Evə dönüş!
15.12.2023 [10:50]
Laçına köç prosesi davam edir
Azərbaycan 44 günlük Vətən müharibəsində qələbə əldə etdikdən sonra qarşıda duran əsas məsələlərdən biri işğaldan azad edilən əraziləri bərpa etmək, dağılmış iqtisadiyyatı Azərbaycanın ümumi iqtisadiyyatına çevirməkdir. Hazırda həm Şərqi Zəngəzur iqtisadi rayonunda, həm də Qarabağda sürətli infrastuktur layihələri həyata keçirilir. Hətta bəzi ərazilərdə gedən tikinti prosesi artıq başa çatmaq üzrədir. Hazırda bu ərazilərdən məcburi köçkün düşmüş insanların yenidən öz ata-baba yurdlarına qaytarılması istiqamətində real addımlar atılır. Məhz bu məqsədlə cənab Prezident İlham Əliyev tərəfindən 2022-2026-cı illəri əhatə edən “Böyük Qayıdış”ı təmin etməklə bağlı Dövlət Proqramı qəbul olunub. Həmin proqramın müxtəlif müddəalarında müxtəlif nazirliklərə konkret tapşırıqlar verilərək həm tapşırıqların yerinə yetirilməsi ilə bağlı maliyyə mənbələri göstərilib, həm də qarşıya qoyulan məqsədlərin, işlərin nə qədər vacib olduğu bir daha ortaya qoyulub.
Yeri gəlmişkən, ötən gün - dekabrın 13-də Laçının daha 86 sakini Bakıdan doğma şəhərə yola salınıblar.
Onlar Qaradağ rayonu, Lökbatan qəsəbəsində məcburi köçkünlər üçün salınmış “Qobupark-3” yaşayış kompleksindən yola salınıblar.
Köçürülən sakinlər üçün bütün infrastruktur şərait - dövlət xidmətləri mərkəzi, məktəb, bağça, bank, poçt, ictimai iaşə obyektləri və s. imkanlar mövcuddur.
Qeyd edək ki, indiyədək Laçın şəhərinə 383 ailənin, yəni 1 475 nəfərin daimi məskunlaşması təmin edilib.
Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Azərbaycan Ordusunun qazandığı Zəfər nəticəsində məcburi köçkünlərin 30 ildən sonra könüllü, təhlükəsiz və ləyaqətlə doğma yurdlarına qayıtmasına imkan yaranıb. Doğma yurda qayıdan Laçın sakinləri hərtərəfli dövlət qayğısı ilə əhatə olunduqlarına görə Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya təşəkkür ediblər.
Onlar, həmçinin torpaqlarımızı işğaldan qurtaran rəşadətli Azərbaycan Ordusuna, qəhrəman əsgər və zabitlərimizə minnətdarlıqlarını bildirib, bu yolda canlarından keçən şəhidlərimizə rəhmət, ailələrinə səbir diləyiblər.
Yurdumuza əbədi qayıdırıq!
Laçından olan keçmiş məcburi köçkün Nazir Nəcəfov hisslərini bu sözlərlə ifadə edib: “Hər birimiz doğma yurdumuza sevinə-sevinə qayıdırıq. Allah bütün şəhidlərimizə rəhmət eləsin, qazilərimizə can sağlığı versin. Prezidentimiz, dövlətimiz var olsun. Hər birimiz doğma yurdumuza sevinə-sevinə qayıdırıq. Halbuki Laçını ağlaya-ağlaya tərk etmişdik.
Böyük sevinc içindəyik. Doğma yurduna qayıtmaq hər bir insan üçün xoşdur. Arzu edirəm ki, bütün insanlar öz yurdlarına geri qayıtsınlar”, - keçmiş məcburi köçkün vurğulayıb.
Laçın sakini Gülsüm Vəliyeva qeyd edib ki, sevincinin həddi-hüdudu yoxdur: “Laçını ağlaya-ağlaya tərk etmişdik, amma geri gülə-gülə qayıdırıq. Allah Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyevi, Azərbaycan Ordusunu qorusun, qazilərimizə can sağlığı versin”, - G.Vəliyeva vurğulayıb.
Laçından olan keçmiş məcburi köçkün Murad Vəliyev öz sevinc duyğularını bu cür ifadə edib: “Əbədi olaraq doğma yurdumuza, evimizə qayıdırıq. Bizim torpaqlarımızı əsgərlərimiz, zabitlərimiz işğaldan xilas etdi. Allah Ordumuzu qorusun! Allah şəhidlərimizə rəhmət eləsin, qazilərimizə can sağlığı versin. Biz onların sayəsində torpaqlarımıza qayıdırıq”, - M.Vəliyev deyib
Günel ABBASOVA
Xəbər lenti
Hamısına baxDünya
13 Sentyabr 22:40
İdman
13 Sentyabr 22:01
Dünya
13 Sentyabr 21:14
Dünya
13 Sentyabr 20:31
Dünya
13 Sentyabr 19:17
Dünya
13 Sentyabr 18:25
Dünya
13 Sentyabr 17:52
Dünya
13 Sentyabr 16:19
Dünya
13 Sentyabr 15:22
Dünya
13 Sentyabr 14:33
Dünya
13 Sentyabr 13:17
Analitik
13 Sentyabr 13:02
Dünya
13 Sentyabr 12:31
Dünya
13 Sentyabr 11:29
Dünya
13 Sentyabr 10:32
Dünya
13 Sentyabr 09:18
Hadisə
13 Sentyabr 08:25
Dünya
12 Sentyabr 23:20
Dünya
12 Sentyabr 22:35
Siyasət
12 Sentyabr 21:18
Sosial
12 Sentyabr 20:47
Dünya
12 Sentyabr 20:23
Dünya
12 Sentyabr 19:35
Dünya
12 Sentyabr 18:16
Dünya
12 Sentyabr 17:28
Dünya
12 Sentyabr 16:34
Elm
12 Sentyabr 15:57
Dünya
12 Sentyabr 15:52
Dünya
12 Sentyabr 15:19
Dünya
12 Sentyabr 14:45
Dünya
12 Sentyabr 14:30
Dünya
12 Sentyabr 13:59
Dünya
12 Sentyabr 13:25
Dünya
12 Sentyabr 12:46
Gündəm
12 Sentyabr 12:18
Gündəm
12 Sentyabr 11:50
İqtisadiyyat
12 Sentyabr 11:25
İqtisadiyyat
12 Sentyabr 10:49
İqtisadiyyat
12 Sentyabr 10:21
Ədəbiyyat
12 Sentyabr 09:45
Sosial
12 Sentyabr 09:17
Ədəbiyyat
12 Sentyabr 08:50
Ədəbiyyat
12 Sentyabr 08:36
Dünya
11 Sentyabr 23:30
Dünya
11 Sentyabr 23:17
Xəbər lenti
11 Sentyabr 22:51
Dünya
11 Sentyabr 22:23
Dünya
11 Sentyabr 22:09
Elm
11 Sentyabr 21:45
Hadisə
11 Sentyabr 21:34
İqtisadiyyat
11 Sentyabr 21:19
Formula 1
11 Sentyabr 20:41
Dünya
11 Sentyabr 20:29
Dünya
11 Sentyabr 20:17
Dünya
11 Sentyabr 19:54
İqtisadiyyat
11 Sentyabr 19:20
Müsahibə
11 Sentyabr 19:07
Dünya
11 Sentyabr 18:34
YAP xəbərləri
11 Sentyabr 18:19
YAP xəbərləri
11 Sentyabr 17:44
İqtisadiyyat
11 Sentyabr 17:43
Gündəm
11 Sentyabr 17:40
Siyasət
11 Sentyabr 17:40
Sosial
11 Sentyabr 17:39
YAP xəbərləri
11 Sentyabr 17:36
YAP xəbərləri
11 Sentyabr 17:34
Dünya
11 Sentyabr 17:22
Dünya
11 Sentyabr 16:58
YAP xəbərləri
11 Sentyabr 16:23
Dünya
11 Sentyabr 16:19

