İyun 15:34
YAP xəbərləri
19 İyun 15:34
İqtisadiyyat
19 İyun 15:31
Diaspor
19 İyun 15:21
Xəbər lenti
19 İyun 14:52
YAP xəbərləri
19 İyun 14:51
Gündəm
19 İyun 14:49
Siyasət
19 İyun 14:48
Elanlar
19 İyun 14:48
Elm
19 İyun 14:44

